Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Oktyabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Bu gün Milli Məclisdə deputat Tənzilə Rüstəmxanlı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb: “Xalqımızı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”. Bu fikirlər nədənsə Siyavuş Novruzovun xoşuna gəlməyib və o cavab çıxışında “Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir” deyə tarixi kəşf axtarışına çıxıb. Bu ilk hadisə olsaydı mövzuya toxunmamaq da olardı. Amma bu ilk dəfə deyil ki, “millət vəkili” adı daşıyan şəxs millətin istiqlal və qürur tarixini görməzdən gəlir, yaxud bu tarixi unutdurmaq bataqlığında çabalayır. Bu şəxslərin – Azərbaycanda İstiqlal və Türkçülük davasına qarşı çıxanların cavabı hər zaman verilib. Lap elə bu günlərdə Xalq Şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının bəlli kəsimin illərcə qarşısında müti olduğu Ramiz Mehdiyevə 30 il öncə verdiyi cavab trend oldu. Sabir bəy elə bu parlamentdə Xalq Cumhuriyyətinə, Milli Azadlıq Hərəkatına qarşı olan çıxışları da zamanında susdurub. Sabir bəy, sözün uca mənasında MİLLƏTİNƏ VƏKİL statusundadır, deputat deyil, amma indi də tarix dərsi yenə Rüstəmxanlıdan gəldi: Tənzilə Rüstəmxanlıdan. ““Buna cavab verməsəm, olmaz” etirazı ilə Novruzova və onun kimilərə tarixi anladıb. Tarix isə o qədər uzaqda deyil və həqiqət ap-açıq ortadadır: 1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.
Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər. O zamanlar Xeyriyyə Cəmiyyətində vaxt öldürən Siyavuş Novruzov bunu bilməmiş deyil. O həm də onu bilməmiş deyil ki, həmin 43 istiqlalçı deputatdan biri də Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi. Digər 300 deputat isə o vaxt Heydər Əliyev haqqında araşdırma başlatmaq təşəbbüsündə olan dəstəyə aid idi. Və bilirsizmi həqiqətin ən böyüyü nədir? Müstəqillik dönəmində vəzifə və şan şöhrət sahibi olanlar da həmin o SSRİ aşiqləri, Heydər Əliyev əleyhidarları oldu: Ramiz Mehdiyev komandası olaraq. İndi cənab Novruzovu narahat edən nədir: Yoxsa pandemiya qaydalarını pozaraq iştirak etdiyi toy xatirəsinin bu günkü acı təəssüratıdır deputatı yandıran? Amma “bəlkə də qaytardılar” xülyasıyla yaşamağa dəyməz. Elə son parlament iclasındakı mübahisəyə spiker səviyyəsində reaksiya artıq  saxta medalların yox, gerçək dövlətçi və istiqlalçı şəxslərin sözünün gücünü göstərdi!

Nəsimi Şərəfxanlı

Əvvəlki Yazı

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Növbəti Yazı

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

EKSKLUZİV

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

04 Fevral 2026 / 21:13
3
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
15
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
18
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
10

XƏBƏR LENTİ

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.