ABŞ prezidenti Donald Tramp bu gün Rusiya prezidenti Vladimir Putinlə telefonda müzakirə aparıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki saatlıq müzakirədən sonra Tramp danışıqların çox məhsuldar keçdiyini deyib.
ABŞ lideri bildirib ki, Ukraynadakı “utancverici və biabırçı müharibə”nin sona çatması istiqamətində Rusiya lideriylə mühim razılaşmalar əldə edib: “Mən, Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşmək barədə razılığa gəldim. Bu görüş Ukraynada müharibəyə son qoymaq üçün böyük irəliləyiş olacaq”.
Tramp bildirib ki, Putinlə görüşünün təfərrüatlarını və digər mühim məsələləri müzakirə etmək üçün sabah Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşəcək: “Rusiya prezidenti Putin həm məni, həm də ABŞ-ı əsrlər boyu Yaxın Şərqdə davam edən müharibəyə son qoyduğumuz üçün təbrik etdi. İndisə Yaxın Şərqdəki uğurun Rusiya-Ukrayna müharibəsində təkrarlanacağına inanıram”.