Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Əli Əsgərov Arpaçay İdman Birliyinin prezidenti seçilib

İyun 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

28 Oktyabr 25 / 12:10
Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

27 Oktyabr 25 / 13:06
Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

21 Oktyabr 25 / 10:57
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52

Ötən gün Arpaçay İdman Birliyi (AİB) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

İdarə Heyəti üzvlərinin, habelə hakim, məşqçi, idmançı və fəxri qonaqların iştirak etdiyi toplantıda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra təşkilati məsələlərə baxılıb, Birliyin yeni rəhbərliyi və İdarə Heyətinin yeni üzvləri müəyyənləşib. Beləliklə, Əli Əsgərov Arpaçay İdman Birliyinin prezidenti, Yavər Hüseynov birinci vitse-prezidenti, Cavid Əliyev, İbrahim Əliyev, Hacıağa Əliyev Birliyin vitse-prezidentləri, Vüqar Kərimov baş katibi, Cahangir Babayev Nizam-intizam Komitəsinin sədri, Yəhya Babanlı, Samir Alıyev və Aydın Mahmudov İdarə Heyətinin yeni üzvləri seçiliblər.

Tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov əvvəlcə Əli Əsgərovu təbrik edib, kollektivin onun rəhbərliyi altında daha böyük qüvvə və əzmlə fəaliyyət göstərməyə hazır olduğunu bildirib. Y.Hüseynov çıxışında, indiyə qədər görülən işlərdən, əldə edilən uğurlardan bəhs edib.
MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov iclasda çıxış edərək Əli Əsgərovun prezident seçilməsinin mühüm hadisə olduğunu və yeni rəhbərliyin daha böyük uğurların əldə olunmasına töhfə verəcəyini bildirib. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin üzvü, karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rəfael Ağayev Əli Əsgərovun başçılığı altında fəaliyyətində Arpaçay İdman Birliyinin yeni uğurlar qazanacağına əminliyini ifadə edib.

Daha sonra AİB-in baş katibi Vüqar Kərimov cari ilin iyul ayının əvvəlində baş tutacaq Zəfər Kubokuna hazırlıq işləri ilə bağlı məlumat verib. İdarə Heyətinin üzvləri – Cavid Əliyev, Qaşqay Ziyəddinoğlu, Mais Mədətov, Mahir Mədətov, Həsən Quliyev, Roman Heydərov, Toğrul Adilli, Fərahim Sadiq və digərləri çıxış edərək Əli Əsgərovun Arpaçay İdman Birliyinə rəhbər seçilməsinin idman ictimaiyyəti üçün mühüm hadisə olduğunu qeyd edərək, bunu fəxrlə qarşıladıqlarını bildiriblər.

İdarə Heyətinin yeni üzvləri Yəhya Babanlı və Aydın Mahmudov da çıxış edərək, göstərilən etimada görə minnətdarlıqlarını çatdırıb, AİB-ə yeni uğurlar arzu ediblər. Y.Babanlı deyib ki, Azərbaycanda idmanın inkişafına dövlətin və dövlət başçısının dəstəyi nəticəsində idmançılarımız göstərilən etimadı doğruldaraq, ölkəmizi dünya arenalarında ləyaqətlə təmsil edə bilirlər. Onun sözlərinə görə, dövlətinə, xalqına daim bağlı olan, öz dəst-xətti ilə sayılıb, seçilən şəxsiyyət kimi Əli Əsgərovun Arpaçay İdman Birliyinin rəhbəri olması bu baxımdan, əlamətdar hadisədir və bundan sonra Birliyin fəaliyyətində böyük dönüş yaranacağına heç bir şübhə yoxdur.

Tədbrin sonunda çıxış edən Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov göstərilən etimada görə İdarə Heyətinin üzvlərinə təşəkkür edib, gələcəkdə görüləcək işlərin, qarşıda duran planların həyata keçirilməsində bütün üzvlərin daim dəstəyinə ümid etdiyini bildirib.

Əvvəlki Yazı

“Sahil S-İnşaat” işi niyə çözülmür – arxasındakı “sehirli əllər” üzə çıxır

Növbəti Yazı

Sabah 36 dərəcə isti olacaq

EKSKLUZİV

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

28 Oktyabr 2025 / 12:30
1
“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

28 Oktyabr 2025 / 12:29
1
Azərbaycanda seysmik vəziyyət necədir?

Azərbaycanda seysmik vəziyyət necədir?

28 Oktyabr 2025 / 12:26
0
İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə…

İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə…

28 Oktyabr 2025 / 12:24
1

XƏBƏR LENTİ

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

Azərbaycanda seysmik vəziyyət necədir?

İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə…

“Kontakt Home” milyonlarla manat borca düşdü – FOTO

Parlamentin Ağamalı-Nəsirov fiaskosu

Eldar Mahmudov çətəsinin Beynəlxalq Bank talanında Ramiz Mehdiyev izi…

Naxşıvanda yanacaq monopoliyası

Bakı Ermənistana daha bir qapı açır – mühüm anlaşma

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Məşhur seysmoloq: “100 kilometrlik səth yırtılıb”

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı

Ramiz Mehdiyev milyonluq əmlakları kimlərin köməyi ilə ələ keçirib?

Muxtar Babayev açıqladı: Xəzərdə su buna görə azalır (VİDEO)

Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi

Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da…” – VİDEO

“Övladları üzərindən alver aparanlar var” – Tağı İbrahimov

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Kənd təsərrüfatında YOXLAMALAR: Rəqəmlər şişirdilib

Heyvan bazarları bağlandı – Ət qıtlığı olacaq?

Paytaxtda söküntü: Hansı ərazilər plana düşüb?

81,5 milyonluq dələduzluq: 30 nəfər məsuliyyətə cəlb olundu

Azərbaycanda repititorluq fəaliyyəti ləğv edilir? – Təhsildə Avropa təcrübəsi

Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb: AQTA-nın arayışı gizlədib

Tramp Putinə Azərbaycandan danışıbmış: Dialoqunun təfərrüatı açıqlandı

Paşinyan Azərbaycana bu marşrutu təklif etdi

“Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl” – İstintaqa dosye təqdim olundu

Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur

Zakir Fərəcov dövlət torpaqlarını Ramiz Mehdiyevə ərməğan edib?

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.