Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Neft su qiymətinə – Azərbaycan üçün risklər

Oktyabr 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Analitik mərkəzlər qiymətlərin 65 dollar həddindən yuxarı qalxmayacağı, əksinə, 60 dolların altına enəcəyinə dair xəbərdarlıq edirlər

Neftin dünya bazar qiyməti 60 dollar civarındadır. Analitik mərkəzlər mövcud şərtlər qaldığı təqdirdə yaxın və ortamüddətli dövrdə qiymətlərin 65 dollar həddindən yuxarı qalxmayacağı, əksinə, 60 dolların altına enəcəyinə dair xəbərdarlıq edirlər.

Hazırkı qiymət enişinin başlıca səbəbi istehlak tələbinin zəif artımı fonunda bazara çıxarılan izafi neft həcmləridir.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, cari ilin içində olduğumuz son rübündə qlobal neft profisiti sutkada 3,6 milyon barrel olacaq. Müqayisə üçün qeyd edək ki, bu il arxada qalan dövründə orta profisit sutkada 1,9 milyon barel olub. Bu, qiymətlərin aşağı düşməsinə səbəb olur: hazırda Brent markalı neftin bir barreli 60 dollar ətrafındadır ki, bu da ötən illə müqayisədə 18 dollar ucuzdur.

Maraqlıdır ki, iri neft-qaz şirkətlərinin rəhbərləri panikaya düşmürlər. “TotalEnergies”in baş direktoru Patrick Puyanne bəyan edib ki, qiymət bir barel üçün 60 dollara düşərsə, qeyri-OPEC istehsalçıları hasilatı azaltmağa başlayacaq, çünki onlara bu qiymətlə hasilat mənfəətsiz olacaq. Bu, artıq nefti avtomatik olaraq bazardan çıxaracaq.

Bütün yüksək səviyyəli neft rəhbərləri əmindirlər ki, dünya uzunmüddətli perspektivdə, xüsusən də Çin və Hindistan kimi inkişaf edən iqtisadiyyatlar səbəbindən nefti acgözlüklə istehlak etməyə davam edəcək. “Saudi Aramco”nun baş direktoru Amin Nasser açıq şəkildə deyir: “Bu tədarükləri təmin etmək üçün uzunmüddətli investisiyalar lazımdır”.

“ExxonMobil”in baş direktoru Darren Vuds xəbərdarlıq edib ki, yeni, mürəkkəb yataqlara investisiya qoyulmasa, mövcud yataqlarda hasilat hər il 15 faiz azala bilər. Buna görə də o, mövcud bolluğu “qısamüddətli problem” adlandırıb.

“ConocoPhillips”in rəhbəri Rayan Lansa görə, artan tələbatı ödəmək üçün dünyanın yeni tədarükə ehtiyacı var və bunun üçün qiymətlər yüksəlməlidir. Onun fikrincə, investisiyaları stimullaşdıran tarazlıq qiyməti bir barel üçün 70-75 dollar diapazonundadır.

Bu rəylər göstərir ki, neft sənayesi mütəxəssisləri hazırkı qiymət enişini müvəqqəti “artan ağrı” hesab edərək panikaya düşmürlər. Onlar əmindirlər ki, bazar özünü sağaldacaq: aşağı qiymətlər bəzilərini getməyə məcbur edəcək, sabit tələb və yeni istehsala investisiya ehtiyacı isə sonda hər şeyi normal vəziyyətə salacaq və qiymətləri yüksəldəcək.

Lakin Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertlərinə görə, neft şirkətlərinin proqnozlaşdırdığı təklif azlığı yaxınmüddətli dövrdə real deyil. Onların hesablamalarına əsasən qlobal neft bazarı 2026-cı ildə rekord təklif profisiti ilə üzləşəcək. Buna bazara çıxarılan neftin çoxalması fonunda alıcı tələbinin onu qarşılayacaq sürətlə artmaması səbəb olacaq. Beləliklə, bazara gündə 2,96 milyon barel izafi neft daxil olacaq. Həm bu il, həm gələn il neftə tələbatın artım tempi 2023-cü ildəkinin yarısından da az olacaq. Qlobal tədarük əvvəllər proqnozlaşdırılan gündəlik 2,1 milyon barelə qarşı 2,5 milyon barel, gələn il isə daha 1,9 milyon barel artacaq.

Agentliyin analitikləri etiraf edirlər ki, Rusiya və ya İrana qarşı yeni sanksiyaların tətbiqi vəziyyəti qısa müddətə dəyişə bilər, lakin təsir uzunmüddətli olmayacaq.

BEA-ya görə, qlobal neft istehlakı bu il gündə cəmi 680 min barel artacaq ki, bu da 2019-cu ildən bəri ən aşağı göstəricidir. Hesabata görə, 2026-cı ildə qlobal istehlak sutkada 700 min barel artacaq. BEA-nın proqnozlarına əsasən, ölkələr mədən yanacaqlarından elektrik nəqliyyat vasitələrinə sürətlə keçdiyinə görə qlobal neft tələbatı onilliyin sonundan azalmağa başlayacaq.

“Fitch” agentliyi isə 2025 və 2026-cı illərdə qlobal neft tələbinin gündəlik 700-800 min barel artacağını gözləyir. Bildirilir ki, bu da daha aşağı iqtisadi artım və enerji keçidi ilə bağlıdır.

