Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Noyabr 7, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10

Dünyada yəqin ki, Azərbaycandakı qədər Vergi Məcəlləsinə tez-tez və çoxsaylı dəyişikliklər edən ölkələr barmaqla sayılacaq qədər azdır. Nədə geri qalsaq da, bunda ön sıralardayıq…

Təəsüf ki, bu dəyişikliklər əksər hallarda vətəndaşın, vergi ödəyicisinin xeyrinə deyil. Digər yandan, onların sayının çoxluğu vətəndaşın, sahibkarın, mühasibin, elə vergi orqanı işçisinin özünün həyatını və işini yüngülləşdirməkdən, asanlaşdırmaqdansa, daha da çətinləşdirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, “Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir”.

Məlum olduğu kimi, bu dəyişikliklərə fiziki şəxslərin gəlir vergisi də daxil olmaqla, vergi güzəştlərinin ləğvi və digər məsələlər daxildir ki, onların da böyük əksəriyyəti büdcəyə daha çox vəsait toplamağa yönəlib. Bunun ölkədə aparılan iqtisadi siyasətin qüsurlu olmasının növbəti göstəricisi olduğunu bir kənara qoyaq. Sırf texniki tərəfdən belə yanaşdıqda 145(!) dəyişiklik kifayət qədər yüksək rəqəmdir. Bir dəfəyə bu qədər dəyişikliyi mənimsəmək nə sahibkar, nə mühasib, nə də vergi işçilərinin özləri üçün əlbəttə ki, asan olmayacaq. Bunları öyrənib başa çıxana qədər, az qala il bitəcək və növbəti ildə növbəti yüzlərlə dəyişiklik ediləcək. Çünki çox vaxt məhz belə olur. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycanın Vergi Məcəlləsi hazırda ən qalın və mürəkkəb kitablardan biridir. Hələ onu demirik ki, az qala hər il yenilənən bu məcəllənin çapına böyük miqdarda vəsait xərclənir…

Vergi orqanının rəhbəri deyib ki, layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması(?), vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir. Onun dediyinə görə, dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını, o cümlədən yerli avtomobil istehsalını(?) stimullaşdırmalıdır.

Əvvəlcə qeyd edək ki, sadələşdirilmiş vergi həddinin illik 200 min manatdan 400 min manatadək artırılması istisna olmaqla, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına dair hər hansı dəyişiklik nəzərə çarpmır. Hansı ki, bu hədd əslində, devalvasiyalar və inflyasiya nəzərə alınmaqla ən azı 600 min manat götürülməli idi. Amma buna da şükür…

Yerli avtomobil istehsalının stimullaşdırılmasına gəlincə, vergi orqanının başçısı bir növ ondan öncə çıxış etmiş DGK sədri Şahin Bağırovun olduqca mübahisəli yanaşmasını təkrarlamış olub. Bağırov Milli Məclisdəki çıxışında elektromobillərə gömrük rüsumunun təbiqini “yerli avtomobil istehsalının stimullaşdırılması” ilə izah etmişdi. Hansı ki, Azərbaycanda nəinki elektrik avtomobili, heç elektrik çayniki də istehsal olunmur… Vergi daxilomalarının artırılması səylərinə gəlincə, hörmətli vergi orqanı yaxşı olardı ki, öz təkliflərində Azərbaycandakı varlı təbəqənin vergiyə cəlb olunması mexanizmlərini də irəli sürərdi. Əsl vergiyə cəlb ediləcək baza məhz oradadır.

Qiymətləri, rüsumları, vergiləri artırmaq, büdcəni doldurmaq üçün müxtəlif dolaşıq sxemlər, mexanizmlər, limitlər və s. tətbiq edənlər gözlərinin qarşısındakı iri, milyonluq malikanələri, obyektləri, bahalı maşınları və s. sanki görmürlər. Göründüyü kimi, 1000-1500 manat maaşla milyonluq villalarda yaşayanlara nə hökumətdəki müvafiq nəzarət strukturlarının, nə hüquq-mühafizə orqanlarının, nə məhkəmələrin, nə də vətəndaş cəmiyyətinin gücü çatmır. Belədə, bəlkə vergi orqanı qabağa dursun? Əslində, onları vergiyə cəlb etmək üçün daha sadə mexanizmlər və dünya təcrübəsi var. Məsələn, Çində dəyəri 200.000 dollar və ya daha çox olan avtomobillər və ya dəyəri 50.000 dollar olan zərgərlik məmulatları əlavə 10% vergiyə cəlb olunur.

