Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Xəzərdə neft tükənir, yoxsa… – Bundan sonra nə olacaq?

Oktyabr 29, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi dünya neft və qaz sənayesinin ən müasir texnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Bu səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.

“bp-Azərbaycan”ın yaydığı məlumatda bildirilir ki, bu məqsədə uyğun olaraq, bp Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. Blue Ocean dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.

Bildirilir ki, yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən – gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu o deməkdir ki, QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq. “Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.

bp şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb: QDYM xidmətləri üçün “Oceaneering International” şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə BORİS sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.

QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və “qırmızı zona”nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun təmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqli nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin edilməsi daxildir.

Bu proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadək başlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın əsas neft hasilatı Dərinsulu Günəşlinin daxil olduğu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan həyata keçirilir. Blokdan hasilat pik həddini keçərək azalmağa başlayıb, bu proses son illərdə çox sürətlənib. Açıqlanan göstəricilərdən aydın olur ki, yataqdan hasilat gözlənildiyindən daha sürətlə azalır və bu, Azərbaycan hökumətini ciddi şəkildə narahat edir. Bir neçə il əvvəl bu narahatlıq layihənin opreatoru olan bp şirkəti ilə müzakirə edildikdən sonra blokda yeni platforma – ACE platforması 2024-cü ilin aprelində işə salındı. Platformadan hasilatın getdikcə artması və ümumi hasilatda azalma sürətini aşağı salması nəzərdə tutulurdu. Rəsmi hasilat göstəriciləri bu məqsədə qismən də olsa nail olunduğunu göstərir. Belə ki, Energetika Nazirliyinin açıqladığı məlumata əsasən bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bildirilib ki, bu, 2024-cü ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə 0,9 milyon ton və ya 4,2 faiz azdır.

Bu ilin yanvar-sentyabr aylarında respublika üzrə neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə AÇG üzrə neft hasilatının 0,5 milyon ton və ya 4 faiz azaldığını göstərir.

Hesabat dövründə “Şahdəniz” yatağından 2,9 milyon ton kondensat hasil edilib. Bu isə ötən ilin yanvar-sentyabr aylarının hasilat göstəricisi ilə müqayisədə 0,2 milyon və ya 6,5  faiz azdır.

Doqquz ayda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon ton təşkil edib ki, bu da daha əvvəlki ilin 9 ayı ilə müqayisədə 0,2 milyon ton və ya 3,6  faiz azdır.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. Hasilatın sürətlə azalması fonunda blokda neftin bu müddətdən daha tez tükənməsi ehtimalı yaranır. bp-nin açıqladığı məlumat göstərir ki, bunun qarşısını almaq üçün AGE platformasından əlavə tədbirlərə ehtiyac yaranıb.

Hökumət neft hasilatının azalma sürətini öz proqnozlarında üstüörtülü formada da olsa, əks etdirir. Belə ki, oktyabrda Maliyyə Nazirliyinin açıqladığı 2026-2029-cu illər ortamüddətli büdcə çərçivəsindən aydın olur ki, hökumət 2029-cu ilədək neft-qaz hasilatında azalmanın davam edəcəyini, 2029-cu ildən etibarən “Abşeron” yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verəcəyini gözləyir.

Müvafiq olaraq Azərbaycan ÜDM-də neft-qaz sektorunun payının 2025-ci ildəki 28 faizdən (36,4 milyard manat) 2029-cu ildə 20 faizədək (32,4 milyard manat) azalması proqnozlaşdırılır. Bu sektorda ÜDM istehsalı gələn 2,4 faiz, 2027-ci ildə 1,3 faiz, 2028-ci ildə 3,2 faiz azalacaq, 2029-cu ildə isə 4,7 faiz artacaq.

Çərçivə sənədinə görə, 2025-ci ildə dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmaların 18 milyard 311 milyon manat, 2026-cı ildə 16 milyard 435 milyon manat, 2027-ci ildə 15 milyard 250 milyon manat, 2028-ci ildə 14 milyard 305 milyon manat, 2029-cu ildə isə 13 milyard 480 milyon manat təşkil edəcəyi gözlənilir.  