Reytinq agentliyi bildirib ki, 2025 və 2026-cı illərdə hasilat artımı tələbi gündəlik 1 milyon bareldən çox üstələyəcək və bazarda izafi təklif davam edəcək: “Rusiya və İran neftinə qarşı əlavə sanksiyalar və tariflər qiymətlərə risk əlavəsi gətirsə də, bazarı ciddi daraltmayacaq. Çünki Rusiya həcmləri hələ də artıqlıq olan bazara satılır. Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiya paketi qəbul edərək neft qiymət limitini 60 ABŞ dollarından 47,6 dollara endirib və Rusiya neftindən alınan emal olunmuş məhsulların idxalını məhdudlaşdırıb. ABŞ isə Hindistanın Rusiya nefti alması səbəbindən ölkədən idxala əlavə 25 faizlik tarif tətbiq edib və İran neftinin daşınması ilə bağlı bir sıra gəmiçilik şirkətləri və gəmilərə sanksiya tətbiq edib”.

Bazara neftin tələbdən çox çıxarılması bir tərəfdən ABŞ, Kanada, Braziliya və Qayanadan, digər tərəfdən isə könüllü azaldılan həcmləri daha sürətlə bərpa edən OPEK+-dan qaynaqlanır. Nəticədə tələb təklif artımını qarşılaya bilmir və hazırda neft qlobal anbarlara yığılmaqdadır. İlin sonuna doğru bu anbarların dolması qiymətləri daha da aşağı çəkəcək.

Yaxınmüddətli dövrdə neft qiymətlərinə artırıcı təsir Rusiya neftinin tamamilə, yaxud qismən bazardan çıxması ola bilər. ABŞ-ın Hindistan və Çinə Rusiya neftini aldıqlarına görə təzyiqləri artırır. Artıq dekabrdan Hindistanın Rusiyadan neft alışını 50 faiz azaldacağına dair məlumatlar yayılır. Çin isə öz hasilatını çoxaltmaq, elektrikli avtomobillərə keçidi sürətləndirmək və bərpa olunan mənbələrdən enerji istehsalını artırmaq yolu ilə neft idxalını ciddi templərlə azaldır.

Analitiklərə görə, hətta ABŞ istəyinə nail olub Hindistanın Rusiyadan neft alışının qarşısını ala bilərsə, bu, bazardakı mövcud təklifə çox az təsir edəcək. Gözlənilir ki, Rusiyanın ixrac etdiyi gündəlik həcmlərin hətta 4 milyon barel azalması belə qısa müddətə qiymətləri 65-70 dollara qədər qaldıra bilər. Qeyri-OPEK və OPEK ölkələri çox qısa müddətdə gündəlik hasilatı 5 milyon barelə qədər artırmaq imkanındadırlar.

Bəzi analitiklərə görə, Amerikanın şist nefti istehsalçıları üçün əlverişli qiymət 60 dollardır. Ondan aşağı qiymət səviyyəsi onların hasilatı azaltmalarına gətirib çıxaracaq ki, bu da bazardakı artıq təklifin mühüm hissəsinin aradan qalxmasına, qiymətlərin artmasına səbəb olacaq.

İqtisadiyyatı böyük ölçüdə neftdən asılı olan Azərbaycan üçün neft bazarındakı hazırkı proseslər, gələn il gözlənilən vəziyyət heç də ürəkaçan perspektiv vəd etmir. Ölkənin builki büdcəsi neftin 70 dollarlıq, gələnilki büdcəsi isə 65 dollarlıq qiyməti əsasında hesablanıb. Hökumətin optimist yanaşmasına görə, 65 dollarlıq qiymətlərlə gələn il Dövlət Neft Fondundan büdcəyə transfertin 12 milyard 835 milyon manat olması təmin ediləcək. Bu, cari ildəki proqnozdan 1 milyard 646 milyon manat azdır.

Həmçinin 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır. Bu gəlirlərin tərkibində qeyri-neft sektorunun payının əhəmiyyətli dərəcədə artması gözlənir: Belə ki, büdcə layihəsinə əsasən gəlirlərin 57,4 faizi, vergilərin isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq.

Büdcə layihəsinə görə, gələn il qeyri-neft gəlirləri büdcənin cari xərclərinin 88.1 faizini ödəməyə imkan verəcək. Bu, cari illə müqayisədə 7.1 faiz bəndi çoxdur.

Bütün bunlar o zaman reallaşacaq ki, Azərbaycan neftinin orta qiyməti 65 dollara bərabər olsun. Bu qiymət həm də ölkənin əsas makroiqtisadi göstəricilərindən biri olan cari əməliyyatlar hesabında profisitin olması üçün vacibdir. Niderlandın ən böyük bank qrupu “ING Group” proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycan cari əməliyyatlar hesabında ÜDM-in təxminən 2 faizi səviyyəsində profisit olacaq, lakin 2026-cı ildə bu göstərici defisitə keçə və təxminən ÜDM-in 3,3 faizini təşkil edə bilər.

Əvvəlki Yazı

SOS! Qış gəlməmiş dəm qazı fəlakəti başladı – əhaliyə xəbərdarlıq

Növbəti Yazı

Zəngəzur dəhlizi BU TARİXDƏ açılacaq – Prezidentdən SON DƏQİQƏ AÇIQLAMASI

EKSKLUZİV

Azərbaycandan milyardları kimlər çıxarır?

Azərbaycandan milyardları kimlər çıxarır?

17 Dekabr 2025 / 10:45
0
Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

17 Dekabr 2025 / 10:42
0
Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

17 Dekabr 2025 / 10:40
0
2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

17 Dekabr 2025 / 10:37
0

XƏBƏR LENTİ

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.