Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Fevral 2, 2026
A A

REDAKTORUN SEÇİMİ

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından cumhuriyyet.az-a şikayət məktubu daxil olub. Məktubda bildirilik ki, Gəncə Dövlət Universitetinin 75 yaşlı rektoru Yusif Yusibovun özbaşınalıqları bitmək bilmir: Təsəvvür edin ki, bu adam şəhər prokurorunu belə rüşvətlə ələ aldığını iddia edir. Bu söz onun yaxın ətrafı ilə söhbət zamanı ağzından çıxıb və həmin şəxslər də bunu müxtəlif yerlərdə danışırlar. Universitetdə onun qeyri-qanuni əməlləri ilə razılaşmayan şəxslər işdən azad edilir, ləkələnir, sosial şəbəkələrdə ailələrinin yanında biabır etdirilirlər”.
Şikayət məktubunda qeyd edilir ki, bir müddət əvvəl universitetin dəftərxanasının əməkdaşı Günay Asim qızı Məmmədova ləkələnərək işdən azad edilmişdi. Bu xanım hər yerə şikayət etsə də, baxan olmadı. Nəticədə həmin qadın universitetin ərazisində damarlarını kəsib, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun səsi batırıldı və bu hadisə ilə bağlı heç bir araşdırma aparılmadı. Yusif Yusibov aldığı rüşvətin üstü açılmasın deyə, öz keçmiş köməkçisi Həmidə Qasımovanı ləkələyərək işdən azad etdi və öz adamları vasitəsilə “TikTok” platformasında onun barəsində böhtan xarakterli, rüsvayedici video yaydırdı. Həmin qadın həftələrlə xəstəxanada qaldı, sonda isə evini sataraq Bakıya köçməyə məcbur oldu.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından cumhuriyyet.az-a  göndərilən məktubda deyilir ki, Yusif Yusibov 22 yanvar tarixində axşam saat 19:00-da Gəncədə yerləşən “Alov” restoranında yaxın ətrafını başına toplayaraq məclis təşkil edib: “Həmin qonaqlıqda bütün prorektorlar, dekanlar, müşavirlər – bir sözlə, rektorun yaxın ətrafından 20–25 nəfər iştirak edib. Maraqlıdır ki, qonaqlığın xərcini özü ödəmək əvəzinə, pulunu dekanlardan yığıb. Həmin qonaqlıq zamanı rektor yaşına yaraşmayan ifadələr işlədib. Bütün bu danışıqlar məqsədli şəkildə restoranın həmin otağında əvvəlcədən quraşdırılmış kamera vasitəsilə qeydə alınıb. Rektor həmin məclisdə Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin, o cümlədən Ülkər Səttarovanın, Emin Əmrullayevin və Tural Əhmədovun ünvanına burada yazılması mümkün olmayan təhqiredici sözlər işlədib. O, bildirib ki, orada ən layiqli adam onun dostu Firudin Qurbanovdur, ona daim müəyyən məlumatlar verir və o da buna uyğun fəaliyyətini planlaşdırır. O, həmçinin qeyd edib ki, İlqar Kubışev Regional Kollecdə direktor işlədiyi dövrdə orada qayda-qanun yaratmışdı, lakin Elm və Təhsil üzrə Agentlik “buraxmanın, axmağın birini” ora direktor təyin edib. Bildirib ki, onun başqa əlacı qalmayıb və bir gün gedib Xoşunu oradan “təpiklə çıxaracaq”. “Xoşu” dedikdə Gəncə Regional Kollecin direktoru Xoşqədəm Xudiyevanı nəzərdə tutur. Xoşqədəm Xudiyevaya qarşı mətbuatda və sosial şəbəkələrdə aparılan kampaniya Yusif Yusibovun xüsusi tapşırığı ilə Ümumi işlər üzrə prorektor Samir Məmmədovun vasitəsilə maliyyələşdirilir. Xoşqədəm Xudiyeva protokola əsasən Gəncə Dövlət Universitetinin Elmi Şurasının üzvüdür. Lakin bu günə qədər bir dəfə də olsun Elmi Şuranın iclasında iştirak etməyib. Səbəb isə Elmi Şuranın iclas vaxtı barədə ona məlumat verilməməsi və dəvət olunmamasıdır. Əksinə, rektor dəfələrlə bildirib ki, “Xoşu nə zibildir ki, bizim şurada iştirak etsin”.
