Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti addımı atır.
Cumhuriyyet.az yenisabah-a istinadən xəbər verir ki, Agentlik Saatlı rayonunda mənzillərin satın alınması ilə bağlı işlər həyata keçirəcək.
Sosial Xidmətlər Agentliyi Saatlı rayonu ərazisində 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı olmaqla, ümumilikdə 45 mənzil almağı planlaşdırır. Satınalma üçün isə 3 385 800 AZN nəzərdə tutulur.









