Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Müstəsna əməliyyat: Ukrayna elit bölməsi “Şimal Axını” qaz kəmərlərini necə partladıb?..

Sentyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

29 Oktyabr 25 / 12:15
Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

28 Oktyabr 25 / 12:10
Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

27 Oktyabr 25 / 13:06
Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

21 Oktyabr 25 / 10:57
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36

Rusiya qaz tədarükü sistemini iflic edən partlayışlar dünya miqyasında “kimdir günahkar” detektiv araşdırmalarını işə saldı. İndi isə Almaniya polisi bu hadisədə əli olan şəxsləri müəyyənləşdirdiyini iddia edir….

Müəllif: Kolin Frimen

The Telegraph nəşri

2022-ci ilin may ayının əvvəli, Rusiya ordusunun Kiyevi mühasirəyə almaq cəhdinin uğursuzluğa düçar olmasından bir ay sonra yüksək rütbəli Ukrayna hərbçilərinin bayram etməsi üçün kifayət qədər səbəb var idi. Onlar Vladimir Putinin qoşunlarına gözlənilməz zərbələr endirdikdən sonra haqq etdikləri içki şənliyində bir araya gəldilər.

Alkoqol axdıqca söhbət Kremlə daha çox ağrı verəcək zərbələrin necə endiriləcəyi istiqamətində dərinləşdi. Məsələn, Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya gedən iki paralel qaz kəməri olan “Şimal Axını 1” və “Şimal Axını 2”-nin partladılması ideyası ortaya atıldı. Bu addım Rusiyaya milyardlarla funt-sterlinq gəlir itkisinə səbəb olmaqla yanaşı, Almaniyanın ucuz Rusiya enerjisindən olan asılılığına da son qoyacaqdı. Əgər onlar tutulsaydılar, Kiyevin Avropalı müttəfiqləri həyətlərində baş verən bu diversiyadan xoşbəxt olmayacaqdı.

Başqa bir şəraitdə, yeyib-içən iştirakçılar səhəri gün oyandıqda bunu sadəcə alkoqolun təsiri altında səsləndirilmiş bir ideya hesab edə bilərdilər. Ancaq bu dəfə çox kəskin triller ssenarisi kimi səslənən hadisə reallığa çevrildi.

Demək olar ki, üç ildir ki, Almaniya polisi 2022-ci ilin sentyabr ayının sonlarında qaz kəmərini kimin partlatdığını tapmağa çalışır. Zərbə Baltik dənizinin səthində 350.000 ton metan qazının sızmasına səbəb oldu və nəticədə böyük geosiyasi rezonans doğurdu.

Çoxları bu əmrin Vladimir Putin tərəfindən verildiyini iddia edir ki, bununla Avropaya öz enerji təchizatının nə qədər həssas olduğunu göstərsin. Digərləri isə bu əməliyyatın arxasında “Soyuq müharibə” dövrünün üsullarına qayıdan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ola biləcəyini düşünürdü. Putin özü də ABŞ-ın uzun müddətdir “Şimal Axını”na qarşı çıxdığını bildirərək bu ehtimala işarə etmişdi.

Lakin keçən ay İtaliyanın dənizkənarı kurortunda həbs olunduqdan sonra dünya bu hücumun ehtimal olunan təşkilatçısını ilk dəfə gördü. Alman prokurorların verdiyi orderlə hərəkət edən İtaliya polisi, ailəsi ilə istirahət edən 49 yaşlı bir adamı turizm kompleksində saxladı.

Yalnız “Sergey K.” kimi tanınan bu şəxsin keçmiş Ukrayna dəniz kapitanı və xüsusi xidmət orqanlarının sabiq əməkdaşı olduğu güman edilir. Məhkəmədən çəkilən fotolarda o, ittihamları rədd edən, əzələli, keçəl bir kişi kimi təsvir edilir.

Alman rəsmiləri indi şübhəlini ekstradisiya etmək niyyətindədirlər. Onların versiyasına görə, Sergey K. 2022-ci ilin sentyabrında “Şimal Axını”nın partladılmasını həyata keçirən altı Ukraynalıdan ibarət qrupa rəhbərlik edirdi. İstintaqın gedişi ilə bağlı ilk ictimai açıqlamalardan birində Almaniyanın Federal Prokurorluğu bildirdi ki, “Sergey K. “Şimal Axını 1” və “Şimal Axını 2″ qaz kəmərlərinə partlayıcı maddələr yerləşdirən şəxslər qrupunun üzvü idi”.

