Bizim üçün hər dövrdə doğulmuş qəhrəmanların nümunəsi unudulmazdır!!!
MÜHÜD ORUCOV onların ən parlaq simalarından biridir. O, yalnız bir zabit deyildi, O, Xüsusi Təyinatlı Qüvvələrin ŞƏRƏFLİ ZABİTİ, döyüş meydanının CƏSUR simvolu, döyüş yoldaşlarına motivasiya verən İŞIQ idi!!!
Onunla çiyin-çiyinə döyüşmək çoxlarının arzusuydu. Çünki, Mühüdün varlığı qorxuya yer qoymur, iradə və əzm verirdi. Onun hər baxışı, hər addımı bölməyə ruh verirdi, hər əməliyyatı, idarəçiliyi və silahdaşlarına sevgisi bir liderin əzmini göstərirdi.
Mühüdün igidliyi təkcə fiziki gücündə deyil, strateji düşüncəsində, planlaşdırmada və təhlükənin ən yaxın anında soyuqqanlı qalma qabiliyyətində idi. Düşmən arxasında kəşfiyyat və xüsusi əməliyyat tapşırıqlarında onun rolu əvəzsiz idi. Murovdağ silsiləsinin qarlı, uçurumlu yamaclarında icra edilən əməliyyatlar bəzən mümkünsüz görünürdü, amma Mühüd hər dəfə qrupuna yol göstərmiş, bütün əziyyətlərə səbr və qətiyyət göstərərək əməliyyatı uğurla başa çatdırmışdır. Hər bir tapşırıq onun iradəsi, soyuqqanlılığı və fədakarlığı ilə reallaşır, Taboruna həm güc, həm də ruh verirdi!
2014-cü ilin avqust ayının 1-dən 2-nə keçən gecə Ağdamın Nəmirli kəndi yaxınlığında düşmənin xüsusi təyinatlı qüvvələrinə endirilən zərbədə Mühüdün xüsusi rolu heyranedicidir. O, əməliyyatın hər anında ön sırada dayanaraq düşmənə böyük zərbələr vurmuş, dostlarını qorumuş və əməliyyatın uğurla tamamlanmasını təmin etmişdir. Bu əməliyyat yalnız döyüşün taktiki uğuru deyildi, eyni zamanda Mühüdün və döyüş yoldaşlarının cəsarətləri, soyuqqanlılıqları və hərəkətlərinin, düzgün qərarlarının dəqiqliyi komandaya ruh verdi, qorxuya yer qoymadı. Onun kimi komandirlərin hər addımı, hər qərarı bir işıq, bir yol göstərən bələdçi kimidir!!!
Onun şəxsiyyəti yalnız döyüş meydanında deyil, insan kimi də nümunə idi. ZABİT ŞƏRƏFİNƏ SADİQLİYİ, dostlarına verdiyi dəstək, VƏTƏN SEVGİSİ MÜHÜDÜ bütün gənclər üçün ÖRNƏK etdi. Döyüş yoldaşları onun yanında olarkən çox xoşbəxt və qətiyyətli görünürdülər, çünki Mühüd hər an yanlarında idi, onların ruhunu, iradəsini yüksəldirdi. Hər əməliyyatda göstərdiyi iradə və fədakarlıq Tabora yalnız güc vermirdi, həm də hər an yanlarında duran bir QƏHRƏMAN olduğunu hiss etdirirdi!
Qazax elinin tarix boyu belə oğullar yetişdirməsi təsadüfi deyil! Mühüd də onların ən parlaq nümayəndələrindən biridir!!!
Onun şəhidliyi uca bir məqamdır, amma eyni zamanda döyüş yoldaşlarını, silahdaşlarını dərin kədərə qərq etmişdir. Aprel döyüşlərində biz MÜHÜD ORUCOV, RAQUF ORUCOV, SAMİD İMANOV, ELVİN NAMAZOV və.s CƏSUR qardaşlarımızı, igidlərimizi itirsək də, onların fədakarlığı, döyüş yolu və 2016 APREL DÖYÜŞÜ – 44 günlük VƏTƏN MÜHARİBƏSİNƏ, ZƏFƏRİMİZƏ aparan İŞIQ, MAYAK olmuş, yol göstərmişdir!
Onların QƏHRƏMANLIĞI həm də GƏNC NƏSİLLƏRƏ göstərdi ki, VƏTƏN SEVGİSİ təkcə SÖZLƏ deyil, ƏMƏL və FƏDAKARLIQLA ÖLÇÜLÜR!!!
MÜHÜD ORUCOV göstərdi ki, Azərbaycanın igid oğulları yalnız torpağı qorumaqla kifayətlənmir; onlar Azərbaycanın dünyada sözünü deməsini təmin edirlər! Onun adı qardaş TÜRKİYƏ cumhur başqanı RƏCƏB TAYYİB ƏRDOĞAN cənabları tərəfindən “Azərbaycan aslanı” kimi qeyd olunması təsadüfi deyil… Azərbaycan PREZİDENTİ, Ali Baş Komandan Cənab İLHAM ƏLİYEV onunla şəxsən görüşərək, əlini sıxıb, ona hədiyyə təqdim etməsi təsadüfi deyil !!!
Mühüd əsl qəhrəmandır, Azərbaycan ordusunun güc və iradəsinin simvoludur!!!
Şəhid MÜHÜD ORUCOVUN HƏYATI, İGİDLİYİ və FƏDAKARLIĞI GÖSTƏRİR ki, QƏHRƏMANLIQ YALNIZ SİLAH GÜCÜNDƏ DEYİL, HƏM də FƏDAKARLIQDA, DOSTLARA və XALQA BAĞLILIQDA, VƏTƏN SEVGİSİNDƏ ÖLÇÜLÜR.
Onun xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq, gələcək nəsillərə vətənpərvərlik dərsi verəcək, Azərbaycan əsgərinin dünyada sözünü deməsini simvollaşdıracaqdır!!!
Hər addımı, hər əməliyyatı və hər sözsüz duruşu ilə Mühüd Orucov bir qəhrəmanlıq simvoluna çevrilmişdir! Onun tezliklə Cənab Ali Baş Komandanımız tərəfindən layiqli qiymətini almasına, Azərbaycan MİLLİ QƏHRƏMANI adının rəsmi təsdiqini tapmasına adım kimi əminəm!!!






Bizim üçün hər dövrdə doğulmuş qəhrəmanların nümunəsi unudulmazdır!!!
