Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Ramiz Mehdiyev öz məhkəməsinə niyə gəlmir…

Oktyabr 8, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəmə işi ictimaiyyətin diqqət mərkəzindədir. Sentyabrın 21-də keçirilən hazırlıq iclasında Ramiz Mehdiyevin prosesə onlayn qoşulması ilə bağlı müraciətinə baxılıb. Oktyabrın 5-də keçirilən prooses ictimaiyyətə və mediaya qapalı olub.

Hakim Murad Aslanovun sədrlik etdiyi iclasda nələrin müzakirə olunduğu və Mehdiyevin hansı mövqe sərgilədiyi barədə məlumat verilməyib.

Maraqlıdır, son illər təqsirləndirilən şəxsin məhkəməyə onlayn qoşulması halları olubmu? Ümumiyyətlə qanunvericilikdə bu haqda nə deyilir?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Ramiz Mehdiyevin məhkəmə iclasına onlayn qoşulması qanunvericilikdə nəzərdə tutulmuş iştirak formasıdır.

“Azərbaycanda bu təcrübə illərdir ki, tətbiq olunmaqdadır. Buna görə təkcə onun məhkəmə zalına gəlməməsinə əsaslanaraq qanunu pozduğunu söyləmək doğru olmazdı. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin hazırda qüvvədə olan 51-3.4-cü maddəsi videokonfrans vasitəsilə iştiraka imkan verir. Qanun şəxsin səhhətinin vəziyyəti məhkəmə iclasında birbaşa iştirakını qeyri-mümkün etdikdə videokonfransdan istifadəyə yol verir. Lakin təqsirləndirilən şəxsin “səhhətimdə problem var” deməsi və onlayn iştirak etmək istəməsi kifayət etmir. Məhkəmə göstərilən səbəbləri yoxlamalı və əsaslandırılmış qərar qəbul etməlidir”.

Əliməmməd Nuriyev vurğulayıb ki, ahıl yaş sağlamlıq vəziyyətinin qiymətləndirilməsində nəzərə alına bilər, amma öz-özlüyündə avtomatik onlayn iştiraka əsas yaratmır.

“Onlayn iştirakın necə təşkil edilməsi də əhəmiyyətlidir. Təqsirləndirilən şəxs prosesi görüb-eşitməli, ifadə verməli, sualları cavablandırmalı və müdafiə hüququndan da istifadə edə bilməlidir. Onun şəxsiyyəti müəyyən edilməli, əlaqənin texniki keyfiyyəti təmin olunmalı, video yazı aparılmalı və protokol tərtib edilməlidir. Evdən qoşulma halında da bu tələblər qüvvədə qalır. Ramiz Mehdiyevdən əvvəl də belə halların olub-olmaması barədə konkret faktlar vardır. Ədliyyə Nazirliyinin məlumatına görə, 15 iyul 2020-ci ildən cəzaçəkmə müəssisələri üzrə məhkəmə proseslərinin videokonfrans vasitəsilə keçirilməsinə başlanılıb. Həmin ilin avqustunda artıq 400-ə yaxın işə bu qaydada baxıldığı açıqlanıb. Bunların sırasında cəzadan vaxtından əvvəl şərti azad edilmə və məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmə məsələləri də olmuşdur”.

Ə.Nuriyev daha sonra əlavə edib:

“Ramiz Mehdiyevin haqqında həbs qətimkan tədbirinin seçilməməsinin əsaslarından biri də o idi ki, onun səhhəti ilə bağlı problemi var və məhkəmə qərarı əsaslandırırsa, müdafiə hüququ təmin olunursa, onun onlayn iştirakı hüquqa uyğundur. Eyni vəziyyətdə olan hər bir şəxsə də həmin meyarlarla yanaşılmalıdır. Keçmiş vəzifəsi nə əlavə imtiyaz yaratmalı, nə də qanunda nəzərdə tutulan hüquqlardan istifadəyə mane olmalıdır. Hesab edirəm ki, məhkəmə bu məsələdə yetərli qədər əsaslar görərək bu qənaətə gəlmişdir”.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.

Əvvəlki Yazı

Prezident MDB dövlətlərinin başçılarının görüşündə

Növbəti Yazı

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

EKSKLUZİV

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

08 Oktyabr 2026 / 13:25
0
9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

08 Oktyabr 2026 / 13:15
0
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

08 Oktyabr 2026 / 13:05
0
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

08 Oktyabr 2026 / 12:21
1

XƏBƏR LENTİ

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

Sabah Bakıya yağış yağacaq

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Ramiz Mehdiyev öz məhkəməsinə niyə gəlmir…

Prezident MDB dövlətlərinin başçılarının görüşündə

11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı

Prezident “Avaza” Kompleksinə gedib

Azərbaycanda uzun illər evli olanlar arasında boşanmalar artıb

Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Qarabağdan daha 16 nəfərə aid insan qalığı aşkarlanıb

İcra Hakimiyyəti başçısından nümunəvi addım – FOTOLAR

Bakıda kanat yolu üçün araşdırma aparılır – RƏSMİ

Bu şəxslərin pensiyası daha çox artacaq

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Ərzaq qiymətlərinin artırılmaması üçün dövlət müdaxilə edəcək

Azərbaycanda quzuların və buzovların kəsilməsi qadağan edilir

Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə gedib

Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

Prezident Konfrans iştirakçılarına müraciət ünvanlayıb

Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.