Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxda 64 yaşlı müəlimdən yüksək nəticə – VİDEO

İyul 3, 2026
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

42 illik pedaqoji fəaliyyət, müəllim peşəsinə sonsuz sevgi, yeniliklərə açıq düşüncə və özünə inam… Bütün bunlar Qazax rayonu Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət və texnologiya müəllimi Nüşabə Abdullayevanı müəllimlərin sertifikatlaşdırılması prosesində könüllü iştirak etməyə sövq edib. 64 yaşlı müəllim imtahanda 59 bal toplayaraq həmkarlarına və şagirdlərinə nümunə olub.

“Azərbaycan müəllimi” təcrübəli müəllimlə həmsöhbət olub.

1986–1987-ci tədris ilindən Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbində təsviri incəsənət və texnologiya müəllimi kimi çalışan Nüşabə müəllim bundan əvvəl təsviri incəsənət fənni üzrə diaqnostik qiymətləndirmədə 56 bal toplayıb. İkili ixtisas sahibi olduğu üçün 2021-ci ildə texnologiya fənni üzrə müəllimlərin işə qəbulu imtahanında da uğur qazanaraq yenidən bu fənni tədris etməyə başlayıb.

Ailəsində müəllimlik ənənəsi davam edir. Dörd övlad anası olan Nüşabə müəllimin üç övladı riyaziyyat-informatika müəllimidir və onların hər biri sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib. Dördüncü övladı isə AMEA-da kiçik elmi işçi kimi fəaliyyət göstərir.

64 yaşında könüllü sertifikatlaşdırmada iştirak etməsinin səbəblərindən danışan müəllim deyir: “Bu yaşda özümə güvəndiyim, özümdə bu gücü və cəsarəti hiss etdiyim üçün könüllü olaraq sertifikatlaşdırmada iştirak etmək qərarına gəldim. Bu, çoxdankı arzum idi. Şükür ki, bu gün onu həyata keçirdim. Dünyada baş verən texnoloji proseslərlə maraqlanan, yeniliklərə açıq bir insanam. Məhz bu da məni imtahanda iştirak etməyə cəsarətləndirdi”.

İmtahan nəticəsinə əvvəlcədən inandığını söyləyən müəllim bunun səbəbini uzun illərin təcrübəsi ilə əlaqələndirir: “Sakit idim, nəticəmə inanırdım. Çünki bu, mənim 42 illik təcrübəmin nəticəsi idi. Bu nəticə mənim bilik və bacarığıma verilən dəyərdir”.

Nüşabə müəllim hesab edir ki, müəllimlik peşəsi daim inkişaf tələb edir: “Müəllimlik müqəddəs və şərəfli peşədir. Müəllim daim öz üzərində vicdanla çalışmalı, bilik və bacarıqlarını inkişaf etdirməlidir. Hər dövrün öz tələbləri var”.

O bildirir ki, müəllimlik fəaliyyətinə başladığı dövrlə bu gün arasında böyük fərqlər var: “Müəllimlik fəaliyyətinə başladığım dövrdə əsas tədris vasitələrimiz dərslik, lövhə və təbaşir idi. Məlumat əldə etmək imkanları məhdud olduğundan şagirdlər müəllimin izahına daha çox ehtiyac duyurdular. Bu gün isə texnologiyanın inkişafı sayəsində müəllimlər interaktiv lövhələrdən, kompüterlərdən və internet resurslarından istifadə edirlər. Şagirdlər məlumatı daha tez əldə edə bilirlər və dərslər daha rəngarəng keçir”.

Hazırlıq prosesində çətinlik yaşamadığını deyən müəllim bunu illərlə tədris etdiyi mövzularla əlaqələndirir. Gənc müəllimlərlə eyni imtahanda iştirak etməsini də belə dəyərləndirir: “Gənc müəllimlərlə birlikdə eyni imtahanda iştirak etmək məndə xoş hisslər yaratdı. Düşünürəm ki, təcrübə ilə yeniliyin bir araya gəlməsi təhsilin inkişafına xidmət edir”.

