Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Sentyabr 21, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50

44 günlük Vətən müharibəsi təcrübəsi keçmişimiz və gələcəyimiz haqqında nə deyir?

Qarşıdan 27 sentyabr – Vətən müharibəsinin başlanmasının 6-cı ildönümü gəlir. Düz 6 il bundan öncə işğaldakı torpaqların hərbi yolla azad etməyə qərar verən Azərbaycan, cəmi 44 gün ərzində erməni faşizmini darmadağın edərək böyük tarixi uğura nail oldu. Lakin xalqımızı 8 Noyabr zəfərinə aparan yol asan olmadı.

30 illik diplomatik səy və boşa çıxan ümidlər…

12 may 1994-cü il tarixində Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından sonra rəsmi Bakı problemin sülh yolu ilə, diplomatik kanallar vastəsilə həlli istiqamətində mütəmadi addımlar atmağa başladı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Ermənistan rəhbərliyi ilə görüşlər keçirməklə yanaşı, beynəlxalq təşkilatların da bu məsələdə yaxından iştirakına cəhd edir, bu məqsədlə həmin təşkilatlarla da sistemli iş aparırdı.

Həmin vaxt Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri, həm də erməni faşizminin işğalçılıq siysətini ifşa etmək, beynəlxalq ictimaiyyəti baş verənlər haqqında dolğun və obyektiv şəkildə məlumatalndrımaq idi. Çünki erməni təbliğat maşını xaricdəki himayədarlarının köməyi ilə baş verənlər haqqında dünya ictimaiyyətinə yanlış məlumatlar verir, Azərbaycanı deyil, Ermənistanı işğala, soyqırımına məruz qalan tərəf kimi təqdim etməyə çalışırdı. Məhz Ümummilli Liderin yorulmaz səyləri, diplomatik səriştəsi, sonsuz fədakarlığı sayəsində beynəlxalq təşkilatlar, eləcə də BMT, həmçinin, bir sıra dünya dövlətləri erməni işğalı haqqında obyektiv məlumat ala bildi. Nəticədə, beynəlxalq ictimaiyyətin baş verənlərə baxışı və münasibəti dəyişdi. BMT-nin Təhlükəsizlik Şurası erməni işğalını pisləyən, işğalçıların zəbt etdikləri ərazilərdən çıxmasını tələb edən qətnamələrlə çıxış etdi.

Sonrakı dönəmdə erməni faşizminin ifşası siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməyə başladı. Beynəlxalq konfrans və tədbirlərdə, forum və debatlarda Ermənistan hakimiyyətinin işğalçı siyasətini parlaq şəkildə ifşa edən Prezident İlham Əliyev, Azərbaycanın haqlı mövqeyini bütün dünyaya nümayiş etdirdi.

Rəsmi Bakının müharibə üçün hazırladığı siyasi zəmin: Diplomatik tərk-silah!

Ermənistanın Qarabağ probleminin diplomatik yolla həllinə süni şəkildə mane olması, bu prosesi məqsədli şəkildə uzatması Azərbaycanı problemin hərbi müstəvidə həlli iqtisqamətində tədbirlər görməyə vadar edirdi. Lakin rəsmi Bakı yaxşı bilidi ki, bundan öncə müharibə üçün gərəkli siyasi zəmin formalaşdırılmalı, erməni faşizmi və ona dəstək verən qüvvələr ilk növbədə diplomatik baxımdan tərk-silah edilməli idi. Buna görə də Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin ldierliyi altında siyasi müstəvidə Ermənistanın ifşası istiqamətində aktiv iş aparır, bəzi hallarda düşmən dövlətin təmsilçiləri ilə üzbəüz müzakirə və debatlarda iştirak edərək İrəvan təmsilçilərini dəmir arqumentləri ilə çıxılmaz vəziyyətdə qoyurdular. Bu baxımdan 15 fevral 2020-ci il tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Həmin panel müzakirəsində Prezident İlham Əliyev Nikol Paşinyanı inkaredilməz faktlar və dəmir məntiqlə ifşa edərək Ermənistanın işğalçı dövlət olduğunu bütün dünyaya bir kəs daha sübut etdi. Bu və bu kimi diplomatik addımlar beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyini təmin etdi, Ermənistana himayədarlıq edən dövlətləri 44 günlük Vətən müharibəsində işğalçı dövlətə dəstək verməkdən çəkindirdi.

27 sentyabr – Böyük gün!

