Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

HƏR ADDIMIMIZI İZLƏYİRLƏR… – Texnologiyanın görünməyən tərəfi: Rahatlıqmı, nəzarətmi? (ARAŞDIRMA)

Sentyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

13 Sentyabr 25 / 13:12
Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

13 Sentyabr 25 / 11:12
Svetlana Hüseynova ifşa olundu: Təhsil müəssəsində intriqa, konflikt-Şok səs yazıları…

201 saylı məktəbin direktoru ilə bağlı şok faktlar: SƏS YAZISI

12 Sentyabr 25 / 15:15
Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

12 Sentyabr 25 / 11:05
GDU rektorunun təyinatının pərdəarxası: Kibışev Yusibova necə xidmət edəcək?

GDU rektorunun təyinatının pərdəarxası: Kibışev Yusibova necə xidmət edəcək?

10 Sentyabr 25 / 12:45

İngilis yazıçısı Corc Oruellin “1984” adlı romanında belə bir məşhur ifadə yer alır: “Big Brother is watching you” (“Böyük Qardaş səni izləyir” – red.). Romanda təsvir olunan “Böyük Qardaş” əslində konkret bir şəxsi yox, bir siyasi partiyanın simvolunu və onun bütün vətəndaşlar üzərində qurduğu daimi nəzarəti xarakterizə edir. Oruell əsərdə göstərir ki, psixoloji nəzarət üsulu olan “Böyük Qardaş”ın portreti hər yerə asılır ki, insanların gündəlik həyatında daim qarşılarına çıxsın və izlənildikləri hissini aşılasın. Çünki bu zaman insan özü-özünü senzura edir və nə vaxtsa dediyi fikirlərin özünə qarşı istifadə oluna biləcəyi qorxusu ilə bir ömür sürür…

1949-cu ildə həmin dövrün reallıqlarına uyğun şəkildə yazılmış bu roman müasir texnologiyaların inkişafı ilə bu distopik təsvirləri gerçəyə çevirməyi bacarıb. Bu gün real kimliklə sosial şəbəkələrə qoşulma, arxa planda tətbiqlərin izlənməsi, üz tanıma texnologiyaları, kameralarla müşahidə və nəzarət, eləcə də onlayn ödəniş metodları vasitəsilə dövlətin vətəndaşlar üzərində daimi maliyyə nəzarəti bunun əyani sübutudur. Texnoloji inqilab nəticəsində bütün dünyada müzakirə mövzusuna çevrilən bu məsələlər artıq ölkəmizə də gəlib çatıb.

Söhbət Bakı Metropolitenində yeni üz tanıma ilə ödəniş üsullarının sınaqdan keçirilməyə başlanması ilə bağlı yayılan xəbərlərdən gedir. Qurumun və quruma yaxınlığı ilə bilinən mətbu orqanlarda gedən məlumatlara görə, bu addım sərnişinlərin rahatlığını artırmaq, vaxta qənaət və insanların sürətli keçidini təmin etmək üçündür.

Şübhəsiz ki, qeyd olunanlar mahiyyət etibarilə həqiqəti əks etdirir və texnologiyanın xidmət sahələrinə tətbiqi bu gün bütün dünyada “lüks” hesab olunur. Çin başda olmaqla Avropa və dünyanın əsas inkişaf etmiş ölkələrində bu cür sistemlər mövcuddur. Amma…

Təəssüf ki, xaricdən götürülüb ölkəmizə “copy-paste” edilən bu cür texnoloji layihələr əksər hallarda özünü doğrultmur və ya özü ilə bərabərində əlavə problemlər, çətinliklər, diskomfortlar gətirir. “Rahatlıq”, “vaxta qənaət”, “sürətli keçid” kimi qulağa xoş gələn bu fikirləri “aysberq” olaraq beynimizdə canlandırsak, o zaman həm də bilməliyik ki, həmin bu “aysberq”in bir də görünməyən və lehimizə olmayan tərəfləri var.

Bunlardan ilki – yuxarıda da qeyd olunduğu kimi, insanların şəxsi həyatına qeyri-etik şəkildə müdaxilə, mümkün izlənmə halları və özündə mühüm şəxsi məlumatları ehtiva edən toplanmış dataların təhlükəsizliyi ilə; ikincisi isə kifayət qədər bahalı olan və tez-tez texniki dəstək tələb edən bu texnologiyanın tətbiqindən sonra metroda gediş haqqının artırılma ehtimalı ilə bağlıdır.

