Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Fevral 16, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08

Sazın, sözün beşiyi sayılan, Qərbin qapısı kimi tanınan Qazax torpağı həm də idmançıları ilə səs salır hər yana. Qazaxlı idmançılarımızın hər zaman beynəlxalq yarışlardan, çempionatlardan qızıl, gümüş, bürünc medallarla qayıtmaları, Azərbaycanı, doğma Qazaxımızı layiqincə təmsil etmələri bu dediklərimizin bariz nümunəsidir.

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idman sahəsinə ayırdıqları diqqət, idmançılara göstərdikləri qayğı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən idman sahəsini həmişə diqqətdə saxlaması, bu sahənin inkişaf etdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, idmançılarla görüşməsi, onları təltif etməsi, mükafatlandırması dediklərimizin əyani sübutudur.

Fevralın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 13.02.2026-cı il tarixdə Gəncə şəhərində Yunan-Roma və Sərbəst güləş idman növləri üzrə keçirilmiş U-17 Azərbaycan çempionatında 65 kq çəki üzrə I yer tutaraq uğur qazanmış idmançımız Nazarov Rəşid Şahin oğlu ilə görüşməsi idmançılara ayrılan növbəti diqqətdir.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı, ali kateqoriyalı məşqçi-müəllim, Fəxri idman xadimi, Prezident təqaüdçüsü Ramiz Tağıyev iştirak ediblər.

İdmançımızla səmimi söhbət edən icra başçısı Rəcəb Babaşov onu əldə etdiyi nailiyyət, parlaq qələbə münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşım. Çünki hər bir idmançının qazandığı qələbə ölkəmizin, Qazaxın qələbəsidir. Rayonun adını uca zirvələrə qaldıran idmançılara qayğı göstərmək isə hər birimizin borcudur.

Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı, ali kateqoriyalı məşqçi-müəllim, Fəxri idman xadimi, Prezident təqaüdçüsü Ramiz Tağıyev çıxış edərək idmançımızı qazandığı nailiyyətə görə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin, idmana olan qayğının, dəstəyin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyib. Ölkə başçısının idmana, idmançılara olan qayğısının Qazaxda da hər zaman hiss olunduğunu, rayon rəhbərliyinin bu qayğını əldə rəhbər tutaraq idmançıların yanında olduğunu, onlara olan səmimi münasibətin daim yüksək səviyyədə olduğunu qeyd edib.

Rayon rəhbəri ilə səmimi söhbət edən idmançımız öz növbəsində onu qəbul etdiyinə, görüşdüyünə və ünvanına səsləndirdiyi xoş sözlərə görə minnətdarlığını bildirib. Qazaxda idman sahəsinə, idmançılara göstərilən qayğıya görə razılığını ifadə edib, bugünkü görüşü həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Məlumat üçün vurğulayaq ki, Nazarov Rəşid Şahin oğlu 10 mart 2009-cu ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. 1-5-ci sinifə qədər Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta ümumtəhsil məktəbdə təhsil alıb. 5-ci sinifdən Bakı şəhərində Respublika Olimpiya İdman Liseyində təhsilini davam etdirib, hazırda həmin liseyin 11-ci sinfində təhsil alır. Qazax rayonunda təhsil aldığı dövrdə məşqçi müəllimi Qazax şəhərində Məhəmmədəli Qazaxlı adına güləş salonunun məşqçi müəllimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev olmuşdur. 6 nəfər ailə üzvü var. Hazırda Bakı şəhərində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində atası, anası və qardaşı ilə birgə yaşayır.

Onu da qeyd edək ki, Sərbəst güləş idman növü üzrə 52 kq çəki dərəcəsində 15-18 may 2024-cü il tarixlərdə Yunanıstan Respublikasının Lutraki şəhərində keçirilmiş 15 yaşadək (U-15) idmançılar arasında Avropa çempionatında II yeri tutaraq gümüş medal, 28 iyun-4 iyul 2024-cü il tarixlərdə Rusiya Federasiyasının Yakutsk şəhərində keçirilmiş “Asiya Uşaqları” VIII Beynəlxalq Oyunlarında III yeri tutaraq bürünc medal qazandığına görə Nazarov Rəşid Şahin oğlu 10.07.2024-cü il tarixdə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.

Əvvəlki Yazı

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

EKSKLUZİV

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

16 Fevral 2026 / 22:41
2
Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

16 Fevral 2026 / 13:50
0
1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

16 Fevral 2026 / 12:47
1
Tehranın BOMBALANMASI an məsələsi

Tehranın BOMBALANMASI an məsələsi

16 Fevral 2026 / 12:46
0

XƏBƏR LENTİ

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

İŞSİZ VƏ AZTƏMİNATLI ƏHALİNİN HESABINA KOMFORT… – Və ya sosial qurumlar ixtisara düşənlərlə niyə maraqlanmır?

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK – 2700 manat kompensasiya təklif edilir

Ən çox maaş alan futbolçular – Siyahı

Rəsmi İrəvan ermənilərin qarşısında net seçim qoydu: ya sülh, ya…

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Azərbaycanın avtomobil bazarında kəskin dönüş

Böyük qarşıdurmanın anonsu verildi

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.