Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Rusiyada daha bir azərbaycanlı iş adamı qondarma maddələrlə həbs olundu – FOTO

Oktyabr 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

21 Oktyabr 25 / 10:57
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00

Rusiyanın Smolensk vilayəti Milli Konqresinin rəhbəri, iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il həbs və 8,465 milyon rubl cərimə olunub.

Musavat.com xəbər verir ki, bu barədə TASS vilayət prokurorluğuna istinadən məlumat yayıb.

Prokurorluq bildirib ki, Smolensk şəhərininLeninski Rayon Məhkəməsi Faiq Əliyevi RusiyaCinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi üzrə təqsirli bilib. Maddəyəgörə, o, vəzifəli şəxsə bilə-bilə qanunsuzhərəkətlərə və külli miqdarda qanunsuzhərəkətsizliyə görə rüşvət verib.

Məhkəmə açıqlamasında deyilib ki, Faiq Əliyev2020-ci ilin martından 2024-cü ilin dekabrınaqədər hotel kompleksinin və ticarət mərkəzininsahibi olaraq PJSC MRSK Central – Smolenskenergo-nun məmuruna 846 min rublrüşvət verib.

Bundan əvvəl Smolensk vilayətinin prokuroruAleksandr Spitsin TASS-a bildirib ki, regionda irimüəssisələrdən, hotellərdən, restoranlardan vəyaşayış binalarından elektrik enerjisininoğurlanmasını gizlətmək üçün 7 il ərzində enerjişirkətinin işçiləri sahibkarlardan rüşvət alıb. İlkinməlumata görə, rüşvətin ümumi məbləği 6 milyonrublu keçib. Faiq Əliyev də həmin korrupsiyasxemində təqsirləndirilən şəxs kimi cəlb olunub.

Prokurorluq bildirib ki, məhkəmə dövlətittihamçısının rəyini nəzərə alaraq, Faiq Əliyevi 4 il müddətinə azadlıqdan məhrum edib və cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməkqərarına gəlib.

Azərbaycanlı iş adamının müdafiə tərəfi hökmdənSmolensk vilayət məhkəməsinə şikayət verməkniyyətindədir. F.Əliyevin vəkillərindən başqaictimai müdafiəçiləri də prosesə qoşulacaqlar. Onların arasında Smolensk vilayəti İctimai Palatasının Millətlərarası və Dinlərarası Münasibətlərin Uyğunlaşdırılması Komissiyasının sədri Yelena Ulyanenkova da var. O, smolnarod.ru-saytına açıqlamasında bildirib ki, Faiq Əliyevlə 28 il dövlət işlərində çalışıb və onu bir çox insanlara kömək edən vicdanlı və layiqli bir insan kimi tanıyır. Palata üzvü daha sona xatırladıb ki, 2014-cü ildə Faiq Əliyev qaçqınlara kömək edib. “Ehtiyacı olanlara təmənnasız yardımın minlərlə nümunəsi var.

“28 ictimai təşkilatın daxil olduğu Milli Konqresin üzvləri Faiq Zakiroviçə güzəşt olunmasını xahiş edirlər. Faiq Əliyev əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb edilməyib”-deyən Yelena Ulyanenkova bildirib ki, onun rəhbərlik etdiyi böyük kollektiv var, işçilərin çoxu İpoteka krediti ödəyirlər. Onların vəziyyəti yaxşı olmayacaq. O, pandemiya zamanı insanların işdən çıxmaması üçün komandasına kömək etməyə çalışaraq həyatındakı yeganə səhvini edib. Bəli, qanun pozulub, amma belə sərt cəzaya layiq deyil”.

Azərbaycanlı iş adamının yaxınları bu məsələdə Smolensk şəhər prokuroru olmuş erməni əsilli Sergey Karapetyanın rolunun böyük olduğunu bildirirlər.

Onların sözlərinə görə, Faiq Əliyev 2020-ci il Vətən Müharibəsində Azərbaycan Ordusuna, müharibədən sonra isə şəhid ailələrinə, müharibə veteranlarına yardımlar edib. Faiq Əliyevin bu yardımlarını təsdiqləyən video və foto faktlar var. Faiq Əliyevin azərbaycanlı olması, onun  Smolensk vilayəti Milli Konqresinin rəhbəri işləməsi və nüfuzunun yüksək olması erməni prokuroru hər zaman narahat edib. Dəfələrlə azərbaycanlı iş adamına qarşı qərəzli olduğunu nümayiş etdirib, bir neçə dəfə qanunsuz yoxlamalar və inzibati həbslər həyata keçirib.

Sonuncu hadisəyə gəlincə isə, Azərbaycanlı iş adamının yaxınları əminliklə bildirirlər ki, bu iş quramadır. “Vaxtilə Faiq Əliyevin şirkətində çalışmış elektrikin kartına köçürülən pul rüşvət deyil, onun əmək haqqı olub. 2022-ci ildən etibarən o, maaşını bu formada alıb. İstintaq başqa səbəb tapmadığına görə, sonuncu variant kimi elektriki ələ alıb, Faiq Əliyevin üzünə durdurmağa gediblər”-deyən müdafiə tərəfi əlavə edib ki, istintaq “rüşvət verən” tərəfi cəzalandırdığı halda, rüşvət götürən tərəf sərbəst buraxılıb. O da qeyd olunur ki, həmin “elektrik” digər azərbaycanlıya qarşı eyni metodla “üzəduranlıq” edib.

Faiq Əliyevin yaxınları işin qərəzli olmasını digər bir faktla təsdiqləyirlər. Belə ki, “Smolenskavtoyol” konserninin keçmiş rəhbəri Andrey Zavodyanskiyə 3,9 milyon yüyinti etməsinə rəğmən şərti cəza verib, azadlığa buraxıblar.