Onun məhkəməsi siyasi cəhətdən partlayıcı ola bilər. Almaniya hazırda ABŞ-dan sonra Ukraynanın ən böyük hərbi və maliyyə sponsoru hesab olunur. Ukrayna prezidenti Vladimir Zelenski bu planı təsdiqləmədiyini inkar etsə də, istintaqın bəzi sızıntıları onun bu barədə ən azı məlumatlı olduğunu göstərir. Həmçinin əməliyyata Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Komandanı, hazırda Kiyevin Londondakı səfiri olan general Valeri Zalujnının nəzarət etdiyi iddia edilir. Zalujnı da bu məsələdən xəbərsiz olduğunu bildirir.

“Andromeda” əməliyyatı və “Sergey K” nin rolu…

Bəs almanların versiyasına görə, hadisə necə baş verib? İstintaqın açıqlanan detallarına, həmçinin Almaniya və digər beynəlxalq media qurumlarının nəşrlərinə əsaslanaraq, polis versiyasının ümumi konturunu bərpa etmək mümkündür. Məlum olub ki, “Diameter” (“Diametr”) Əməliyyatı kimi adlandırılan bu diversiya planı “sərxoş” başlanğıcına baxmayaraq, yüksək peşəkar bir əməliyyat idi. Yalnız sərhədlər vasitəsilə yüksək enerjili partlayıcı maddələrin daşınması lazım deyildi, həm də partlayıcılar 80 metr dərinlikdə dəniz dibinə yerləşdirilməli idi. Bu isə yalnız təcrübəli dalğıcların bacara biləcəyi bir iş idi.

Bu məqsədlə, altı Ukraynalıdan ibarət qrupa dörd təcrübəli dərin dəniz dalğıcı daxil idi. Mülki şəxslərdən də ibarət olduğu bildirilən qrup, 2022-ci ilin sentyabr ayının əvvəlində Almaniyanın Baltik dənizi limanı Rostockdakı marinada “Andromeda” adlı yaxtanı icarəyə götürdü. Marina işçiləri onlara demək olar ki, heç diqqət yetirməmişdi.

“Andromeda” köhnə, səliqəsiz “Bavaria 50 Cruiser” idi. Qrupun tərkibində bir qadın olduğu üçün (Ukraynanın aparıcı dalğıclarından biri olduğu güman edilir) onlar sadəcə yay sonu səfərinə çıxmağa qərar verən adi bir tətilçi şirkətinə bənzəyirdilər. Baltik dənizinə səfərləri zamanı “turistlər” Danimarkanın Bornholm adası yaxınlığında dörd nöqtəyə bomba yerləşdirərək, taymeri sentyabrın 26-na qurdular.

İddiaya görə, boruları partlatmaq üçün cəmi bir neçə kiloqram yüksək keyfiyyətli hərbi partlayıcı kifayət etdi. Həmin vaxt boru kəmərlərinin heç biri istifadə olunmasa da (Almaniya Ukraynaya təcavüzdən sonra Rusiya qazının alınmasını dayandırmışdı), onların məhv edilməsi əvvəlki ticarət münasibətlərinin bərpası üçün hər hansı bir imkanı aradan qaldırdı.

Kiyev üçün daha yaxşı olan şey isə, dünyanın bu hadisədə Kremlin günahkar olduğuna inanması idi. Danimarka Hərbi Dəniz Qüvvələri partlayışlardan əvvəl Bornholm yaxınlığında Rusiya gəmilərinin şübhəli davranışını müşahidə etdiklərini bildirdi.

Lakin siyasətçilər və ekspertlər ittihamlar mübadiləsi apararkən, Qərb kəşfiyyat orqanları artıq Kiyevdən şübhələnirdi. Alman mediasının yazdığına görə, Hollandiya hərbi kəşfiyyatı 2022-ci ilin iyununda plandan xəbər tutmuş və MKİ-yə məlumat vermişdi. MKİ isə öz növbəsində Zelenskinin ofisini bu əməliyyatı dayandırmaq barədə xəbərdar etmişdi. Onun cəhdləri isə, görünür, uğursuz olub.

Partlayışlardan sonra Almaniya polisi ikinci ipucunu yenidən Hollandiya kəşfiyyatından alaraq istifadə olunan gəmi növünü müəyyənləşdirdi. Bu, detektivləri “Andromeda”ya gətirdi. Gəminin göyərtəsində partlayıcı izləri, barmaq izləri və DNT nümunələri aşkar edildi. Diversantlar həmçinin Almaniyaya çatmaq üçün taksi sürücüsü tutmuşdular və təsadüfən o, sürətə nəzarət kamerasının obyektivinə tuş gəlmişdi.

