Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Dekabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23

Bu günlərdə Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadənin müəllifliyi ilə yeni bir kitab — “Məntiq” dərs vəsaiti işıq üzü görmüşdür.

Oxucuların diqqətinə çatdırılan “Məntiq” dərs vəsaiti ali təhsil məktəbləri üçün nəzərdə tutulmuş standartlar əsasında hazırlanıb. Dərs vəsaitində formal məntiqin anlayış, hökm, əqlinəticə, məntiqin əsas qanunları kimi fundamental mövzuları ətraflı şərh edilmişdir. Eyni zamanda dərs vəsaitində arqumentasiya nəzəriyyəsinin və ünsiyyətin məntiqi əsaslarının, elmi biliyin inkişaf formalarının izahına geniş yer verilmişdir.

Dərs vəsaitinə daxil edilmiş materiallar tələbələrə düzgün təfəkkür qabiliyyətlərinin formalaşmasına, o cümlədən məntiqi mədəniyyət normalarını mənimsəməyə kömək edəcək. Kitabda məntiqi forma, qayda və qanunların əyani illüstrasiyası üçün tarix, mədəniyyət, elm, idman sahəsindən gətirilmiş nümunələr, o cümlədən dərs vəsaitində adı çəkilmiş şəxsiyyətlər haqqında qısa məlumat onlarda geniş dünyagörüşünün formalaşmasına zəmin yarada bilər. Vəsait ali təhsil məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, ondan müəllimlər, magistrlar, eyni zamanda məntiqi müstəqil şəkildə öyrənənlər də istifadə edə bilər.

Sözügedən kitabın elmi redaktoru AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin müdiri, professor, fəlsəfə elmləri doktoru Əli Abasov, rəyçiləri isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev, ATMU-nun “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Samir Həsənov və ADPU-nun “Fəlsəfə və sosial elmlər” kafedrasının müəllimi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Svetlana Adıgözəlovadır.

Qeyd edək ki, kitabın müəllifi Elşən Bayramzadə 1971-ci ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur.

1993-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

2007-2011-ci illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2013-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qloballaşma və informasiya cəmiyyəti: qarşılıqlı təsirin dinamikası (sosial-fəlsəfi təhlil)” mövzusunda yazdığım dissertasiya işini müdafiə etmişdir.

2011-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır, “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, bir neçə kitabın müəllifidir.

Ailəlidir. 2 övladı var.

Müəllifdən: ÖN SÖZ, yaxud, məntiqi öyrənmək kimə və nə üçün lazımdır

İnsanı digər canlı vücudlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri onun təfəkkürə malik olması, yaxud fikirləşmək və fikrini sözlərlə ifadə etmək bacarığıdır. Yaşından, peşəsindən, koqnitiv bazasının zənginliyindən asılı olmayaraq hamı fikirləşir. Kimsə daha dərin və əhatəli, başqası dar və dayaz fikirləşə bilər, amma yenə də fikirləşir. Lakin, hətta adi məişət problemi üzərində fikirləşən insanın yanıldığı, gəldiyi qənaətin doğru olmadığı, fikirlərinin rabitəsizliyi və ziddiyyətliliyi halları ilə tez-tez üzləşirik. Belə halların yaranmasına səbəb nədir?  Suala ilk baxışda sadə görünəcək cavab belədir: təfəkkür prosesinin məntiqi qayda və qanunlarının pozulması. Əslində isə cavab kifayət qədər mürəkkəbdir. Verilmiş cavaba aşağıda aydınlıq gətirəcəyik.

İlk növbədə, ümumiyyətlə qanun nədir sualını cavablandıraq. Qanun hadisələrə zəruriliklə xas olan, təkrarlanan, ümumi, nisbətən sabit əlaqələrdir.  Adətən qanun dedikdə cəmiyyət həyatını tənzimləyən və insanlar tərəfindən qəbul edilən qanunlar, bir də təbiət qanunları yada düşür. Birincilər insanlar tərəfindən qəbul edilir, subyektiv səciyyə daşıyıb ümumi razılıq əsasında dəyişdirilə bilər. Onların pozulması da mümkündür, bu halda müvafiq tədbirlər nəzərdə tutulur (tənbeh, cərimə, cəza və s.). Təbiət qanunları isə obyektiv səciyyə daşıyıb insanın arzu və istəklərindən asılı olmur. Biz istəsək də istəməsək də, bir-birindən müəyyən məsafədə olan iki cism onların kütləsinə düz mütənasib və onların arasındakı məsafənin kvadratına tərs mütənasib qüvvə ilə qarşılıqlı surətdə bir-birinə cəzb olunacaq (Ümumdünya cazibə qanunu), elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasib olacaq (Om qanunu), bütün canlı orqanizmlər irsi əlamətləri daşıyan və gen adlandırılan əsas hissəciklərə malik olacaq (Mendel qanunu), bərabər temperatur və bərabər təzyiqdə bərabər qaz həcmləri eyni sayda molekul və ya hissəciklərdən təşkil olunacaq (Avoqadro qanunu) və s. Təbiətin bütün qanunları universal və obyektivdir. İnsan bu qanunları nə dəyişə, nə də ləğv edə bilər.

