REDAKTORUN SEÇİMİ
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Fuad Nəcəfli bu vəzifəyə 2022-ci ilin dekabrında təyin olunmuşdu.
Prezidentin digər sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub. Ceyhun Cəlilovun dosyesini oxucularına təqdim edirik:
Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.
2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.
12 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.
Evlidir, iki övladı var.

Musavat.com