Üz tanıma texnologiyası nədir və nə kimi riskləri var?

Əvvəlcə qeyd edək ki, biometrik – üz tanıma texnologiyaları insanın üz cizgilərini təhlil edərək şəxsiyyətini təsdiq edən bir üsuldur. Bu texnologiya unikal üz xüsusiyyətlərini müəyyən etmək və bu məlumatları verilənlər bazasında saxlanılan digər üzlərlə müqayisə etmək üçün mürəkkəb alqoritmlərdən və dərin öyrənmə üsullarından istifadə edir. Üz tanıma sistemləri adətən iki mərhələdə işləyir – üz aşkarlama və üz uyğunlaşdırma.

 

Üz aşkarlanması mərhələsində sistem şəkil və ya video axınındakı üzləri aşkarlayır. Üz uyğunluğu mərhələsində isə aşkar edilmiş üzün xüsusiyyətləri çıxarılır və əvvəllər qeydə alınmış üz məlumatları ilə müqayisə edilir.

Üz tanıma texnologiyası özündə məlumatların məxfiliyi və şəxsi məxfiliyin pozulması riskini ehtiva edir. Üz tanıma sistemləri böyük miqdarda şəxsi məlumatları toplayır və emal edir. Bu məlumatların təhlükəsizliyi təmin olunmazsa, zərərli şəxslərin əlinə keçə və kibercinayətlərə səbəb ola bilər.

Bundan əlavə, üzün tanınması sistemlərinin geniş tətbiqi fərdlərin daimi monitorinqi və izlənməsi anlamına gəlir ki, bu da şəxsi azadlıqların məhdudlaşdırılması kimi qəbul edilə bilər. Ekspertlər hesab edirlər ki, bu cür sistemlər hökumətə vətəndaşların hərəkət marşrutlarını mərkəzləşdirilmiş bazada toplamaqla, onların gündəlik vərdişlərini, hara getdiklərini izləmək kimi imkanlar verir.

Qeyd edək ki, hazırda Azərbaycanda üz tanıma ilə ödəniş sistemi məhdud sahələrdə tətbiq olunur. Məsələn, SİMA Pay sistemi “Face ID” texnologiyasını dəstəkləyir, bankların və bəzi texnologiya şirkətlərinin də pilot layihələri mövcuddur.

İT mütəxəssisi: “Şəxsin hansı tarixdə, saatda, ictimai nəqliyyatda olduğu kimi detalları araşdırmaq məqsədilə istifadə oluna bilər”

Bu mövzu ilə bağlı İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev “AzPolitika”-ya şərhində bildirib ki, hazırda dünyada tətbiq olunan ödəmə üsullarından biri də biometrik – üz tanıma ola bilər.

 

 

Ekspert qeyd edir ki, bizdə vahid üz tanıma ilə ödəniş sistemi hələ mövcud deyil. Ödənişlər əsasən kart və bank servisləri vasitəsilə həyata keçirilir və bununla da rəqəmsal qeydlər aparılır: “Rəqəmsal qeydlərin aparılması bu gün də mümkündür. Biometrik ödənişlər – üz tanıma və digər biometriya növləri ödənişin sadəcə bir üsuludur. Bu gün “m10” və bank tətbiqi ilə ictimai nəqliyyatda ödəniş etmək mümkündür ki, bu zaman da ödənişlər bank serverlərində qeydə alınır. Biometrik ödəniş zamanı da məlumatların saxlanılması və emalı prinsipi eyni qalır. Yəni, biometrik ölçülər vasitəsilə ödəniş edildikdə həmin məlumatlar da mərkəzi sistemdə qeydə alınacaq. Bu, sadəcə alternativ ödəniş üsuludur”.

F. Mirəliyev məlumatların sonradan istifadəsinə də toxunub: “Mən düşünürəm ki, adi bir vətəndaşın bu məlumatları ciddi bir maraq kəsb etmir. Yalnız hansısa məhkəmə predmeti və ya cinayət işi olduqda, həmin şəxsin hansı tarixdə, saatda, ictimai nəqliyyatda olduğu kimi detalları araşdırmaq məqsədilə istifadə oluna bilər. Amma gündəlik həyatda kimin hara getməsi barədə məsələlər o qədər də əhəmiyyətli deyil”.