İspaniyada varidatı 750.000 dolları keçənlər illik vergi ödəməlidirlər. Bu vergi dərəcəsi sərvətin həcmindən asılı olaraq, 3,45%-ə qədər arta bilir.

Norveçdə xalis sərvəti 1,79 milyon dollardan çox olanlara 1,1% əlavə sərvət vergisi tətbiq olunur. İsveçrədə 327.000 ABŞ dollarından çox sərvəti olanlar 1%-ə qədər əlavə vergi ödəyir. Fransadakıların sərvətlərinin dəyəri 1,3 milyon avro və ya daha çox olduqda, 1,5%-lik vergiyə cəlb olunurlar. Bir daha qeyd edək ki, bunlar hamısı adi əmlak vergisindən əlavə vergilərdir. Yəni, bu insanlar əmlak vergisi ilə bərabər bahalı malikanələrinə, avtomobillərinə, zinət əşyalarına, yaxtalarına və s. görə vergi ödəyirlər. İtaliya, Belçika və Hollandiya da sərvət vergiləri tətbiq edilir.

İsveçrə fərdi sərvət vergisindən hər il 10 milyard avroya yaxın vəsait toplayır. Bu da ümumi vergi gəlirlərinin 4,3%-ni təşkil edir. İspaniyada bu rəqəm 3,1 milyard avro və ya ümumi gəlirin 0,6%-ni təşkil edir. Norveç isə sərvət vergisindən 2,7 milyard avro və ya vergi gəlirlərinin 1,5%-ni əldə edir.

 

Siyahını uzatmaq da olar. Azərbaycanda da istəsələr bu təbəqədən bəlkə də yüz milyonlarla manatlıq sərvət vergisi toplamaq olar. Yuxarıda sadalanan ölkələrdə olan həmvətənlərimiz yaxşı bilir ki, Azərbaycandakı məmur-oliqarxların malikanələri nə sayına, nə qiymətinə, nə də bər-bəzəyinə görə həmin ölkələrdəki villalardan geri qalmır. Elə həyat tərzinə, bahalı avtomobilləri, zinət əşyaları və digər sərvətlərinə görə də həmçinin. Lakin orada belələri əlavə vergilərə cəlb olunaraq, büdcəyə gəlir qatarkən, bizdə tam əksi baş verir. Bunların çoxu büdcəyə vergi ödəməkdənsə, tutduqları vəzifələrdə büdcə talamaqla məşğuldurlar. Bunu icra başçılarından tuitmuş nazir və nazir müavinlərinin həbsinə qədər yaxın tariximizdə baş verən faktlar əyani şəkildə sübut edir.

 

Odur ki, hörmətli vergi orqanımız bu il yəqin ki, keçdi, heç olmasa gələn il varlı təbəqənin, məmur-oliqarxların sərvət vergisinə cəlb olunması mexanizmi üzərində düşünsə, pis olmaz. Əlbəttə ki, əgər buna marağı və həvəsi olarsa…

Cəlal Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Növbəti Yazı

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

EKSKLUZİV

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

24 Dekabr 2025 / 22:48
3
Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

24 Dekabr 2025 / 20:16
4
Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

24 Dekabr 2025 / 20:15
1
Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

24 Dekabr 2025 / 20:13
1

XƏBƏR LENTİ

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

Təyyarədə azərbaycanlının 74 min dollarını oğurladı – 20 ay həbs aldı! Dünya mediası bu hadisədən yazır!

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Şəhidlərimizi təhqir edən ərəblərə hökm oxundu

Eyyubovların nəhəng sərvəti: 15 hektarlıq bağ evi + FOTO

Rusiya bank böhranı ərəfəsində – Azərbaycana təsiri olacaqmı?

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

Zelenskinin 20 bəndlik sülh planı: Ukrayna üçün çıxış yolu, yoxsa məcburi kapitulyasiya?

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı – VİDEO

İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin əziz xatirəsini ehtiramla anıb

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.