Samir Məmmədov isə həmin qonaqlıqda bəyan edib: “Yusif müəllim, universitetlə bağlı mətbuatda gedən bütün yazıları dayandırmışam, bütün jurnalistləri susdurmuşam, narahat olmayın. Kollektiv üzvlərindən də kim harada nə yazsa, ora-bura məlumat ötürsə, onu Təhlükəsizlik Orqanlarının əlinə verəcəyəm”. Hər dəfə imtahan sessiyasından sonra, eləcə də hər ay rektor tərəfindən Ümumi işlər üzrə prorektor Samir Məmmədova xüsusi paket verilir. Samir Məmmədovun ümumiyyətlə, təhsildən anlayışı yoxdur, lakin buna baxmayaraq hər işə burnunu soxur, təhsillə bağlı müxtəlif komissiyalara rəhbərlik edir və spirtli içki aludəçisi kimi bütün qonaqlıqlarda başda oturur. Məlumunuz olsun ki, İqtisadiyyat fakültəsində əyani təhsil alan, lakin aylıq pul müqabilində dərsə gəlməyən bir tələbə Gürcüstandan Azərbaycana keçən kimi dərhal həbs olunub. Məlum olub ki, həmin tələbə Gürcüstanda terrorçu kimi hazırlanıb və Azərbaycanda terror aktı törətməyi planlaşdırırmış. Deyilənə görə, ona Vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb. Universitetin Ümumi işlər üzrə prorektoru Samir Məmmədov belə təhlükəli halların qarşısının alınması ilə məşğul olmaq əvəzinə, Yusif Yusibovun göstərişi ilə Regional Kollecin direktoru Xoşqədəm Xudiyevaya qarşı sosial şəbəkələrdə kampaniya maliyyələşdirir və kollecdə işləyən öz adamları olan bir qrup müəllimi ona qarşı qaldırır. Halbuki bütün Gəncə sakinlərinə məlumdur ki, Xoşqədəm Xudiyeva kollecdə ciddi qayda-qanun yaradıb, rüşvətin qarşısını tamamilə alıb. Tələbələr, valideynlər və sağlam düşüncəli müəllimlər onun fəaliyyətindən tam razıdır və onu dəstəkləyirlər. Bu, danılmaz faktdır.
Məlum olduğu kimi, Elmlər Akademiyasının nəzdində olan bir neçə Elmi-Tədqiqat İnstitutu GDU-nun tabeliyinə verilib. Yusif Yusibov həmin qonaqlıqda bildirib ki, bu institutlardan 20-dən artıq əməkdaşı işdən azad edəcəyəm. Bir neçə nəfər onların işləməsinə imkan verilməsini xahiş etsə də, Yusif Yusibov spirtli içkinin təsiri altında “nə danışırsınız, yerinə başqa adam götürəcəyəm, orada yaxşı pul var” deyə cavab verib. Bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov universitet əməkdaşlarının maaşlarını 10 faiz artırıb. Yusif Yusibov isə universitetdə yalnız özünə yaxın adamların maaşını qaldırır. Elmi Şurada müzakirə olunmadan rektora yaxın şəxslərə Elmi Şuranın qərarı ilə yüksək maaşlar yazılır, müəllimlərin və tədris-köməkçi heyətin maaşları isə artırılmır. Tədris-köməkçi heyət təxminən 300 manat maaş alır. Rektor iclaslarda bildirir ki, vəsait yoxdur. Maraqlıdır, bəs vəsait hara gedir?

