Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib

Sentyabr 16, 2026
A A

REDAKTORUN SEÇİMİ

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44

Macarıstanın paytaxtı Budapeşt şəhərində “17-ci Beynəlxalq LANDNET İşçi Görüşü və Ailə Təsərrüfatları üzrə İkinci Regionlararası Dialoq” keçirilib. Sentyabrın 7-dən 11-dək keçirilmiş tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə baş tutub.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsinin – agro.gov.az-ın verdiyi məlumata görə, ədbirdə torpaqların konsolidasiyası və torpaq bankçılığının həyata keçirilməsi sahəsində gələcəyə baxış, ailə təsərrüfatlarının üstünlük təşkil etdiyi rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması, gənclər və qadınlar da daxil olmaqla əhali üçün layiqli yaşayış şəraiti yaradan dinamik kənd ərazilərinin inkişafı, eləcə də iqlim dəyişikliyi də daxil olmaqla, kənd ərazilərinin üzləşdiyi çağırışlara hazırlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüş çərçivəsində torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə strategiyanın geniş müzakirəsi də nəzərdə tutulmuşdu. Strategiya bir-birini tamamlayan bu iki torpaq idarəetmə alətinin tətbiqi üçün daha geniş siyasət çərçivəsi müəyyən edir, onların müxtəlif problemlərin həllində tətbiq mexanizmlərini və proqram səviyyəsində həyata keçirilməsi üçün zəruri addımları əhatə edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Kənd Təsərrüfatı Nazirliyinin Aparatının “Torpaqdan istifadəyə nəzarət” şöbəsinin müdiri Firudin Tağıyev, Nazirliyin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri Pərviz Yusifov , “Agro Food Investments” Şirkətinin “Torpaqların konsolidasiyası” Layihəsinin rəhbəri Rasim Qurbanov və digər rəsmi şəxslər iştirak etmişdir.

Tədbir çərçivəsində torpaqların konsolidasiyası sahəsində qabaqcıl təcrübəyə malik ölkələrin nümayəndələri və ekspertlərlə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.1.1.3-cü bəndinin – torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi – icrası ilə bağlı məsələlər də müzakirə edilib.

Bu çərçivədə Dünya Bankı ilə əməkdaşlıq əsasında Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi imkanlarının müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, torpaqların konsolidasiyası və torpaq bankçılığı alətlərinin tətbiqində əsas məqsəd kənd təsərrüfatı torpaqlarının həddindən artıq parçalanmasının qarşısının alınması, təsərrüfatların orta ölçüsünün artırılması və daha səmərəli təsərrüfat strukturlarının formalaşdırılmasıdır.

Bu alətlər, həmçinin kənd ərazilərinin inkişafı və iqlim dəyişikliyinin yaratdığı çağırışlara cavab verilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə olunmasına, o cümlədən onların yeni məqsədlər üçün istifadəsinin təşkilinə imkan yaradır.

Torpaqların konsolidasiyası və torpaq bankçılığı dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların aktiv idarə edilməsi və icarələrin təşkili kimi digər torpaq idarəetmə alətləri ilə kompleks şəkildə tətbiq oluna bilər.

 

Əvvəlki Yazı

Məktəblərin tədris planları TƏSDİQLƏNDİ

Növbəti Yazı

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

EKSKLUZİV

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

16 Sentyabr 2026 / 12:04
0
Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib

Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib

16 Sentyabr 2026 / 11:21
11
Məktəblərin tədris planları TƏSDİQLƏNDİ

Məktəblərin tədris planları TƏSDİQLƏNDİ

16 Sentyabr 2026 / 11:06
0
Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika

Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika

16 Sentyabr 2026 / 10:37
0

XƏBƏR LENTİ

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib

Məktəblərin tədris planları TƏSDİQLƏNDİ

Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika

Azərbaycan neftinin qiyməti 128 dollar olub

Ermənilər Bəstiçaya civə töküb?

Qazın qiyməti bahalaşdı

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Bakı məktəblərinə gedəcək şagirdlərin SAYI

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

Bakı metrosunda qatarlararası intervallar azaldılır

Sabah Bakıda 32 dərəcə isti olacaq

Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib

İranın vitse-prezidenti Avstriyaya buraxılmadı

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

DİM zal nəzarətçisi olmağa işçi axtarır – ŞƏRTLƏR

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Türkiyə əhalisi hansı ölkəni “ən yaxın” hesab edir? – Sorğu

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanıldı

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Qarabağda nə qədər adam yaşayır?

Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək

Rusiya Ermənistana qazı kəsir

DYP-dən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.