Müstəntiqlər sürücünü taparaq sərnişinlərin ətraflı təsvirlərini əldə etdilər. Qrup saxta pasportlardan istifadə etsə də, sərhəd kameraları onların üzlərini çəkmişdi. Sürücünün təsvirləri, telefon məlumatları və digər məlumatlarla tutuşdurulduqdan sonra almanlar icraçıların əsl şəxsiyyətlərini müəyyənləşdirdilər.

Şübhələr daha da artdı ki, qrupa rəsmi qurumlar yardım edib. Əməliyyatdan sonra dalğıclardan birini götürən avtomobilin Ukraynanın Polşadakı səfirliyinin hərbi attaşesi adına qeydiyyatda olduğu iddia edilir. Polşada yaşayan digər bir şübhəli, Almaniya həbs orderi verdikdən bir gün sonra Ukraynaya qaçıb, bu da onun xəbərdar edildiyinə işarə edir.

“Andromeda”nın ekipajı, hücumdan bir həftə əvvəl qısa müddətə Polşanın Kolobzeq limanına baş çəkmişdi ki, buna görə də Almaniya prokurorları partlayıcıların orada yüklənib-yüklənmədiyini soruşmaq üçün Polşalı həmkarlarına müraciət etdilər. Polşa bu versiyanı rədd etdi.

Məlumatlara görə, Almaniya prokurorları artıq altı şübhəlinin hamısı üçün “birgə partlayış törətməkdə, anti-konstitusional diversiyada və infrastrukturun məhv edilməsində” ittiham edərək həbs orderləri veriblər. 20 milyard funt-sterlinq dəyərində olan boru kəmərlərini iflic edən bu planın cəmi 300.000 dollara (221.000 funt sterlinq) başa gəldiyi güman edilir.

“Mən hər dəfə xüsusi xidmət orqanları, sualtı qayıqlar, dronlar və peyklərlə bağlı hansısa böyük əməliyyatla bağlı fərziyyələr oxuyanda gülürəm” — The Wall Street Journal-a məlumat verən bir mənbə deyib. “Bütün bu hekayə sərxoş bir gecədən və öz ölkələri üçün həyatlarını riskə atacaq bir neçə insanın sarsılmaz qətiyyətindən doğulub”.

Hələ də azadlıqda olan beş şübhəlinin, öz vətəndaşlarının ekstradisiyasına icazə verməyən Ukraynaya qayıtdıqları güman edilir. Lakin hökumətdən müstəqil olan Alman prokurorları, bu məhkəmənin Berlin və Kiyev üçün nə qədər narahat başlıqlara səbəb olacağından asılı olmayaraq, Sergey K. üzərində məhkəməyə nail olmaqda israrlıdırlar.

2023-cü ildə Kiyevin bu hadisədə əli olduğu barədə ilk iddialar ortaya çıxanda Zelenski “Ukrayna belə bir şey etməyib” deyərək cavab vermişdi. Lakin bəzi məlumatlarda iddia edilir ki, MKİ ondan müdaxilə etməsini tələb edəndə (görünür o, buna cəhd etdi), bölmə artıq “dərin örtük” altında fəaliyyət göstərirdi və buna görə də hətta Ukrayna hərbi rəhbərliyi üçün də əlçatmaz idi.

Öz növbəsində, The Wall Street Journal general Zalujnının Zelenskinin əməliyyatı dayandırmaq əmrini nəzərə almadığını yazıb. Lakin 2024-cü ilin əvvəlindən Londonda səfir işləyən Zalujnı, Kiyevin əli olması ilə bağlı eyhamları “təxribat” adlandırıb.

Ən az şübhə doğuran isə odur ki, “Şimal Axını” Kiyev üçün cazibədar bir hədəf idi. Uzunluğu 800 mil olan bu infrastrukturun əksər hissəsi Rusiyaya məxsus idi və Rusiya tərəfindən maliyyələşdirilirdi. Onun məhv edilməsi Moskvanı Avropalı müştərilərə qaz tədarükü üçün Ukraynadan keçən boru kəmərinə daha çox güvənməyə məcbur etdi. Bu marşrut üzrə bu il başa çatan müqavilə Kiyevə əhəmiyyətli tranzit haqları gətirirdi.

