Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Qazaxda icra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb

İyul 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazandığımız şanlı Zəfər Azərbaycanın hərb tarixinə, eləcə də xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Artıq o Zəfər dolu günlərdən 5 il ötür. Beş il əvvəl 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərməklə yanaşı, eyni zamanda, Ali Baş Komandanın elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarının xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu göstərdi. 44 gün davam edən müharibə həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu sübut etdi. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman Vətən oğulları Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını alaraq onların qanını yerdə qoymadılar. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Bəli, bu gün qürurla deyə bilirik ki, qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizin ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman yüksək səviyyədə hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, günün istənilən vaxtında onları qəbul edir, mütəmadi olaraq onlarla görüşərək qayğıları ilə maraqlanır.

İyulun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kəndinin igid oğlu (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun ailəsini fərdi qəbul edərək onun qayğıları ilə maraqlanıb. Şəhid ailəsi ilə səmimi söhbət edən icra başçısı 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin, qəhrəman şəhidlərimizin, qazilərimizin onun üçün doğma və əziz olduğunu söyləyib, onların ünvanına xoş ürək sözlərini səsləndirib. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək Qazaxda bu amilin, göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.

Şəhidin həyat yoldaşı Tulzala Yusubova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqətə, qayğıya görə razılığını ifadə edərək buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Bugünkü görüşə və səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür edib.

Əvvəlki Yazı

Laçında meşəni bu qardaşlar yandırıb

Növbəti Yazı

İlham Əliyevin “əsas dövlətə müxalifətdə olmasınlar” deyimi və DTX-nın Mirədalət Talışxanov əməliyyatı…

EKSKLUZİV

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

17 Oktyabr 2025 / 17:11
76
Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

17 Oktyabr 2025 / 16:03
1
Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

17 Oktyabr 2025 / 16:01
1
Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

17 Oktyabr 2025 / 15:59
5

XƏBƏR LENTİ

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

Türkiyədə ŞOK əməliyyat – masonların rəhbəri istintaqa cəlb olundu

Mehdiyev 7 saat dindirildi – İstintaqa əsa ilə gedib

Trampla Putin arasında GƏRGİNLİK – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edildi

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

Saxta medal verənlərin işini bu idarə araşdırır- 3 nəfər məsuliyyətə cəlb olundu

Zəngəzurla bağlı MÜJDƏLİ XƏBƏR: nəhəng dağlar yarılır, Naxçıvana belə yol açılır – VİDEO

PKK/YPG lideri Dəməşq hökuməti ilə razılığa gəldi: “Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik”

Trampla Putin telefonda müzakirə apardı: nələr razılaşdırıldı? – “Bu, utancverici…”

“TikTok” çevrəni “daraldır” – Üç ay içində 189 milyondan çox video silinib

“Eşqi Bağırov Agentliyə buraxılmır, onun “qələmi” qırılıb”

Mehdiyevlərin “Ailə TV”si necə olacaq?

Fərhad Əhmədov məhkəmədə ifadə verdi – DTX-nın saxladığı Anass Derrazın işi

Füzulinin işğaldan azad olunmasından beş il ötür

Yağış nə vaxta qədər davam edəcək?

Şəhid leytenant Azər Namazovun barelyefinin açılışı olub

Azərbaycan sülhməramlıları Qəzzada?!

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

Putin Düşənbədə Əliyevə NƏLƏR DEYİB? – İmişli detalı, Mehdiyevin “ÇEVRİLİŞ KOMANDASI”NDAKI ŞOK ADLAR

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Leysan yağacaq

Ramiz Mehdiyevin halı pisləşdi – Həkim çağırdılar

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Qızılın qiyməti rekord qırır: Səbəblər nədir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.