Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”

Noyabr 19, 2024
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Ədliyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Zaur Şəfa oğlu Sadıqovun anası Ağcabədi rayon, Sarııcalı kənd sakini Alagöz Bilal qızı Sadıqova Prezident İlham Əliyevə müraciət edib.

O, müraciətinin sürətini Mediaxeberleri.Az-a təqdim edib.

Həmin müraciətdə Alagöz Sadıqova ahıl yaşda olduğunu və oğlunun səhhətindəki problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyi dövlət başçısından xahiş edib.

Onun müraciətini olduğu kimi təqdim edirik:

“Mən Sizə bir Azərbaycan qadını, ömrünün çox hissəsini yaşamış bir yaşlı və dərdli ana kimi müraciət edirəm. Mənim oğlum – Sadıqov Zaur Şafa oğlu Hərbi Prokurorluq tərəfindən aparılan cinayət işi ilə əlaqədar, şübhəli şəxs kimi tutularaq, ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

Oğlum Zaur Sadıqov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin əməkdaşı Məmmədov Ceyhun İltifat oğlunun dələduzluq cinayətinin iştirakçısına çevrilmiş, həmin şəxs öz çirkin cinayət əməllərini həyata keçirmək üçün oğlumun ona etibarından sui istifadə edərək bu əməlləri törətmişdir.

Əslən Salyan rayon sakini olan, sabiq “N” saylı hərbi hissənin qulluqçusu  Məmmədov Ceyhun İltifat oğlunun barəsində hərbi prokorurluqda istintaq  cinayət işi yekunlaşaraq baxılması üçün Bakı hərbi məhkəməsinə  göndərilib.

Bildiriəm ki, istintaq tam olaraq qeyri obyektiv aparılır. Ona görə ki, istintaq zamanı Məmmədov Ceyhunla birlikdə bir neçə fakt üzrə eyni cinayət əməli törətmiş, hərbi qulluqçular Əhmədov Nuran, Rəhimov Tural, Həsənov Vəfadar prokorurluğun əməkdaşı Xəyam Rüstəmova xeyli miqdarda rüşvət müqavilində istintaq cəlb edilmədilər.

Bununla bağlı mənim oğlumda məlumat və subutlar  var. Məhkəmə sistemində şəffaflığın təmin edilməsi  məqsədilə Sizdən xahiş  edirəm ki, Bakı hərbi məhkəməsində Ceyhun Məmmədovla bağlı keçirilən məhkəmə iclasının yenidən istintaqa qaytarılmasına köməklik göstərəsiniz.

Əlavə olaraq bildirirəm ki, Silhalı Qüvəllərin tərkib hissəsində olan (Lökbatan qəsəbəsində yerləşən) N saylı hərbi hissənin hazırki komandiri polkovnik Rəşad Qəmbərov və sabiq hərbi hissə komandiri polkovnik Rövşən tabeliyində olan hərbi qulluqçulardan rüşvət alaraq müxtəlif məbləğdə pula Azərbaycan Ordusunun ən zəngin zabitlərindən biri olaraq birinci yeri tuturlar. Bu barədə Ədliyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan övladım Sadıqov Zaur Şəfa oğlunda subut və dəlilər var.

Müəyyən mənfur və düşmənə xidmət edən qüvvələr həmişə Sizin həyata keçirdiyiniz uğurlu işlərinizə və qanuni hakimiyyətinizə kölgə salmaq istəyir. Lakin xalqın Sizə olan sevgisi həmin şəxslərin planlarını həmişə puç edib və onların çirkin niyyətləri ürəklərində qalıb.

Möhtərəm cənab prezident, Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşam. Bütün bunlar mənə ümid verir ki, oğlum Zaur Sadıqov barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. Mənim ahıl yaşda olmağımı və oğlumun səhhətində yaranmış problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən bir daha xahiş edirəm.

Cənab prezident, mən Sizin humanizminizə və ədalətinizə inanaraq əvvəlcədən minnətdarlıq bildirirəm”.

Əvvəlki Yazı

HƏMAS üzvləri Türkiyədə olsalar… – Vaşinqton

Növbəti Yazı

BMT-nin “itkin düşmüş şəxslər” qətnaməsinə XİN-dən reaksiya

EKSKLUZİV

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
9
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
16
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
9
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.