Fikirləşmək də bütün insanlara xas olub, onun hansı zamanda və harada yaşamasından asılı deyil. Doğrudur, insanlar çox nəsnələr haqqında düşünə, fikirləşə bilərlər, amma hər bir halda, müəyyən istisnalar xaric (ruhi xəstəlik, beyin zədələnməsi və s.) hamı fikirləşir. Yəni fikirləşmək də ən ümumilik, təkrarlanan səciyyəyə malikdir. Əgər belədirsə, onda sual yaranır: bəs fikirləşməyin, yaxud mücərrəd təfəkkürün necə, qanunları varmı? Əlbəttə ki, var və bu qanunlar heç də təbiət qanunlarından “zəif” deyildir. Lakin bu qanunların təbiət qanunlarından fərqi var: onlar da obyektiv səciyyə daşısa da, pozulması mümkündür. Bundan əlavə, yuxarıda dediyimiz kimi, insan ən müxtəlif nəsnələr, hadisələr haqqında fikirləşə bilər. Yəni, təfəkkür prosesi müxtəlif məzmuna malik olur, bununla belə onun formaları heç də çox deyil və daha dəqiq desək üç forması var. Deməli, insan nə haqqında fikirləşirsə fikirləşsin, bu fikir təfəkkürün yalnız üç formasında –anlayış, hökm və əqlinəticə  –təzahür edəcək. İndi haqqında danışacağımızvə fəlsəfi biliyin struktur elementi kimi səciyyələnən məntiq də təfəkkürün düzgün forma və qanunlarını öyrənir.

Bəs məntiqin öyrənilməsi nəyə gərəkdir? Bu sualın cavabı yuxarıda, insanlar fikirlərində nə üçün yanılırlar, nə üçün rabitəsiz və ziddiyyətli düşünürlər sualına cavab kimi dəyərləndirilə bilər. Əlbəttə ki, məntiq insanlara fikirləşmək öyrətmir. Çünki hər bir normal insan fikirləşir və fikirləşmək şüura malik insanın əsas əlamətlərindən biridir. Məntiq isə insanlara düzgün, rabitəli, ardıcıl, ziddiyyətsiz, əsaslı düşünməyi öyrədir. Fikirləşmə prosesində məntiq qaydalarının pozulması insanı təkcə yanlış nəticəyə gətirmir, hətta gülüş doğurur. İnsanlar gündəlik həyatda çoxlu lətifələr danışır, gülür, əylənirlər. Az-çox məntiqi biliklərə yiyələnən insan, əksər hallarda gülüşün səbəbinin lətifədə təsvir olunan hadisə yox, orada məntiq qanunları və qaydalarının pozulmasının səbəb olduğunu anlayacaq.

Məntiqin öyrənilməsinin vacibliyinə başqa bir nümunə göstərək. Məlumdur ki, insan ilk növbədə bioloji varlıqdır, həyatın davam etməsi üçün o, nəfəs alır, qida qəbul edir. Lakin, məsələn, tutaq ki, qəbul edilmiş qidanı həzm etmək üçün onun fiziologiya elmini bilməsi heç də vacib görünmür. Buna baxmayaraq, böyük rus fizioloqu, Nobel mükafatçısı İ.P.Pavlovdan (1849-1936) fiziologiya elminin faydası nədir soruşduqda belə cavab verib: “fiziologiyanın əsas məsələsi, insana daha uzunömürlü olması üçün düzgün yeməyi və nəfəs almağı, düzgün işləməyi və dincəlməyi öyrətməkdir”. Elm insanı HomoSapiens –“ağıllı insan” kimi səciyyələndirir. Lakin zəka, təfəkkür insana heç də birdəfəlik, hazır şəkildə verilmir. Onu inkişaf etdirmək, təkmilləşdirmək lazımdır. Yəni, insanın sağlam, uzunömürlü olması üçün fiziologiya nə qədər vacibdirsə, məntiq də insanın düzgün, səhvsiz düşünməsi üçün bir o qədər vacibdir. Məntiqin qayda və qanunlarını bilmək təfəkkür mədəniyyətini yüksəldir, daha “savadlı” fikirləşmək vərdişi aşılayır, özünün və digərlərinin fikirlərinə tənqidi münasibəti inkişaf etdirir.

Deməli, məntiqi öyrənmək yaşından, peşəsindən, ixtisasından asılı olmayaraq hamı üçün vacibdir.

Əvvəlki Yazı

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Növbəti Yazı

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

EKSKLUZİV

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

30 May 2026 / 13:26
5
General Əli Nağıyevdən həmkarlarına çağırış…

General Əli Nağıyevdən həmkarlarına çağırış…

29 May 2026 / 13:59
7

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

28 May 2026 / 14:36
3

Prokuror onların 10 il həbsini tələb edir

28 May 2026 / 12:16
3

XƏBƏR LENTİ

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Qazaxda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

“Bu dinamika məni qane etmir” – Prezident

Onları qabaqlayaraq – İkinci dəfə “Qızıl buts”a sahib çıxdı

Aldığı pulların hamısını qaytardığını deyib

Toral Bayramov “Qarabağ”dan getdi – Türkiyə klubuna keçdi

3-cü dəfə İTV-nin baş direktoru seçildi

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” – Prezident

Prezident müşavirə keçirdi – Fotolar – Yenilənib

Rasim Əsgərovun “Hekayə”si viral oldu (VİDEO)

Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş – Fotolar

General Kənan Seyidovun qızı ailə qurdu

Kür məcrasından çıxır – Təhlükəli anlar – Video

21 yaşlı qadın qətlə yetirildi – Əri saxlanıldı

İntensiv yağış yağacaq – Xəbərdarlıq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.