Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bu il həbsxanalarda bağlanan nikahların sayı

Avqust 14, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05

2026-cı ilin ilk 6 ayında Azərbaycanda cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla 35 nikah dövlət qeydiyyatına alınıb.

Bu barədə Cumhuriyyet.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində isə məhkumlarla 113 nikah qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, məhkumlarla və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının olduğu yer üzrə qeydiyyat şöbəsi tərəfindən qeydə alınır.

Qaydaya əsasən, nikah bağlamağı məhkum arzu edirsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onu müəyyən olunmuş forma üzrə nikah haqqında ərizə blankı ilə təmin edir. Məhkum ərizənin özünə aid hissəsini doldurduqdan sonra müəssisə rəhbərliyi ərizədə göstərilən məlumatları onun şəxsi işindəki sənədlərlə tutuşdurur, imzasını və məlumatların doğruluğunu cəzaçəkmə müəssisəsi rəisinin imzası və möhürü ilə təsdiqləyir.

Bundan sonra ərizə məhkumun nikaha daxil olmaq istədiyi şəxsə göndərilir. Həmin şəxs nikaha razı olduqda ərizənin özünə aid hissəsini dolduraraq qeydiyyat şöbəsinə şəxsən təqdim edir.

Nikah haqqında birgə ərizə qəbul edildikdən sonra qeydiyyat şöbəsi nikahın qeydiyyatı gününü və vaxtını cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə razılaşdıraraq müəyyən edir. Bu barədə nikah bağlayan şəxslərə, o cümlədən məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə əvvəlcədən məlumat verilir.

Məhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qeydiyyat şöbəsi ilə razılaşdıraraq müəyyən etdiyi yerdə həyata keçirilir.

Barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah da eyni qaydada qeydə alınır. Bu halda nikahın qeydiyyat tarixi cinayət işi icraatında olan orqanla da razılaşdırılır.

Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən məhkumlarla, eləcə də barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınmasını digər tərəf arzu etdikdə də nikahın dövlət qeydiyyatı Qaydanın müvafiq müddəaları nəzərə alınmaqla ümumi qaydada həyata keçirilir.(modern.az)

Əvvəlki Yazı

Keroni yolu – Gendovun birlik simvolu

Növbəti Yazı

Qurban Qurbanov: Vacib qələbə əldə etdik

EKSKLUZİV

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

09 Oktyabr 2026 / 20:48
1
Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

09 Oktyabr 2026 / 18:42
1
Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 / 14:30
1
Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

09 Oktyabr 2026 / 14:14
1

XƏBƏR LENTİ

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sabah Bakıya yağış yağacaq

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

9 ayda sığortaolunanların sayı artıb

Son bir ayda inflyasiya sabit qalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Əhalinin gəlirləri artıb 10%-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 mlrd. manatı ötüb

Daha 3 avtobusun yolu dəyişdirildi

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 62 mini ötüb

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik – PREZİDENT

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.