Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

İyun 21, 2026
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

Mediaxeberleri.Az xəbər verir ki, “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində, o cümlədən şairin doğma yurdu Qazaxda silsilə tədbirlərlə qeyd olunur.

20-21 iyun 2026-cı il tarixlərdə Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib.

İyunun 20-də Qazax şəhərində yerləşən Fəxri Qazaxlılar parkında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisinin açılış mərasimi olub.

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Qazax Rayon İcra Haklimiyyətinin dəstəyi, BP-nin sponsorluğu ilə təşkil olunmuş sərgidə 32 nəşriyyat iştirak edib, 20 nəfər yazıçı və ziyalının əsərləri nümayiş etdirilib. Sərgidə 32 nəşriyyat öz stendləri ilə təmsil olunub. Oxucular burada müxtəlif mövzularda nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və müəlliflərlə görüşmək imkanı qazanıblar. Sərgi günlərində kitablar oxuculara xüsusi endirimli qiymətlərlə təqdim edilib.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Azərbaycan Nəşriyyatı Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiq, “Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu, “BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə sosial layihələr üzrə rəhbəri Xalid Rəcəbov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva, Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin İnzibati təşkilati iş sokterunun baş məsləhətçisi (hüquq və insan resursları üzrə) Ayaz Qələndərli, yazıçı və jurnalistlər, ziyalılar, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

“Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisində iştiraklarına görə razılığını ifadə edib. Bugünkü tədbirin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi 30-cu yubiley sərgisi olduğunu bildirib. Sərginin təşkilində dəstək olan qurumlara minnətdarlıq edib.

“Azərbaycan Nəşriyyatı Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiq çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairi Səməd Vurğunun yurdunda olmaqdan qürur duyduğunu söyləyib. Ş.Sadiq “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin ölkənin aparıcı nəşriyyat rəhbərlərinin iştirakı ilə 18 yanvar 2021-ci ildə nəşriyyat işlərinin nizama salınması, bu sahədə atılacaq addımların sistemli təşkilinin həyata keçirilməsi məqsədilə təsis edildiyini və hazırda Birliyin 28 üzvü olduğunu diqqətə çatdırıb. Bu müddət ərzində ölkənin müxtəlif regionlarında kitab festivalları, sərgilər, yarmarkalar təşkil olunduğunu, nəşriyyatların birgə fəaliyyəti istiqamətində uğurlu addımlar atıldığını bildirib. Birlik olaraq yerli nəşriyyat sisteminin ölkə xaricində tanınması üçün əhəmiyyətli tədbirlər həyata keçirildiyini söyləyib. ANAİB-in bu cür tədbirlər nəticəsində dövlətçilik dəyərlərimizi intellektual gənclərə kitab vasitəsilə çatdıraraq yerli kitabçılığın inkişafını lokal xarakterdən uzaqlaşdırmağı əsas prioritet kimi müəyyənləşdirdiyini qeyd edib. “Bölgələrə kitabla gəlirik” şüarı ilə təşkil olunan sərgilərin silsilə şəklində Gəncə, Naxçıvan, Sumqayıt, Lənkəran və Mingəçevir kimi bölgələrimizdə mütəmadi keçirildiyini, eyni zamanda kitabları uşaqlara sevdirmək üçün ölkəmizdə hər il ANAİB Uşaq Kitab festivalınn uğurla icra olunduğunu vurğulayıb. Bu tədbirlər planının məntiqi davamı kimi 20-21 iyun tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisinin təşkil edildiyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdıraraq Qərbin qapısı sayılan Qazaxda görməkdən məmnunluq duyduğunu bildirib. Rayon rəhbəri Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə rayonda 11 tədbir keçirildiyini, eyni zamanda silsilə tədbirlərin ilin sonuna kimi keçiriləcəyini vurğulayıb. Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərginin əhəmiyyətindən söz açan icra başçısı təşkilatçılara, bu sərgiyə dəstək verən insanlara razılığını ifadə edib. Xalq şairinin zəngin irsinin gələcək nəsillərə çatdırılmasında bugünkü kitab sərgisinin böyük töhfə olacağını söyləyib.

“BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə sosial layihələr üzrə rəhbəri Xalid Rəcəbov, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin İnzibati təşkilati iş sokterunun baş məsləhətçisi (hüquq və insan resursları üzrə) Ayaz Qələndərli, Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı çıxış edərək Xalq şairi Səməd Vurğunun yaradıcılığına verilən dəyərə, qiymətə görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, bu cür tədbirlər, sərgilər təşkil edən təşkilatçılara razılıqlarını ifadə ediblər. Çıxışlarda ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitabın cəmiyyət həyatındakı rolu, regionlarda keçirilən kitab sərgilərinin oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb. Bildirilib ki, bu cür layihələr kitabın təbliği, gənc nəslin mütaliəyə marağının artırılması və yerli ədəbi mühitin canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Qazaxda keçirilən kitab sərgisi yerli oxucular tərəfindən böyük maraqla qarşılanıb. Onu da bildirək ki, regionlarda təşkil olunan kitab sərgiləri ölkədə kitab sənayesinin inkişafına və mütaliə ənənələrinin genişlənməsinə xidmət edir.

Əvvəlki Yazı

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

Növbəti Yazı

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

EKSKLUZİV

Paşinyan Vardanyanın xanımı ilə görüşmək istəyir

Paşinyan Vardanyanın xanımı ilə görüşmək istəyir

07 Avqust 2026 / 16:00
1
Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 / 15:45
1
Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

07 Avqust 2026 / 15:30
1
Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

07 Avqust 2026 / 15:14
1

XƏBƏR LENTİ

Paşinyan Vardanyanın xanımı ilə görüşmək istəyir

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

Çimərliyə gedənlərin nəzərinə!

Xamenei ölüm yatağındadır – KİV

Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi

Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Media və Yayım Şurası yaradılıb

Sabah hava necə olacaq?

Bir gündə 55 cinayət açıldı

Qurban Qurbanovdan məğlubiyyət şərhi

Şəhid ailələri və əlilliyi olan şəxslər üçün ŞAD XƏBƏR

Kimlər adını dəyişə bilməz? – Rəsmi

Ali Məhkəmə: Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir

Ötən ay sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər

13 stomatoloq məsuliyyətə cəlb edildi

Bu gün Ermənistana buğda və daş kömür göndəriləcək

Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

Azərbaycan nefti bahalaşıb

Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndərildi

Sabah 39 dərəcə isti gözlənilir

Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi

FİFA Dünya Çempionatı planına görə üzr istədi

Sərhədimizi pozan 26 nəfər saxlanıldı

“Qarabağ”da yeni təyinatlar – Siyahı

Vahid aylıq müavinət kimlərə şamil olunmur? – Qaçqınkom

DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi

Küləkli havada çimərliklərə gedənlərə XƏBƏRDARLIQ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.