Mütəxəssis məlumatların təhlükəsizliyi məsələsinə də münasibət bildirib: “Burada artıq tələblər xüsusi xidmət orqanları tərəfindən müəyyən olunur. Metropoliten, eləcə də ictimai nəqliyyat qurumları özbaşına fəaliyyət göstərmir. Əgər burada vətəndaşların məlumatları saxlanılırsa, deməli, dövlətin müvafiq qurumları da bu məsələdə iştirak edir. Onların bu sahə ilə bağlı dövlətin tələblərini, fərdi məlumatların qorunması, saxlanılması və emalı ilə bağlı qanunvericilik və prosedurların şərtlərini mütləq şəkildə təmin etmələri vacibdir”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə dövlət strukturları ildə bir neçə dəfə monitorinqlər keçirir: “Xüsusi xidmət qurumları mövcud infrastrukturun tələblərə uyğun olub-olmadığını yoxlayır. Əgər uyğunsuzluq varsa, onun aradan qaldırılması üçün tədbirlər görülür. Məqsəd odur ki, vətəndaşların fərdi məlumatlarının qorunması və saxlanması təmin edilsin”.

Bu məqamda başqa bir məsələyə də toxunmaq yerinə düşər. Bu gün bütün dünyada məxfilik hüququ təməl insan hüquqlarından hesab olunur və BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində də açıq şəkildə bildirilir ki, şəxsi həyatımız qorunmalıdır. Belə olan halda üz tanıma texnologiyalarının tətbiqi xüsusi diqqət tələb edir. Yəni, hər hansı yeni sistemin tətbiqi zamanı vətəndaşların məxfilik hüququ mütləq qaydada qorunmalı, məlumatların istifadəsi, saxlanması və emalı qanunvericiliyə uyğun həyata keçirilməlidir.

Nəqliyyat eksperti: “Ödəniş məsafəyə görə və sutkanın saatlarına uyğun olaraq müəyyən edilə bilər”

İkinci məqama – metroda qiymət artımı ilə bağlı mümkün ehtimala gəlincə, bir müddətdir mətbu orqanlarda metro və avtobusda gediş haqqı məbləğinin artırılacağı ilə bağlı ardıcıl xəbərlər tirajlanır. Bu xəbərlərə görə, yaxın vaxtlarda metroda yeni gediş haqqı üsulu tətbiq olunacaq. Yəni, insanlar getdikləri məsafəyə uyğun şəkildə ödəniş edəcəklər. Həmçinin aylıq və illik biletlərin satışa çıxarılacağı, həssas kateqoriyada olan şəxslər üçün müəyyən güzəştlərin tətbiq olunacağı da müzakirə mövzularından biridir.

Qiymət məsələsinə gəlincə, burada gediş haqqının 50 qəpikdən 1 manata qədər artırılacağı deyilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “AzPolitika”-ya açıqlamasında bildirib ki, üz tanıma metodu ilə ödəniş sistemi hələ layihə çərçivəsindədir və belə bir qərar rəsmi olaraq qəbul edilməyib: “Sadəcə yaxın gələcəkdə bu sistemin tətbiqi planlaşdırılır. Dəmir yolunda artıq uğurla sınaqdan keçirilib. Dünyanın müxtəlif ölkələrində üz tanıma ilə ödəniş sistemləri işləyir — metroda, ictimai nəqliyyatda, qatarlarda tətbiq olunur”.

Ekspert ödəniş mexanizminə də toxunub: “Qiymətlərin məsafəyə görə diferensiallaşdırılacağı deyilir. Ödəniş məsafəyə görə və sutkanın saatlarına uyğun olaraq müəyyən edilə bilər. Həssas kateqoriyadan olan sərnişinlər üçün də güzəştlər nəzərdə tutula bilər, lakin bu məsələlər hələ aktuallıq daşımır. Əgər gediş haqqının diferensiallaşdırılması həyata keçirilərsə, o zaman bu məsələyə də baxıla bilər”.

Xatırladaq ki, son illər Bakı Metropolitenində gediş haqqının artımı diqqət çəkən məsələlərdən biridir. 2018-ci ildə metroda bir gedişin qiyməti 30 qəpik müəyyən edilmişdi. 2023-cü ilə qədər bu tarif 40 qəpiyə yüksəldi ki, bu da təxminən 33,3% artım deməkdir. Bu dövr ərzində illik orta artım təxminən 6,7% təşkil etmişdir.

