Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

İyul 29, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

30 İyul 25 / 11:39
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34

Azərbaycanlı tələbələrin xaricdə, xüsusilə Türkiyədə aldıqları ali təhsili ölkədə davam etdirməklə bağlı müraciətlərinə Elm və Təhsil Agentliyi tərəfindən verilən imtinalar son vaxtlar ictimai narazılığa səbəb olub. Etirazlar artdıqca Agentlik məsələ ilə bağlı rəsmi açıqlama yayıb.Lakin yayımlanan bu açıqlama narazılığı azaltmaq əvəzinə, ictimaiyyətin suallarını daha da artırıb.

Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli bildirib ki, “Təhsilin kredit sisteminin təşkili qaydalarında” bakalavr pilləsi üçün 240 kredit müəyyən edilib,hər semestr üçün tələbə 30 kredit yığmalıdır.” Bu yanaşma Nazirlər Kabinetinin 348 nömrəli qərari ilə əsaslandırılır.

Lakin diqqət çəkən məqam odur ki, Agentlik qeyd edilən maddənin məzmunu tam açmır və yalnız bir hissəsinə əsaslanır.
Lakin qeyd edilən Qərarın 3.2.2-ci bəndinə tam nəzər yetrdikdə açıq şəkildə göstərilir ki:
“Əgər tələbənin fənlərdən akademik borcu varsa və ya bu borc prerekvizit fənlərdən qaynaqlanırsa, bu halda tələbənin topladığı kredit sayı normadan az ola bilər.”

Yəni qanun kredit azlığına şərait yaradır. Agentlik isə bu bəndə riayət etmədən, hər semestr üzrə 30 kreditdən az toplamış bütün tələbələri avtomatik şəkildə rədd edir. Bu isə qanunla ziddiyyət təskil edir. Çünki, yuxarıda istinad edilən normada aydın şəkildə qeyd edilmişdir ki, tələbənin topladığı kredit sayı tələb olunan 30 kredit-dən az ola bilər. Belə olan halda agentliyin mövqeyi qanunverciliklə tam ziddiyət təşkil edir.

Agentliyin direktor müavinin digər mövqeyində isə bildirir ki, xaricdən köçürülmək istəyən tələbələr oxuduqları universitetlərə mərkəzləşdirilmiş qəbul imtahanı ilə qəbul olunmalıdırlar. Türkiyə üçün bu imtahan “YÖS” olaraq göstərilir.

Lakin burada da ziddiyyət ortaya çıxır. Çünki 2023-cü ildə qəbul olan tələbələrin böyük əksəriyyəti universitetlərin özünün təşkil etdiyi YÖS imtahanları ilə qəbul olunublar. TR-YÖS adlı mərkəzləşdirilmiş sistem isə yalnız 2024-cü ildən etibarən tətbiq edilir.

Bundan başqa, KQ-02 nömrəli rəsmi qərarının 2.13.1-ci bəndində də “TR-YÖS” deyil, sadəcə “YÖS imtahanları” tələbi nəzərdə tutulmuşdur.
Bu isə bütövlükdə YÖS imtahanları ilə qəbul olmuş bütün tələbələrə münasibətdə keçərlidir.
Yəni Agentliyin mövqeyi Elm və Təhsil Nazirliyi Kollegiyası tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə tam ziddiyət təşkil edir.

Məsələ ilə bağlı hüquqşunas, Xəzər Konsaltinq vəkil bürosunun vəkili Samir Xudaquluyev Redaksiyamıza məsələ ilə bağlı fikir bildirib.
“ Hazırda xaricdə, xüsusilə Türkiyədə ali təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana köçürülməsi iləbağlı ciddi hüquqi nöqsanlar müşahidə olunmaqdadır. Elm və Təhsil Agentliyinin verdiyi izahatlar bu ziddiyyətləri aradan qaldırmır, əksinə sualları daha da artırır.
Birinci məsələ kredit məsələsidir. Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndində açıq şəkildəqeyd olunur ki, əgər tələbənin akademik borcu varsa və bu borc prerekvizit fənlərlə bağlıdırsa,kreditlərin normadan az olması mümkündür. Yəni bu hüquqi şəkildə tanınmış haldır.
İkinci məsələ YÖS imtahanları ilə bağlıdır. 2023-cü ildə tələbələr Türkiyədəki dövlət universitetlərinərəsmi YÖS imtahanları ilə qəbul olunublar. O dövrdə TR-YÖS adlı mərkəzləşdirilmiş sistem mövcud deyildi. TR-YÖS yalnız 2024-cü ildən tətbiq olunmağa başlanıb. Qanunun geriyə şamil olunmaması hüququn əsas prinsipidir. Belə olan halda, 2023-cü ildə qəbul olmuş tələbəyə 2024-cü ildən qüvvəyə minmiş bir tələbin tətbiq olunması hüquqi baxımdan yolverilməzdir.”