Ermənistanın təcavüzkar siyasətdən heç cür imtina etməməsi, Azərbaycanın sülh səylərini cavabsız qoyması 27 sentyabr 2020-ci il tarixində dövlətimizi öz ərazi bütövlüyünü silah gücünə təmin etmək məcburiyyəti qarşısında qoydu. Nəticədə, 27 sentyabr tarixində başlayan müharibə cəmi 44 gündən sonra – 2020-ci ilin 10 noyabr tarixində Ermənistanın kapitulyasiyası ilə nəticələndi. İşğaldakı Azərbaycan torpaqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən işğalından azad edildi.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində sadəcə torpaqları azad etmədi. Həm də dünya hərb tarixində bir sıra yeniliklərə imza atdı ki, məlum yeniliklər bu gün də dünyanın qabaqcıl dövlətləri tərəfindən öyrənilməkdə, tədqiq edilməkdədir.

Müharibə dönəmində Azərbaycan Silahlı Qüvvələrində bir dəfə də olsun fərarik halına rast gəlinmədi. Azərbaycan Ordusu hətta taktiki məqsədlə belə olsa bir addım da olsun geri çəkilmədi ki, bu da dünya hərb tarixində bənzəri olmayan bir hadisədir.

Ön cəbhədə hərbi əməliyyatlın tam vüsətlə davam etdiyi bir zamanda Azərbaycan diplomatiyası və mediası da düşmənlə müvafiq cəbhələrdə mübarizəsini davam etdirdi. Prezident İlham Əliyevin 44 günlük Vətən mharibəsi dönəmində dünyanın nüfuzlu beynəlxalq media qurumlarına, televiziyalarına verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında həlledici rol oynadı.

Müharibə dönəmində Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, digər dövlət qurumları da böyük fədakarlıqlar sərgiləyərək tarixi qələbəyə böyük töhfələr verdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşəkarlığı və ayıq-sayıqlığı sayəsində müharibə dönəmində ölkə daxilində düşmənin hər hansı terror-diversiya fəaliyyətinə imkan verilmədi. Ölkəmizə yönəlik bütün təhdid və təhlükələr DTX tərəfindən zamanında de-şifrə edilərək zərərsizləşdirildi.

DTX və əlaqədar güc orqanları post-müharibə dönəmində də Ermənistan və onun himayədarlarını məyus etməkdə davam etdi. Bütün bu sistemli və çoxşaxəli fəaliyyət fonunda Azərbaycanın əldə etdiyi qələbənin nəticələri qorunub saxlanıldı, bütün dünya bu nəticələrini qəbul etməyə məcbur oldu.

Bu gün Azərbaycanla Ermənistan arasında de-fakto sülh mövcud olsa da, yeni bir gərginlik və qarşıdurma ehtimalı da mövcuddur. Buna səbəb Ermənistan konstitusiaysında Azərbaycan və Türkiyə ilə bağlı torpaq iddialarının hələ də öz əksini tapması, Ermənistan cəmiyyətindəki revanşist qüvvələrin bəzi hallarda hökumətdə təmsil olunan qüvvələr tərəfindən dəstəklənməsidir. Bu isə o deməkdir ki, hər bir Azərbaycan vətəndaşı öz ayıq-sayıqlığını qoruyub saxlamalı və hər an 44 günlük Vətən müharibəsində olduğu kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşməyə hazır olmalıdır!

Seymur ƏLİYEV

Əvvəlki Yazı

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

EKSKLUZİV

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

21 Sentyabr 2026 / 16:18
1
Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

21 Sentyabr 2026 / 13:48
3
270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

21 Sentyabr 2026 / 13:46
2
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

21 Sentyabr 2026 / 13:27
1

XƏBƏR LENTİ

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib

İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb

Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir – Foto

ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib

“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Paşinyan: həbslərdə istsinalar olmayacaq

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

Paşinyan rus dili kursuna gedir

Sabah hava necə olacaq?

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

DİN-ə yeni vəzifə həvalə olunub

Xəzər dənizində partlayışlar gözlənilir

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Uşaq evlərindən 28 gənc tələbə oldu

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

Messi bu klubu satın aldı

Azad edilmiş ərazilərdə yaşayanların sayı 93 mini keçib

“Həzi Aslanov”da işlər nə vaxt tamamlanır? – Rəsmi

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Təhlükəli mallar bazardan yığışdırılacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.