Tehran İranın nüvə proqramına dair böhranın həlli üçün ABŞ-la danışıqların beşinci raundunun vaxtı və yeri ilə bağlı təklif alıb.
Cumhuriyyet.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
“Biz İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu ilə bağlı təklif almışıq, bu da hazırda nəzərdən keçirilir”, – o bildirib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Arakçı ABŞ-la nüvə danışıqlarının 5-ci raundunun tarixinin müəyyən edildiyi barədə məlumat vermişdi.