Almaniya hökuməti “Şimal Axını” üzrə gələcək məhkəmə prosesi barədə az danışır və bunu sadəcə hüquqi məsələ olduğunu iddia edir. Lakin Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutundan (RUSI) Avropa təhlükəsizliyi üzrə ekspert Ed Arnold, hər hansı bir prosesin diqqətlə “səhnələşdiriləcəyini” düşünür.

“Almanlar ədalət naminə məsələnin mahiyyətini öyrənmək istəyəcəklər, lakin hər şey nəzarətdən çıxmış bir bölmənin icazəsiz əməliyyatı kimi təqdim edilə bilər” — o deyir.

Cəmiyyətin rəyi hələ də Ukraynanın tərəfində olduğu üçün o, təqsirli hökmün Kiyevə Almaniya və ya Avropa dəstəyinə zərər verəcəyinə inanmır. Lakin Rusiya indi Avropada oxşar bir diversiya aktı törətsə, Kreml üçün barmağını qonşusuna uzatmaq çox asan olacaq.

Arnoldun sözlərinə görə, “Şimal Axını”na endirilən zərbə Qərb liderləri üçün onların kritik enerji infrastrukturunun zəifliyi ilə bağlı həyəcan siqnalı olub. “Nəzəri cəhətdən hamımız bunu əvvəllər də bilirdik” — o deyir, “lakin insanların hərəkətə keçməsi üçün real partlayış lazım idi. İndi NATO boru kəmərlərini qorumaq, dron nəzarəti imkanları və başqa bir çox tədbirləri tətbiq etmək üzərində işləyir.

Doğrudur, bütün bunlar Sergey K.nin təqsirli bilinərsə, uzun müddətli həbs cəzası almasına mane ola bilməz. Lakin Ukraynaya qayıdanda o, həbs olunmuş birindən milli qəhrəmana çevriləcək və bəlkə də yenidən içki şənlikləri olacaq.

Tərcümə Poliqon-a aiddir

Əvvəlki Yazı

Süni intellekt nazir oldu: Bu təcrübə sürətlə yayıla bilər?

Növbəti Yazı

“Vüsal 300” kimi tanınan iş adamına cinayət işi açılıb – Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və…

EKSKLUZİV

DİN əhaliyə XƏBƏRDARLIQ ETDİ

DİN əhaliyə XƏBƏRDARLIQ ETDİ

29 Oktyabr 2025 / 12:22
0
Bakının çətin və riskli Qəzza qərarı

Bakının çətin və riskli Qəzza qərarı

29 Oktyabr 2025 / 12:21
1
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

29 Oktyabr 2025 / 12:15
34
Xəzərdə neft tükənir, yoxsa… – Bundan sonra nə olacaq?

Xəzərdə neft tükənir, yoxsa… – Bundan sonra nə olacaq?

29 Oktyabr 2025 / 11:58
2

XƏBƏR LENTİ

DİN əhaliyə XƏBƏRDARLIQ ETDİ

Bakının çətin və riskli Qəzza qərarı

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xəzərdə neft tükənir, yoxsa… – Bundan sonra nə olacaq?

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Satışa çıxarılacaq GÜZƏŞTLİ mənzillərin QİYMƏTLƏRİ

Hava ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakıda keçiriləcək ravvinlər konfransı təxirə düşdü: Yəhudi dindarlar gələsi olmadı

Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir

Bərdənin Yaşıllaşmasında və Çiçəklənməsində Əmək Payı Olan Məmur – Natiq Qasımov

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

Azərbaycanda seysmik vəziyyət necədir?

İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə…

“Kontakt Home” milyonlarla manat borca düşdü – FOTO

Parlamentin Ağamalı-Nəsirov fiaskosu

Eldar Mahmudov çətəsinin Beynəlxalq Bank talanında Ramiz Mehdiyev izi…

Naxşıvanda yanacaq monopoliyası

Bakı Ermənistana daha bir qapı açır – mühüm anlaşma

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Məşhur seysmoloq: “100 kilometrlik səth yırtılıb”

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı

Ramiz Mehdiyev milyonluq əmlakları kimlərin köməyi ilə ələ keçirib?

Muxtar Babayev açıqladı: Xəzərdə su buna görə azalır (VİDEO)

Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi

Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da…” – VİDEO

“Övladları üzərindən alver aparanlar var” – Tağı İbrahimov

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Kənd təsərrüfatında YOXLAMALAR: Rəqəmlər şişirdilib

Heyvan bazarları bağlandı – Ət qıtlığı olacaq?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.