Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

AzTV-dəki 26 milyon məsələsi böyüyür – Baş prokurorluq araşdırmaya başlayacaq?

Noyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

Xəbər verildiyi kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Xatırlatmaq yerinə düşər ki, dövlət televiziyasında qonorarların verilməsi bir müddətdir müzakirə mövzusudur. Həmin müzakirələrdə vurğulanır ki, qonorar sistemi maliyyə vəsaitləri üzərində manipulyasiya imkanı, məsələn, rəhbərliyin müəyyənləşdirdiyi şəxslərin adına yüksək məbləğdə ödənişlər rəsmiləşdirmək, subyektiv qiymətləndirmələr aparmaq, misal üçün, bənzər yaradıcı fəaliyyətlər müqabilində kiməsə az, kiməsə çox ödəniş etmək fürsəti yaradır. Bu da istər-istəməz maliyyə intizamının pozulmasına gətirib çıxarır. Elə Hesablama Palatasının ortaya çıxardığı 26 milyon manatlıq nöqsana bir az da bu pəncərədən baxmaq lazımdır.

Digər tərəfdən həmin 26 milyonluq nöqsanda diqqət çəkən başqa məqamlar da var. Məsələ burasındadır ki, adıçəkilən QSC-nin Maliyyə Departamentinin rəisi Aysel Əsədzadə Az.TV sədrinin köməkçisi olan Həmidağa Əsədzadənin həyat yoldaşıdır. Üstəlik, düşündürücü məqam odur ki, H.Əsədzadə həm də Müəllif Proqramları Departamentinin rəhbəridir. Müəllif proqramlarının isə yüksək məbləğli və mübahisəli qonorarlar ödəməyə imkan yaratdığını təxmin etmək çətin deyil. Ən əsası, bu vəziyyətdə və yuxarıda adları çəkilən özünə yaxın şəxslər fonunda Az.TV rəhbəri Rövşən Məmmədovun Hesablama Palatasının aşkarladığı 26 milyonluq nöqsan barədə əvvəlcədən məlumatlı olub-olmadığına dair sual yaranır.

Yeri gəlmişkən, Rövşən Məmmədov 2019-cu ilin yanvarında Az.TV sədri təyin edildikdən bir ay sonra Prezident “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı. Sərəncama əsasən, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılmışdı. Sonradan – icra zamanı həmin vəsaitin də bir hissəsinin təyinatının dəyişdirildiyi məlum olub. Belə ki, Hesablama Palatasının əvvəlki illərdə həyata keçirdiyi auditlərdən birində 2 halda 202 min 425 manatın digər məqsədlərə (179 min 800 manat müxtəlif dekorasiyaların alınmasına, 22 min 625 manat səyyar çəkilişlər zamanı avadanlıqların istifadə edilməsinə) xərcləndiyi müəyyənləşdirilib. Bir sözlə, Az.TV-də maliyyə intizamı baxımından görülməli çox iş var. Hərçənd bu, yeni xəbər deyil. Belə ki, hələ 2021-ci ilin noyabrında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də audit aparıldığını və bəzi maliyyə pozuntuları aşkarlandığılnı demişdi: “Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul edilib… Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif edilməsi nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub. Televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik. Bununla yanaşı, QSC-nin gəlirlərinin, xüsusən reklamdan əldə olunan gəlirlərin şəffaflaşması ilə bağlı tədbirlərin görülməsini də Kollegiya qərarında göstərmişik…”.

Məsələ bununla da bitmir. Hesablama Palatasının sədri 2024-cü ilin aprelində Az.TV-dəki maliyyə nöqsanları məsələsinə yenidən qayıtmalı olub. V.Gülməmmədov rəhbərlik etdiyi qurumun 2023-cü ilə dair hesabat tədbirində çıxışı zamanı deyib ki, aparılan audit tədbirləri nəticəsində AzTV-də yenə də bir sıra nöqsanlar ortaya çıxıb. Sitat: “Bir podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar olunub. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”.

Göründüyü kimi, R.Məmmədovun Az.TV-yə sədr təyinatından – 2019-cu ildən bəri Hesablama Palatası mütəmadi şəkildə “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də yoxlamalar aparır, ciddi nöqsanlar aşkarlayır, xəbərdarlıqlar və tövsiyələr edir, lakin ortada həılə də ciddi bir dəyişiklik yoxdur.

Onu da deyək ki, ötən ilin iyulunda Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirmişdi ki, cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Sitat: “Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb”.

Baş prokurorun bu sözlərini xatırlamağımız təsadüfi deyil. Belə ki, Hesablama Palatasının “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də üzə çıxardığı maliyyə nöqsanlarının ardından mərkəzi KİV-də bu qurumdakı qüsurlarla bağlı əlavə xəbərlər, iddialar yer alıb. Belədə isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həmin xəbərlərlə, iddialarla bağlı da araşdırmaya başlayıb-başlamayacağı ictimaiyyətdə maraq doğurur.

Elvin Rüstəmov, Unikal.org

Əvvəlki Yazı

Bu işin də altından Ramiz Mehdiyev çıxdı: Kürəkəni vasitəsi ilə…

Növbəti Yazı

İmtahana gedənlərə “köməklik” göstərənlər ifşa edildi – Cinayət işi məhkəməyə göndərildi

EKSKLUZİV

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

24 İyun 2026 / 15:29
2
Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

24 İyun 2026 / 11:44
8
Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

24 İyun 2026 / 10:59
116
“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

23 İyun 2026 / 11:09
1

XƏBƏR LENTİ

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.