Maraqlıdır ki, aprel ayında açıqlanan ortamüddətli büdcə çərçivəsində hökumət 2025-ci ildə neft-qaz sektorunun ÜDM-ə töhfəsinin 37,3 milyard manat (28,5 faiz), 2026-cı ildə 34,4 milyard manat (25,3 faiz), 2027-ci ildə 34,1 milyard manat (23,7 faiz), 2028-ci ildə 32,5 milyard manat (21,4 faiz), 2029-cu ildə isə 33,5 milyard manat (20,6 faiz) təşkil edəcəyini proqnozlaşdırmışdı. Göründüyü kimi, 6 ay ərzində neft-qaz sektorunda ÜDM istehsalına dair proqnozlarda 1 milyard manatdan yuxarı azalma var.

Həmçinin aprel ayında açıqlanan eyni sənəddə dövlət büdcəsinin neft-qaz gəlirlərinin 2029-cu ildə 15,8 milyard manata düşəcəyi proqnozlaşdırılmışdı. Bu isə sektordan büdcəyə gəlirlərə dair proqnozda 2 milyard manatdan çox azalma deməkdir.

Nəzərə alsaq ki, hər iki hesablama neftin qiymətinin 65 dollarlıq orta səviyyəsi əsasında aparılıb, onda proqnozlardakı azalmanın həm hasilat həcmlərində düşmənin sürətlənməsi, həm də Dövlət Neft Fondundan büdcəyə transfertlərdə azalma hesabına gözləndiyini söyləyə bilərik. Hökumət apreldə 2029-cu ildə həm neft, həm qaz sektorunda artım gözləyirdi. Lakin indi aydın olur ki, artım yalnız qaz sektorunda, həm də “Abşeron” yatağının hesabına gözlənilir. Halbuki “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının verilməsi müddəti 3 ildir yubadılır. Ən son qərarın 2025-ci ildə veriləcəyi və ikinci mərhələ üzrə ilk qazın 2028-ci ilin sonu, 2029-cu ilin əvvəlində əldə olunacağı elan edilsə də, ilin başa çatmasına 2 ay qalıb, heç bir irəliləyiş görünmür. Bu isə yataqdan ikinci mərhələdə hasilatın başlanması müddətinin nəzərdə tutulandan daha sonraya çəkiləcəyi ehtimalını artırır.

Neft hasilatının azalması ilə AÇG-dən Dövlət Neft Fonduna daxilolmalar da azalıb. Fondun yaydığı məlumata əsasən bu ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən quruma 3 milyard 637,570 milyon ABŞ dolları (6 milyard 183,9 milyon manat) məbləğində gəlir daxil olub. Bu, 2024-cü ilin üç rübü ilə müqayisədə 966,1 milyon ABŞ dolları və yaxud 21 faiz azdır.

Xatırladaq ki, 2024-cü ilin ilk üç rübü ərzində ARDNF yataqlar blokunun işlənməsindən 4 milyard 603,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, o zaman illik ifadədə 4.2 faiz azalma demək idir.

Bir məsələni də qeyd etməyə dəyər ki, hökumətin proqnozları neftin 65 dollarlıq qiymətinə əsaslanıb. Bu qiymət səviyyəsinə nail olunmasının özü böyük sual altındadır. Çünki dünya neft bazarında yaranan izafi xammal bolluğu hər ay artır. Analitik mərkəzlərin hesablamalarına əsasən hazırda bazarda tələbatdan 4 milyon barelə yaxın artıq neft var. Təsadüfi deyil ki, ABŞ-ın Rusiyanın əsas neft ixracatçıları olan “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalarının bazarda qiymətlərə təsiri qısamüddətli oldu – bir neçə gün 4-5 dollar artan qiymətlər artıq oktyabrın 27-dən azalmağa başlayıb. 

Dünyada alternative enerjiyə keçidin kəskin sürətlənməsi fonunda neftə tələbatın kəskin artımı gözlənmir. Bütün bunlar həm 2026-cı ildə, həm də ondan sonrakı dövrdə Azərbaycan neftinin orta qiymətinin 65 dollar olması ehtimalını azaldır. Bu şəraitdə hasilatın da sürətlə azalmağa davam etməsi ölkə iqtisadiyyatı üçün heç də arzuolunan proses deyil.

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Satışa çıxarılacaq GÜZƏŞTLİ mənzillərin QİYMƏTLƏRİ

Növbəti Yazı

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

EKSKLUZİV

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

04 Fevral 2026 / 21:13
3
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
15
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
18
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
10

XƏBƏR LENTİ

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.