Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Azərbaycanda işləyənlər çox qazanır, yoxsa region ölkələrində? + RƏQƏMLƏR

Dekabr 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

“2026-cı ildə muzdla işləyənlərin böyük əksəriyyətini əhatə edən, 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3 %-dir. Və mən bir daha da həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə çağırış edirəm ki, istənilən ölkənin vergi rejimini araşdırsınlar və görsünlər, gəlir vergisinin 3 % olduğu neçə ölkə var. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin ötən günkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan gəlir vergisi ilə bağlı daimi güzəştli rejim tətbiq edir və bu verginin dərəcəsini 50 % aşağı salır: “Qanuna dəyişiklik edilməsəydi, 2500 manata qədər gəlir 14 %-lə, 2500 manatdan artıq gəlir isə 25 %-lə cəlb ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir – 14 %-lik vergini 7 %-ə salırıq. Özü də bunu tədricən edirik”.

Xatırladaq ki, Azərbaycanda özəl sektorda 2019-cu ildən tətbiq olunan gəlir vergisi güzəştinin müddəti 2025-ci ildən sonra uzadılmayacaq. Belə ki, 2026-cı ildən etibarən özəl sektorda çalışan və aylıq gəliri 2500 manata qədər olanlar 3 % gəlir vergisi ödəyəcəklər. Növbəti illərdə isə bu faiz artacaq – 2027-ci ildən 5 %, 2028-ci ildən isə 7 % vergi tətbiq ediləcək.

Dövlət sektorunda, o cümlədən neft-qaz sahəsində çalışan işçilərin gəlir vergisi dərəcələri gələn il də dəyişmədən qalacaq. Yəni əməkhaqqısı 2500 manatadək olanlardan maaşlarının 14 faizi, 2500 manatdan yüksək maaş alanlardan isə 25 faizi vergi kimi tutulacaq. Başqa sözlə, bu il tətbiq olunan vergi qaydaları növbəti ildə də eyni şəkildə davam edəcək.

Məlumat üçün bildirək ki, hazırda bir sıra ölkələrdə gəlir vergisi rejimi ümumiyyətlə tətbiq edilmir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Monako və s.

Keçmiş SSRİ və qonşu ölkələrə nəzər saldıqda isə həqiqətən də nazirin vurğuladığı kimi gəlir vergisi dərəcələri Azərbaycanla müqayisədə yüksəkdir. Amma burada diqqət çəkən məqam ondan ibarətdir ki, qonşu ölkələrdə orta aylıq əməkhaqqı daha yüksək olduğundan, vergilər çıxıldıqdan sonra işçinin sərəncamında qalan vəsait Azərbaycanla müqayisədə daha çox olur.

Məsələn, hazırda Rusiyada orta aylıq əməkhaqqı 1247 dollar (99 422 rubl), gəlir vergisi isə 13 %-dir. Həmin faiz dərəcəsini maaşdan çıxan zaman işçinin sərəncamında 1084 dollar vəsait qalır. Digər bir region ölkəsi olan Türkiyəyə baxaq: burada orta aylıq əməkhaqqı 1130 dollar (47 420 türk lirəsi), gəlir vergisi isə 15 %-dir. Vergini çıxsaq, işçinin sərəncamında 960 dollar vəsait qalır. Qazaxıstanda 10 % vergi tətbiq edilir. 847 dollar olan orta aylıq əməkhaqqından 10 %-lik məbləğ çıxıldıqda sərəncamda 762 dollar qalır. Gəlir vergisinin 20 % olduğu Gürcüstan və Ermənistanda isə orta aylıq əməkhaqqı müvafiq olaraq 822 və 771 dollar təşkil edir. Həmin vergi dərəcəsi çıxıldıqdan sonra Gürcüstanda vətəndaşın sərəncamında 657 dollar, Ermənistanda isə 616 dollar olur.

Qeyd edək ki, Azərbaycanda hazırda orta aylıq əməkhaqqı 1094 manat (643 dollar) təşkil edir və həmin 3 %-lik vergi dərəcəsini çıxdıqda sərəncamda 623 dollar vəsait qalır. Göründüyü kimi, vergi dərəcəsi hər nə qədər aşağı olsa da, yekunda işçinin sərəncamında qalan məbləğ region ölkələrinin vətəndaşları ilə müqayisədə belə aşağıdır…

Digər MDB və keçmiş sovet respublikalarında orta aylıq əməkhaqqı məbləği də Azərbaycandan yüksəkdir:

-Litva – 2750 dollar (2338 avro) – mart 2025;

-Estoniya – 2366 dollar (2011 avro) – mart 2025;

-Latviya – 1582 dollar (1345 avro) – mart 2025;

-Moldova – 872 dollar (14 568 ley) – mart 2025;

-Belarus – 824 dollar (2718 rubl) – iyun 2025.

Avropaya gəlincə, burada da vergilər kifayət qədər yüksəkdir və gəlirdən, ölkələrin vergi siyasətindən asılı olaraq 11–50 % arasında dəyişir. Amma yenə də yekunda maaş məbləği əsas götürülərək ona uyğun faiz dərəcəsi tətbiq edilir və təbii ki, Avropada da maaşlar kifayət qədər yüksəkdir. Avropa Statistika İdarəsinin (Eurostat) 2024-cü il üçün Avropa İttifaqında illik əməkhaqqı məlumatlarına görə, Avropada tam ştatlı işçilərin orta illik əməkhaqqı əvvəlki illə müqayisədə 5,2 faiz artaraq 39 808 avroya (aylıq 3317 avroya) çatıb. 2023-cü ildə bu illik əməkhaqqı 37 840 avro idi (3153 avro).

Ölkələr üzrə araşdıranda, yüksək maaşların siyahısına aylıq 6900 avro ilə Lüksemburq başçılıq edir. Sonrakı yerdə Danimarka (aylıq 5964 avro), üçüncü yerdə isə İrlandiya (aylıq 5088 avro) gəlir.

Almaniyada maaşlar aylıq 4483 avro, Fransada isə 3650 avro təşkil edib.

Siyahıda əməkhaqqı ən aşağı olan ölkələr – Bolqarıstan (aylıq 1282 avro), Yunanıstan (aylıq 1496 avro) və Macarıstan (aylıq 1538 avro) olub.

Göründüyü kimi, bizdə hər nə qədər faiz dərəcəsinin aşağı olduğu qabardılsa da, son nəticədə çalışanın əlində qalan vəsait Avropa, MDB, elə region ölkələrinin özü ilə belə müqayisədə aşağı olur…

E. Bəyməmmədli
“AzPolitika.info”

Əvvəlki Yazı

Əhməd Vəliyev borclarını ödəmək üçün obyektini satır…

Növbəti Yazı

Putin artıq qocalığını gizlədə bilmir… – FOTOLAR

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.