Elm və Təhsil Agentliyinin rəsmi açıqlamasında ən təəccüblü hissələrindən biri isə belədir “Bəzi xaricdə təhsil alan tələbələr ildə 1-2 dərs götürüb, təhsillərini 8, 9, bəzən 10 ilə kimi davam etdirirlər.”
Halbuki Türkiyə Respublikasının ali təhsil sistemində bakalavr təhsilinin maksimum müddəti 7 ildir. Bu müddətdə məzun olmayan tələbənin universitetlə münasibəti rəsmi şəkildə dayandırılır.
Yəni Agentliyin bu bəyanatı ya məlumatsızlıqdan, ya da ictimaiyyəti çaşdırmaq məqsədi iləverilib. Hər iki halda bu, qeyri-pesəkar yanaşmadır.

Apelyasiya hüququ “yaxşı xəbər” sayılırsa…

Agentlik acıqlamasında bildirir ki, vətəndaş qərarla razı deyilsə, “yaxşı xəbər budur ki,apelyasiya komissiyası mövcuddur”.
Bu isə ictimaiyyətdə ironik qarşılanıb. Çünki bu, vətəndaşın zaten mövcud olan təbii hüququdur. Hüquq normalarının təmin edilməsi bir dövlət orqanı tərəfindən “müsbət jest”kimi təqdim edilə bilməz.
Daha da təəssüf doğuran odur ki, həmin apelyasiya şikayətləri də yenidən elə imtina qərarınıverən eyni Agentlik tərəfindən dəyərləndirilir. Bu isə obyektivlik və ədalət prinsiplərinəziddir.
Təhsil eksperti Kamran Əsədli sosial şəbəkə hesabında məsələyə münasibət bildirərək Agentliyin açıqlamasını sərt tənqid edib:

“Təhsildə məsuliyyət- yalnız dərs deməklə bitmir. Bu, həm də qanunlara, etikaya, vətəndaşhüquqlarına hörmətlə yanaşmaq deməkdir. Sanki onların qərarları qanunla yox, şəxsi istəkləölçülür.
Bu, təkcə idarəçilik problemi deyil. Bu, təhsilin mahiyyətini zədələyən, gənc nəslə verilən mesajı korlayan, cəmiyyətin ədalət hissini sarsıdan təhlükəli bir tendensiyadır. Qanunun tətbiqi fərdlərin kimliyinə görə dəyişirsə, orada hüquqdan yox, özbaşınalıqdan danışmaq olar.

Vəzifədə olanlar unutmamalıdır: təhsil sahəsi cəzasızlıq arenası deyil. Bu sahədəki hər bir qərar yüzlərlə, minlərlə insanın taleyinə toxunur. Məsuliyyətsizlik- gec-tez inamsızlıq, ədalətsizlik vəsosial parçalanma ilə nəticələnir. Cəmiyyət isə bunu artıq qəbul etmir. Susmur. Baxışlar dəyişir. Cavab tələb olunur. Hesabat tələb olunur.”

Əvvəlki Yazı

Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

Növbəti Yazı

DYP sürücülərə qayda pozuntuları ilə bağlı müraciət edib – VİDEO

EKSKLUZİV

Qazaxda Gənclər düşərgəsinin açılışı olub – FOTOLAR

Qazaxda Gənclər düşərgəsinin açılışı olub – FOTOLAR

30 İyul 2025 / 23:13
1
Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

30 İyul 2025 / 16:30
0
Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

30 İyul 2025 / 16:16
0
Qabil Məmmədova qiyabi hökm oxundu

Qabil Məmmədova qiyabi hökm oxundu

30 İyul 2025 / 16:00
2

XƏBƏR LENTİ

Qazaxda Gənclər düşərgəsinin açılışı olub – FOTOLAR

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Qabil Məmmədova qiyabi hökm oxundu

Qusmanın dövlət mükafatları ləğv edilsin – Mironov

İstilik təchizatı xidməti bahalaşdı

Dünyada iki yeni fəsil yarandı: Alimlər xəbərdarlıq etdi

Rusiya və Çin Sakit okeanda hərbi təlimlərə başlayır

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb 

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Rusiya DİN Şıxlinskini axtarışa verdi – Foto

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi

Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb – SƏRƏNCAM

Sunami Kaliforniya sahillərinə çatdı

Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayır

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

Yaponiyada sunami təhlükəsi: Fukuşima AES boşaldıldı

Trampdan ukraynalılara şad xəbər: müharibə bitənə qədər

Xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb

Sabahın hava proqnozu

Nazirlikdən üzərliklə bağlı – Xəbərdarlıq

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Cəbrayıla növbəti köç karvanı yola salınıb 

DYP sürücülərə qayda pozuntuları ilə bağlı müraciət edib – VİDEO

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.