Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Parlamentin Ağamalı-Nəsirov fiaskosu

Oktyabr 28, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

28 Oktyabr 25 / 12:10
Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

27 Oktyabr 25 / 13:06
Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

21 Oktyabr 25 / 10:57
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52

Son günlər Fəzail Ağamalının partiyası (dərnəyi) ətrafında baş verənlər tragikomik təsir bağışlamaqla yanaşı, həm də ibrətamiz xarakter daşıyır. Ağamalı bu baş verənləri “bir ata kimi mənim faciəm” adlandırsa da, təəssüf ki, bu “faciə” sadəcə, bir şəxs kimi onun deyil, dərnək ölçülü partiyalar hesabına yaradılmış süni daxili partiyalararası siyasi mübarizə mühitinin faciəsi, bəlkə də fiaskosudur…

Bu, onun göstəricisidir ki, kiçik partiyaların deputat mandatı ilə birgə xüsusi mülkiyyət, “obyekt” kimi bir nəfərin ixtiyarına verilməsi, sonra da onların vasitəsilə parlamentdə və ondan kənarda siyasi mübarizə, rəqabət görüntüsü yaradılması taktikası özünü doğrultmur, əksinə, bu cür ikrah doğuran fəsadlar yaradır…

Hələ hazırkı parlament seçiləndə onun bir hissəsinin “vərəsəlik prinsipi” əsasında formalaşdırılması cəhdlərinin eybəcər nəticələr verəcəyi barədə çoxsaylı xəbərdarlıqlar olmuşdu. Buna baxmayaraq, eks-millət vəkilləri Fəzail Ağamalı, Əhməd Vəliyev və Tahir Süleymanovun övladları parlamentə salınaraq, bir növ atalarının mandatı onlara “dədə malı” kimi peşkəş edildi. İndi isə bunun acı nəticələrini tək seçici yox, Ağamalının timsalında övladını parlamentə “dürtənlər”in özləri də görməkdədir…

Ağamalının övladlarının onun partiyasını “ata malı kimi” sivil, normal şəkildə bölüşdürə bilməməsi, bu zaman qarşılıqlı ittihamlara və hətta bir-birinə qarşı “donoslara” əl atması “siyasi evcik-evcik oyunu”nu xatırladan bu mühitdə ailədaxili münasibətlərin, milli, mənəvi dəyərlərin belə nə dərəcədə deqradasiyaya uğradığını göstərir.

Eynilə də deputat Elmar Nəsirovun qızı ilə bağlı yaranan qalmaqal, onun qızının dediyi adi həqiqətləri min yerə yozaraq, “radikal müxalifətin əməli” kimi təqdim etməsi və bunu millətə “yedizdirməyə” çalışması da bu mənəvi çürüklüyün daha bir təzahürüdür…

Görün məsələ nə yerə çatıb ki, Fəzail Ağamalı bir növ öz doğma oğlu barədə “Ulu öndərimiz haqda indi fikir söyləyir, prezidentimizə tərif söyləyir utanmadan. Bəs siz bu günə qədər onun dövlət, dövlətçilik, milli ideyalarımız haqqında bir yazısına rast gəlmisiz?” deməklə, ondan “donos verir”.

Yəni, belə çıxır ki, oğul atası ilə şəxsi söhbətlərində heç də hakimiyyət barədə üzdə olduğu kimi danışmayıb. İndi isə ata bundan öz oğluna qarşı istifadə edərək, “donosçuluq” edir. Doğrusu, bu, Ağamalının ata kimi faciəsindən daha çox, oğlu Elçinin oğul kimi faciəsidir…

Bu adam öz balaca partiyasında, eləcə də oğlu və qızı arasında belə ədaləti qoruya, ədalətli qərar verə və saxtakarlıqdan, yalandan vaz keçə bilmir. Beləsindən ölkə miqyasında – parlamentdə haqqa, ədalətə, qanuna, xalqın maraqlarına xidmət gözləmək nə dərəcədə ağlabatandır? Bunun ağlabatan olmadığını və bu cür davranışların onun üçün yad olmadığını Ağamalı zatən özünün parlamentdəki fəaliyyəti ilə dəfələrlə sübut edib…

Bu, təkcə ata və oğulun deyil, həm də millətin faciəsidir ki, belə adamlar 6 çağırış – 30 il ona (guya) vəkillik edib. Təbii və təəssüf ki, parlamentimizdə gəlmiş keçmiş belə deputatların sayı-hesabı yoxdur…

Bütün bunların kökündə parlamentin formalaşmasında uzun illər söz sahibi olmuş və bu gün xəyanətkar olduğu ortaya çıxan Ramiz Mehdiyevin qoyduğu “prinsiplər”, onun parlamentə salınacaq şəxslərin müəyyənləşdirilməsi “qaydası” dayanır. Hansı ki, son seçkilərdə də parlament yenə bu “prinsiplər” əsasında formaslaşdırıldı.