Laboratoriyalara avadanlıq alınmır, professor-müəllim heyəti dərs vəsaitlərini, məqalələri və fənn proqramlarını öz şəxsi vəsaitləri hesabına çap etdirir, həmin materiallar universitetin kitabxanasına belə qəbul edilmir. Yalnız akkreditasiya zamanı görüntü yaratmaq üçün müəyyən sayda kitab kitabxanaya daxil edilib. Kafedralara, şöbələrə və dekanlıqlara hətta A4 kağızı belə verilmir; kağız, papkalar, sabun, təmizləyici vasitələr və digər ləvazimatlar alınıb elə həmin gün müxtəlif obyektlərə satışa göndərilir. Universitetin tualet otaqlarında sabun və kağız belə yoxdur; bunları dekanlara məcburən aldırırlar.
Universitetdə olan kompüterlər və noutbuklar yararsız vəziyyətdədir, çünki universitetə alınarkən ən keyfiyyətsiz texnika baha qiymətə rəsmiləşdirilir. Rektorun qəbul günü yoxdur, heç kimi qəbul etmir. O, respublikada qəbul saatı olmayan yeganə rektordur. Nazir tərəfindən töhmət verilərək işdən azad edilmiş İlqar Kubışev Yusif Yusibov tərəfindən yenidən özünə müşavir təyin edilib. İlqar Kubışevin ixtisası maşınqayırma texnologiyasıdır. Buna baxmayaraq, o əvvəlcə Musiqi Kollecinə direktor təyin etdirilib. Kollektivin ciddi narazılığı nəticəsində nazirin əmri ilə işdən azad edilib. Daha sonra Yusif Yusibov onu yenidən özünə köməkçi təyin edib. Müəyyən müddətdən sonra İlqar Kubışev yenidən Gəncə Regional Kollecinə direktor vəzifəsinə gətirilib. Kollecdə yenidən narazılıqlar başladığından bu şəxs bir daha Təhsil Nazirinin əmri ilə töhmət alaraq işdən çıxarılıb. Maraqlıdır ki, Təhsil Nazirliyi tərəfindən dəfələrlə töhmət verilərək işdən azad edilmiş bir şəxsin yenidən yüksək vəzifələrə təyin olunması açıq-aşkar Nazirliyə meydan oxumaq deyilmi?
İlqar Kubışev Yusif Yusibovun qoçularından biridir. Ötən illərdə o, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Farizə İsmayılzadəni rektorun qəbul otağında vəhşicəsinə döymüşdü. Farizə İsmayılzadə uzun müddət müxtəlif instansiyalara şikayət etsə də, nə işinə bərpa oluna bilmədi, nə də İlqar Kubışev barəsində hər hansı tədbir görülmədi. Ən acınacaqlı və utancverici məqam isə odur ki, İlqar Kubışevin davranışları universitet əməkdaşları arasında daim mübahisə mövzusudur. Bütün gününü lazer epilyasiya salonlarında keçirən, bədəninin müxtəlif nahiyələrinin tüklərini təmizlətdirən, başına lak çəkdirən, kollektivdə hamıya süni və qeyri-ciddi şəkildə “canım, canım” deyə müraciət edən, əməkdaşların dili ilə desək “baboşluq edən” bu şəxs faktiki olaraq kollektivə rəhbərlik edir, rektorun katibəsi kimi qəbul otağına heç kimi buraxmır və rektorun əvəzinə qərarlar verir. Bunun səbəbi isə vaxtilə öz evini Yusif Yusibova və onun məşuqəsinə kef məclisləri keçirmək üçün verməsidir.
Bu qədər müraciətə baxmayaraq, Təhsil Nazirliyinin susqunluğunu Gəncə Dövlət Universitetinin əməkdaşları kimi başa düşə bilmirik. Təhsil Nazirliyi kimdən qorxur və niyə reaksiya vermir?”

Əvvəlki Yazı

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

EKSKLUZİV

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
11
Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

02 Fevral 2026 / 12:49
3
“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

02 Fevral 2026 / 11:22
3
DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

01 Fevral 2026 / 18:56
3

XƏBƏR LENTİ

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.