Sonrakı iki ildə, yəni 2023–2025-ci illərdə metro gediş haqqı 50 qəpiyə çatdırılıb. Bu dövrdə artım tempi daha sürətlidir – ümumən 25% artım qeydə alınıb. İllik orta artım 12,5%-ə bərabər olub ki, bu da əvvəlki dövrə nisbətən təxminən iki dəfə yüksəkdir.

Ümumilikdə, 2018–2025-ci illər ərzində metro gediş haqqı 30 qəpikdən 50 qəpiyə yüksələrək 66,7% artım göstərmişdir. Statistik təhlil də göstərir ki, artım tempi xüsusilə son iki ildə sürətlənib.

Elvin Bəyməmmədli
“AzPolitika.info”

Əvvəlki Yazı

“12 DEV ADAM” TARİX YAZDI… – Türklər yunanlara basketbol dərsi keçdi

Növbəti Yazı

“28 May”dan “Nizami”yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?

EKSKLUZİV

Aeroportdan şəhərə taksi qiyməti FANTASTİK səviyyəyə qalxdı

Aeroportdan şəhərə taksi qiyməti FANTASTİK səviyyəyə qalxdı

13 Sentyabr 2025 / 13:22
0
Bakıda bu binalar sökülür: Vətəndaşlara nə qədər pul ödənilməlidir?

Bakıda bu binalar sökülür: Vətəndaşlara nə qədər pul ödənilməlidir?

13 Sentyabr 2025 / 13:20
0
Pezeşkiandan Azərbaycanla bağlı jest – Xamenei də dəstəklədi

Pezeşkiandan Azərbaycanla bağlı jest – Xamenei də dəstəklədi

13 Sentyabr 2025 / 13:17
0
“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

13 Sentyabr 2025 / 13:12
0

XƏBƏR LENTİ

Aeroportdan şəhərə taksi qiyməti FANTASTİK səviyyəyə qalxdı

Bakıda bu binalar sökülür: Vətəndaşlara nə qədər pul ödənilməlidir?

Pezeşkiandan Azərbaycanla bağlı jest – Xamenei də dəstəklədi

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim…

“Vüsal 300” kimi tanınan iş adamına cinayət işi açılıb – Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və…

Müstəsna əməliyyat: Ukrayna elit bölməsi “Şimal Axını” qaz kəmərlərini necə partladıb?..

Süni intellekt nazir oldu: Bu təcrübə sürətlə yayıla bilər?

GDU-dan tədris dövründə təmirə hazırlaşır: Universitet bütün yayı niyə “yatıb?”

Dövlətin strateji obyekti Azercell-ə verilir – ÖZƏL

Avropa Məhkəməsi Azərbaycana casusluq edən ermənilərə görə Ermənistanı cərimələyib

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

Kozakının Putinə Azərbaycanla bağlı məxfi hesabatı – 100 MİLYON DOLLAR!

“Dostlarını zavodlardan gətirib təhsil sisteminə yerləşdirib” – Ekspertlərdən nazirə SƏRT CAVABLAR

Sülh yolu – Zəngəzur dəhlizi: Hansı işlər görülür?

“28 May”dan “Nizami”yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?

HƏR ADDIMIMIZI İZLƏYİRLƏR… – Texnologiyanın görünməyən tərəfi: Rahatlıqmı, nəzarətmi? (ARAŞDIRMA)

“12 DEV ADAM” TARİX YAZDI… – Türklər yunanlara basketbol dərsi keçdi

Minlikdəki 6 universitetimiz – Davamı olacaqmı?

BMT-də tarixi qərar: Fələstin dövlətinə dəstək — 141 ölkə və Azərbaycan “hə” dedi

Ziyalı Kimdir? – Azərbaycan cəmiyyətində ziyalılıq anlayışına yenidən baxış

Trampın Nobel arzusu gözündə qalır – Nobel Komitəsi açıqlama yaydı

“Sözün bitdiyi an”da yeni aparıcı – Peyman Sadıqov Nigar Fərhadla… (FOTO)

“Formula 1″lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq

Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı – Sahil Babayevin tapşırığı…

Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına MƏHDUDİYYƏT QOYDU

Azərbaycan MDB-nin iclasını yenə BOYKOT ETDİ

Rusiya Azərbaycan qazının dayanmasına sevinir

Paşinyana qarşı impiçment

201 saylı məktəbin direktoru ilə bağlı şok faktlar: SƏS YAZISI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.