Bu “qayda və prinsiplər”in yumşaq desək, qüsurlu olmasının nəticəsidir ki, partiya adlanan kiçik bir dərnəyin 30-40 nəfərlik “qurultayı”nın, hətta doğma qardaşının belə lider kimi qəbul etmədiyi Ağamalının qızı üç böyük rayonu birləşdirən 65 saylı Salyan-Neftçala-Biləsuvar Seçki Dairəsinin 52 min seçicisi adından parlamentə deputat kimi təyin olunub. Hansı ki, o yerə yerli camaatın daha yaxşı tanıdığı və etimad göstərdiyi, layiq bildiyi, yaxud ölkə çapında tanınan hansısa ziyalı namizədlərdən biri düşə bilərdi. Amma göründüyü kimi, “seçim sistemi və kriteriyaları” buna imkan vermir…

Odur ki, bu gün həm Ağamalılar ailəsində və partiyasındakı olaylar, həm də Elman Nəsirovla bağlı baş verənlər bu parlamentə seçiləcək namizədlərin siyahısını hazırlayanların, onları tövsiyə edənlərin “əsəri”dir. Bu “seçimləri” edənlər həmin adamların kimliyinə də, həyat prinsipləri və mənəviyyatına da çox yaxşı bələddirlər. Amma buna baxmayaraq, məhz belələrini parlamentə salırlar, seçimlərini onların üzərində saxlayırlar.

Təəssüf ki, bu siyahıları hazırlayıb təqdim edənlər öz “iş prinsipləri”ni dəyişməyincə, parlamentdə “Mehdiyevin şinelindən çıxanlar” və “vərəsəlik hüququ” ilə mandat alanlardan ibarət “fraksiya” öz varlığını saxlayacaq…

Cəlal Məmmədli, hurriyyet.az

Əvvəlki Yazı

Eldar Mahmudov çətəsinin Beynəlxalq Bank talanında Ramiz Mehdiyev izi…

Növbəti Yazı

“Kontakt Home” milyonlarla manat borca düşdü – FOTO

EKSKLUZİV

Bərdənin Yaşıllaşmasında və Çiçəklənməsində Əmək Payı Olan Məmur – Natiq Qasımov

Bərdənin Yaşıllaşmasında və Çiçəklənməsində Əmək Payı Olan Məmur – Natiq Qasımov

28 Oktyabr 2025 / 20:06
8

28 Oktyabr 2025 / 19:55
23
Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

28 Oktyabr 2025 / 12:30
3
“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

28 Oktyabr 2025 / 12:29
1

XƏBƏR LENTİ

Bərdənin Yaşıllaşmasında və Çiçəklənməsində Əmək Payı Olan Məmur – Natiq Qasımov

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

Azərbaycanda seysmik vəziyyət necədir?

İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə…

“Kontakt Home” milyonlarla manat borca düşdü – FOTO

Parlamentin Ağamalı-Nəsirov fiaskosu

Eldar Mahmudov çətəsinin Beynəlxalq Bank talanında Ramiz Mehdiyev izi…

Naxşıvanda yanacaq monopoliyası

Bakı Ermənistana daha bir qapı açır – mühüm anlaşma

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Məşhur seysmoloq: “100 kilometrlik səth yırtılıb”

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı

Ramiz Mehdiyev milyonluq əmlakları kimlərin köməyi ilə ələ keçirib?

Muxtar Babayev açıqladı: Xəzərdə su buna görə azalır (VİDEO)

Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi

Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da…” – VİDEO

“Övladları üzərindən alver aparanlar var” – Tağı İbrahimov

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Kənd təsərrüfatında YOXLAMALAR: Rəqəmlər şişirdilib

Heyvan bazarları bağlandı – Ət qıtlığı olacaq?

Paytaxtda söküntü: Hansı ərazilər plana düşüb?

81,5 milyonluq dələduzluq: 30 nəfər məsuliyyətə cəlb olundu

Azərbaycanda repititorluq fəaliyyəti ləğv edilir? – Təhsildə Avropa təcrübəsi

Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb: AQTA-nın arayışı gizlədib

Tramp Putinə Azərbaycandan danışıbmış: Dialoqunun təfərrüatı açıqlandı

Paşinyan Azərbaycana bu marşrutu təklif etdi

“Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl” – İstintaqa dosye təqdim olundu

Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.