Bakının iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlama işləri həyata keçiriləcək.
Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) bu gün saat 10:00-dan iyulun 3-ü saat 07:00-dək köhnə asfalt örtüyünün frezlənməsi və yeni asfaltın döşənməsi işləri aparılacaq.
Eyni zamanda Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) iyulun 1-i saat 08:00-dan iyulun 6-sı saat 08:00-dək asfalt örtüyünün yenilənməsi işləri icra olunacaq.
Agentlik sürücülərə müraciət edərək qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə almağı, mümkün olduğu halda alternativ yollardan istifadə etməyi və müvəqqəti yol nişanlarına, eləcə də yol hərəkətini tənzimləyən əməkdaşların göstərişlərinə əməl etməyi xahiş edib.
Qurumdan bildirilib ki, görülən işlər səbəbilə yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərilməsi xahiş olunur.









