Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Peşəkarlıq və fədakarlıq nümunəsi

May 14, 2026
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

Azərbaycanın aqrar sənayesinin inkişaf tarixində peşəkarlığı, zəhməti və çoxillik fəaliyyəti ilə seçilən şəxslər xüsusi yer tutur. Belə insanlardan biri də ömrünün böyük hissəsini kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesinin inkişafı və keyfiyyət sistemlərinin formalaşdırılmasına həsr etmiş Xəlil Ələkbərovdur. İftixarla qeyd etmək olar ki, Xəlil Ələkbərovun keçdiyi şərəfli əmək yolu Azərbaycan kənd təsərrüfatı və emal sənayesinin inkişaf salnaməsində mühüm bir səhifə təşkil edir.

Xəlil Ələkbərov 40 il (1974–2014) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışmış, ölkəmizdə aqrarməhsullarının emal sənayesinin inkişafına böyük töhfələr vermişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin qurulub yaradılmasında yaxından iştirak edərək,ötən əsrin 70-ci və 80-ci illərində Azərbaycanın Sovetlər Birliyində meyvə-tərəvəz məhsullarının emal sənayesi üzrə aparıcı mövqelərə yüksəlməsində böyük xidmətlər göstərmişdir.

Xəlil Ələkbərov Sovet Azərbaycanının Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışdığı dövrdə ölkəmizdə konserv məhsullarının istehsalı müəssisələrinin, şərab istehsalı zavodlarının formalaşmasında, şərabçılıq məhsullarının ixrac qabiliyyətinin artırılmasında mühüm işlər görmüşdür. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu istiqamətdə fədakarcasına çalışmaqda davam edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində ərzaq məhsullarının lisenziyalaşdırılması, keyfiyyət və standartlaşdırma sahələrinə rəhbərlik etmişdir.  Azərbaycanda qida məhsullarının müasir keyfiyyət tələbləri əsasında istehsalıvə bitki mühafizəsi üzrə dünyanın qabaqcıl standartlarınınölkəmizə gətirilməsi, yeni keyfiyyət normativlərinin və standartların işlənib-hazırlanması, meyvə-tərəvəz məhsullarının emalı, konservləşdirilməsi və şərabçılıq sahələrində yeni texnologiyaların tətbiqi, şərab istehsalı zavodlarının yenidən qurulmasına müstəsna töhfələr vermişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra Xəlil Ələkbərov ölkəmizdə fəaliyyəti dayandırılmış saysız-hesabsız istehsal müəssisələrinin, meyvə-tərəvəz istehsal edən konserv zavodlarının yenidən dirçəlməsi, şərabçılıq məhsullarının dünya ölkələrinə ixrac edilməsi məqsədilə müasir keyfiyyət göstəricilərində emal edilərək dünya bazarlarına çıxarılması prosesində dövlət dəstəyi çərçivəsində bir dövlət məmuru olaraq yaxından iştirak etmiş, istehsal müəssisələrində keyfiyyətə nəzarət laboratoriyaların qurulması, ixtisaslı texnoloqların yetişməsində yaxından iştirak etmişdir.

Xəlil Ələkbərov 15 may 1951-ci ildə anadan olub, 1969-1974-cü illərdə Azərbaycan  Politexnik  İnstitutunun  Texnologiya  fakultəsinin  «Konservləşdirmənin  texnologiyası»  ixtisasında təhsil alıb.  Təyinatla  Xaçmaz rayonunun  Xudat  konserv  zavoduna  işləməyə  göndərilib, 1974-cü ildən  Xudat  konserv  zavodunda  növbə  ustası  kimi  əmək  fəaliyyətinə  başlayıb. Burada işlədiyi müddətdə  növbə  mühəndisi, növbə  rəisi, direktor müavini, direktor vəzifələrinə qədər yüksəlib.  1980-ci  ildə Xaçmaz rayonu  rəhbərliyinin   təqdimatı  və Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin əmri ilə Xaçmaz  rayon  Aqrar-Sənaye  Birliyində  sənaye  emalı üzrə  rəis vəzifəsinə təyin edilib. 1981-ci ildən 2014-cü ilədək Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında və ölkəmizin bir sıra rayonlarında fəaliyyət göstərən konserv zavodlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

1980-1990-cu illərdə Nazirliyin rəhbərliyinin göndərişi əsasında Xaçmas, Sabiradab, Navahi, Lənkəran, Ağsu, Saatlı, Göyçay və digər rayonların konserv zavodlarına ezam edilərək, həmin müəssisələrdə istehsalat üzrə direktor vəzifələrini icra etmiş, Azərbaycanda ərzaq məhsullarının istehsalı və emalı üzrə yeni müəssisələrin, zavodların, istehsal prosesinin müasir texnologiyalar əsasında qurulub-yaradılması, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və bu sahədə ixtisaslı texnoloqların yetişdirilməsi proseslərində bilavasitə iştirak etmişdir.