Halbuki Faiq Əliyevə qarşı qaldırılmış saxta iddiada azərbaycanlı iş adamının cəmi 846 min rubl “rüşvət verməkdə” günahlandırıb, ona 4 il ciddi rejimli kolonda cəza çəkmək qərarı çıxarılıb.

Görünür erməni prokurorun (6 aydır Smolensk prokurorluğundan başqa vilayətə keçirilib) ciddi israrı və Faiq Əliyevin azərbaycanlı vətənpərvər olması öz sözünü deyib.  

Elə Ermənistan mətbuatının bu xəbərə xüsusi həssaslıqla və sevinc hissləri ilə yanaşması da təsadüfi deyil. Belə ki, bu xəbəri Ermənistanın news.am, armenianreport, golosarmenii, abcmedia.am, Хроника Кавказа, Rusiya ermənilərinin əsas xəbər ruporu olan “Rusarminfo” “youtube” kanalı və digər saytlar yayıblar.

Yekunda qeyd edək ki, Rusiyada nüfuzu olmayan bloknot.ru saytı tanınmayan, nefuzu olmayan «Злой смолянин» adlı teleqram kanalına istinadən Faiq Əliyevin adından saxta məlumat yayıb. Məqalədə bildirilir ki, guya F.Əliyev TG–kanalın əməkdaşı ilə söhbətində “SSRİ-nin Azərbaycanı işğal etmədiyini” deyib. “Biz F.Əliyevin yaxınları tam əminliklə bildiririk ki, Faiq Əliyevin adından yayılan bu məlumat tamamilə saxtadır və heç bir həqiqətə uyğun deyil. F.Əliyev nə belə bir TG- kanala açıqlama verib, nə də bu ifadələri işlədib.”-deyə Diaspor təşkilatının rəhbərinin yaxınları bildiriblər.    

Faiq Əliyev 27 may 1967-ci ildə Sabirabad rayonunda anadan olub.

Ali təhsillidir, SSRİ Dövlət Təchizat Komitəsinin Smolensk İqtisadiyyat Texnikumunu, Moskva Dövlət Texnoloji Akademiyasını, Moskva Hüquq və İdarəetmə Akademiyasını, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetini bitirib.

“Prestij” MMC-nin Baş direktoru olub.

“Smolensk vilayətinin Milli Konqresi” Regional İctimai Birliyinin İdarə Heyətinin sədri, Smolensk vilayəti İctimai Palatasının İnformasiya Siyasəti Komissiyasının və Millətlərarası və Dinlərarası Münasibətlərin Uyğunlaşdırılması Komissiyasının üzvü seçilib.

Ailəlidir, 3 övladı var.

Musavat.com

Əvvəlki Yazı

Ramiz Mehdiyevin himayə etdiyi məmurlar: Aralarında icra başçısı da, bələdiyyə sədri də var…

Növbəti Yazı

SOS! Qış gəlməmiş dəm qazı fəlakəti başladı – əhaliyə xəbərdarlıq

EKSKLUZİV

İrəvan Azərbaycan Prezidentinin bəyanatını alqışladı

İrəvan Azərbaycan Prezidentinin bəyanatını alqışladı

21 Oktyabr 2025 / 16:25
0
Moskva məhkəməsinin azərbaycanlı yeniyetmələrə hökmü – qərəzin yeni nümunəsi

Moskva məhkəməsinin azərbaycanlı yeniyetmələrə hökmü – qərəzin yeni nümunəsi

21 Oktyabr 2025 / 16:22
1
İsa Həbibbəylinin qızının seyfindən 1 milyon avro oğurlanıb? – Açıqlama

İsa Həbibbəylinin qızının seyfindən 1 milyon avro oğurlanıb? – Açıqlama

21 Oktyabr 2025 / 14:10
0
Ramiz Mehdiyevin cinayət işi üzrə – Yeni detallar məlum oldu

Ramiz Mehdiyevin cinayət işi üzrə – Yeni detallar məlum oldu

21 Oktyabr 2025 / 14:08
0

XƏBƏR LENTİ

İrəvan Azərbaycan Prezidentinin bəyanatını alqışladı

Moskva məhkəməsinin azərbaycanlı yeniyetmələrə hökmü – qərəzin yeni nümunəsi

İsa Həbibbəylinin qızının seyfindən 1 milyon avro oğurlanıb? – Açıqlama

Ramiz Mehdiyevin cinayət işi üzrə – Yeni detallar məlum oldu

Zəngəzur dəhlizi BU TARİXDƏ açılacaq – Prezidentdən SON DƏQİQƏ AÇIQLAMASI

Neft su qiymətinə – Azərbaycan üçün risklər

SOS! Qış gəlməmiş dəm qazı fəlakəti başladı – əhaliyə xəbərdarlıq

Rusiyada daha bir azərbaycanlı iş adamı qondarma maddələrlə həbs olundu – FOTO

Ramiz Mehdiyevin himayə etdiyi məmurlar: Aralarında icra başçısı da, bələdiyyə sədri də var…

Qərəz, nifrət və təxribat: Kabanovun Azərbaycana qarşı növbəti hücumu

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

“Ev dustaqlığı”nın pərdəarxası: Ramiz Mehdiyev nə edə bilər, nə qadağandır?

Ağ xalatlı “əzrayıl” – Sənan Mehdiyev cəzadan necə yayınır?

Qədim türklərin unudulan adəti, Musa Qasımlının dəyişən siması…

Regional əməkdaşlıq nümunəsi

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır

Pensiya yaşının artırılması iddiası

Paşinyan: “…mənim səhvlərimi təkrarlamayın”

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

Azərbaycan Qəzzaya ordu göndərir

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.