Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda dövlətə xəyanət və s. maddələrlə ittiham edilən Ramiz Mehdiyevə məxsus nəhəng əmlak imperiyasının önəmli bir qisminin Abşeron rayonunda yerləşdiyi heç kimə sirr deyil. Bura 100 hektarlarla torpaq sahələri, böyük üzüm bağları, dəyəri milyonlarla ölçüllər villalar və s. daxildir. Onu da qeyd edək ki, bu əmlakaların bir qisminin Telman Mehdiyevin adına rəsmiləşdirildiyi iddia olunur. Bütün bu torpaq sahələri, mülklərin Ramiz Mehdiyevin adına rəsmiləşdirilməsi isə Zakir Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olduğu dönəmə təsadüf edir.
İctimai rəydə yer alan fikirlərə görə, Zakir Fərəcovla Ramiz Mehdiyev arasındakı dostluq münasibətini həm də hər iki şəxsin yanaşı inşa edilən vialalları sübut edir. Belə ki, həm Masazırda, həm Qubanın Qəçrəş kəndində Zakir Fərəcovla Ramiz Mehdiyevin yanaşı viallalarının mövcud olduğu iddia olunur. Ehtimala görə, bu villaların hamısı Zakir Fərəcov tərəfindən inşa edilib.
Media və sosial mediada Zakir Fərəcovun Ramiz Mehdiyevin oğuna və kürəkəninə də torpaq sahələri hədiyyə etməsi ilə bağlı xeyli məlumatlar dolaşır ki, bütün bu məlumatların əlaqədar qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac var. Çünki Zakir Fərəcovun öz şəxsi maraqları konteksində dövlət torpaqlarını Ramiz Mehdiyə hədiyyə etməsi, “hamam suyu ilə dost tutması” ciddi qanun pozuntusu olmaqla yanaşı, həm də dövlət başçısının ideya və çağışlarına ziddir. Bütün bu məlumatlar onu deməyə əsas verir ki, Ramiz Mehdiyevlə yanaşı, onun bütün çevrəsinin hüquqi müstəvidə təhqiqi zəruridir.









