Rusiya və Ukrayna nümayəndə heyəti arasında İstanbulda keçirilən danışıqlar hərtərəfli atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün əsas olacaq.
Cumhuriyyet.azxəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Budapeştdə keçirilən iclasında deyib.
“Ümid edirik ki, İstanbuldakı danışıqlar gələcəkdə hərtərəfli atəşkəsə, ədalətli və davamlı sülhə zəmin yaradacaq”, – o bildirib.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar olub.