Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin silah tədarükü imkanlarının artdığını açıqlayıb. Musavat.com xəbər verir ki, o bildirib ki, əvvəllər Ermənistan üçün silah bazarları həm coğrafi, həm də maliyyə baxımından məhdud idi.
Lakin indi bu məhdudiyyətlər aradan qaldırılıb: “Heç bir ölkə bizimlə hərbi-texniki əməkdaşlıq edərkən narahat deyil ki, bu silahlar legitim olmayan məqsədlər üçün istifadə olunacaq”.
Paşinyan qeyd edib ki, Qarabağa iddialardan imtina etmək nəticəsində ölkəyə silah tədarükü imkanları artır.
Paşinyan bu sözləri təhlükəsizlik konfransında deyib.