1993-1995-ci  illərdə  Kənd  Təsərrüfatı  Nazirliyi  Aparatının  Emal Sənayesi Baş idarəsində,  1995-1998-ci illərdə  Kənd Təsərrüfatı  Nazirliyi  Aparatının  Məhsulların keyfiyyəti və standartlaşdırma  idarəsində,  1998-2007-ci  illərdə Kənd  Təsərrüfatı  Nazirliyi  Aparatının   Ərzaq məhsullarının  keyfiyyəti,  standartlar  və lisenziya idarələrində rəhbər vəzifələrdə işləmişdir.

Xəlil Ələkbərov dövlət orqanlarının struktur bölmələrində aparıcı və rəhbər vəzifələrdə çalışdığı müddətdə dövlətqulluğunda xidməti fəaliyyəti ilə fərqləndiyinə və ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafında verdiyi töhfələrə görə Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” Qanuna müvafiq olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müvafiq əmrlərinə əsasən, dövlət qulluğunun kiçik müşaviri, daha sonra isə dövlət qulluğunun böyük müşaviri dərəcələrinə layiq görülmüşdür.

O, 2014-cü ildə təqaüdə çıxmasına baxmayaraq, ölkəmizin bir sıra dövlət qurumları tərəfindən dəvətlər alaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi, Azərbaycan  Standartlaşdırma  və  Sertifikatlaşdırma  İnstitutunda məsləhətçi, ekspert-auditor,Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi  Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Hüquq və normativ tənzimləmə departamentində şöbə müdiri vəzifələrində işləmiş, uzun illərin təcrübəli kənd təsərrüfatı peşəkarı kimi bu sahələrin inkişaf etdirilməsində öz səylərini əsirgəməmişdir.

Xəlil Ələkbərovun ölkəmizdə kənd təsərrüfatının inkişafında çoxillik töhvələrinə, səmərəli əməyinə, fədakar zəhmətinə və misilsiz xidmətlərinə görə təşəkkür edir, onun 75 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona möhkəm can sağlığı, uzun ömür, məhsuldar əməyində yeni-yeni uğurlar arzulayırıq. Doğmalarının əhatəsində, hər zaman hörmət və izzətlə yaşamasını diləyirik.

Əvvəlki Yazı

Bu dəfə “daş qayaya rast gəldi”… – Video

Növbəti Yazı

DSX-ya ağır suallar:23 günlük əsgər niyə həyatını itirdi? – O NECƏ SƏFƏRBƏR EDİLİB Kİ?

EKSKLUZİV

Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

03 İyul 2026 / 13:11
4
Kirayə evlər niyə ucuzlaşmır?

Kirayə evlər niyə ucuzlaşmır?

03 İyul 2026 / 10:30
5
Qazaxda 64 yaşlı müəlimdən yüksək nəticə – VİDEO

Qazaxda 64 yaşlı müəlimdən yüksək nəticə – VİDEO

03 İyul 2026 / 10:24
14
Ermənistana buğda göndəriləcək – ADY

Ermənistana buğda göndəriləcək – ADY

03 İyul 2026 / 10:17
4

XƏBƏR LENTİ

Sabah 36 dərəcə isti olacaq

Kirayə evlər niyə ucuzlaşmır?

Qazaxda 64 yaşlı müəlimdən yüksək nəticə – VİDEO

Ermənistana buğda göndəriləcək – ADY

Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyə qədər…

Adəm İsmayıl Bakuvi: “Bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində görünməmiş dinamika müşahidə olunur”

Bu şəxslər 40 minədək cərimələnəcək

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Xamenei burada dəfn olunacaq – Video

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bakının mərkəzində bu yollar tam bağlanır

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib – FOTO

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

BMT-nin pulu sentyabr ayında qurtara bilər

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda bu məhsullar bahalaşacaq – Siyahı

Qurban Qurbanov “Qarabağ”ın iki məğlubiyyətindən danışdı

Belə paylaşımların 2000 manat cəriməsi var

Azərbaycan polisi – 108 yaşında

Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

Buna görə Bakıdayam – Leyen

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib – FOTO

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Azərbaycanda hansı maşınlar ucuzlaşıb?

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.