Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Səməd Seyidov Qazaxın Yuxarı Salahlı kəndində sakinlərlə görüşüb

Yanvar 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

Yanvarın 24-də 109 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazax rayonunun Yuxarı Salahlı kəndində yaşayan seçiciləri ilə görüşüb.

Millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və köməkçisi Akif Əmirovla birlikdə Yuxarı Salahlı kəndinə gələrək sakinlərin müraciətlərini dinləyib.

İcra başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, 2025-ci ildə sakinlərlə ilk səyyar görüşün keçirildiyini qeyd edərək səmimi ürək sözlərini bölüşüb. Hər zaman olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün də arxasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində söylədiyi sözləri sakinlərin diqqətinə çatdıran rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi “2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.

Seçiciləri ilə səmimi söhbət edən millət vəkili Səməd Seyidov öz növbəsində sakinləri salamlayıb, səmimi ürək sözlərini bölüşərək onlara xoş arzularını səsləndirib. Millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını vurğulayıb. “Siz vətəndaşlara qayğı ilə yanaşmaq, daim diqqət ayırmaq tutduğu vəzifədən, mövqedən asılı olmayaraq hər bir dövlət məmurunun vəzifə borcudur. Dövlət məmuru olaraq xalqa xidmət göstərmək, ölkə başçısının verdiyi tapşırıqların uğurla icra olunması hər zaman dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bizlər hər zaman Sizləri dinləməyə hazırıq”, – deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində hər zaman yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili rayonda vətəndaşlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin ölkə Prezidentinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim sakinlərin yanında olmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. Millət vəkili Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi, uğuru kimi qiymətləndirərək bu nailiyyətə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandana, Vətən yolunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, bu gün Vətənin keşiyində dayanan hərbçilərimizə borclu və minnətdar olduğumuzu söyləyib.

Millət vəkili ilə səmimi söhbət edən Yuxarı Salahlı kənd sakinlərindən Abdulla Məmmədov və başqaları dövlətin, dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər.

Keçirilən görüşdə vətəndaşların qayğı və problemləri ilə maraqlanılaraq bəzi məsələlərin həll olunması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. Səməd Seyidov vətəndaşlar tərəfindən irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Əvvəlki Yazı

“Azərpoçt” Şuşada fəaliyyətə başladı

Növbəti Yazı

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
2
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
3
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
2
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
5

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.