Onun fikrincə, öyrənməyin yaşı yoxdur. “Müəllim hər yaşda öyrənməli və inkişaf etməlidir. İnsan öyrənməyi dayandırdığı an artıq yaşlanır”.

Nüşabə müəllim bu nəticə ilə şagirdlərinə də mühüm mesaj vermək istədiyini vurğulayır: “Sertifikasiya imtahanında yüksək nəticə göstərməklə şagirdlərimə demək istədim ki, öyrənməyin yaşı yoxdur. Uğurun əsas sirri zəhmət, nizam-intizam və özünəinamdır”.

Texnologiya fənni üzrə şagirdlərinin daha çox praktik işlərə maraq göstərdiyini bildirən müəllim deyir: “Şagirdlər daha çox texnologiyanın real həyatda tətbiqinə üstünlük verirlər. Çünki bu mərhələdə öz bilik və bacarıqlarını nümayiş etdirə bilirlər”.

Bu uğuruna ən çox məktəb kollektivi, şagirdləri və doğmalarının sevindiyini deyən Nüşabə müəllim ailəsinin reaksiyasını da xüsusi xatırlayır: “Həyat yoldaşım və övladlarım dedilər ki, biz səndən bu nəticəni gözləyirdik, ümidlərimizi doğrultdun”.

Müəllim üçün ən böyük qürur mənbəyi isə şagirdlərinin uğurlarıdır. “Şagirdlərimin dövlət səviyyəli tədbirlərdə və müsabiqələrdə qazandıqları uğurlar müəllim üçün ən böyük qürurdur”.

Gənc müəllimlərə müraciət edən Nüşabə müəllim onlara daim öyrənməyi tövsiyə edir: “Heç vaxt öyrənməyi dayandırmasınlar, təhsil sahəsində yenilikləri izləsinlər, öz üzərlərində daimi işləsinlər və peşəkar biliklərini artırmağa çalışsınlar. Səbirli, məsuliyyətli və işinə sevgi ilə yanaşan müəllim həm şagirdlərinin, həm də cəmiyyətin hörmətini qazanır”.

42 illik müəllimlik yolunu dəyərləndirən pedaqoq ən böyük qazancının yetişdirdiyi şagirdlər olduğunu deyir: “Mənim ən böyük qazancım yetişdirdiyim şagirdlərdir. Onların uğurlarını görmək, cəmiyyətdə layiqli və faydalı insan kimi formalaşdıqlarına şahid olmaq mənim üçün ən böyük mükafatdır. Müəllimin əsl sərvəti şagirdlərinin sevgisi, hörməti və uğurlarıdır”.

Onun fikrincə, uğurlu müəllimi yalnız bir xüsusiyyət müəyyən etmir. “Uğurlu müəllimi təkcə bilik, təcrübə və ya şagird sevgisi yaratmır. Bu üç amilin vəhdəti vacibdir. Bilik müəllimin əsas dayağıdır, təcrübə həmin biliyi düzgün tətbiq etməyə kömək edir, şagird sevgisi isə müəllimlə şagird arasında etimad və səmimiyyət yaradır”.

Müsahibənin sonunda isə cəmiyyətə və həmkarlarına belə səslənir: “Müəllim daim öz üzərində işləməli və öyrənməyə açıq olmalıdır. Təcrübə nə qədər çox olsa da, inkişaf prosesi heç vaxt bitmir. Cəmiyyətimizin gələcəyi olan uşaqların təlim-tərbiyəsinə verilən hər bir zəhmət öz bəhrəsini verir. Müəllimə dəyər vermək isə gələcəyə dəyər verməkdir”.

Azərbaycan Televiziyasının (AZTV) qərb bölgəsi üzrə xüsusi müxbiri Alməmməd Nəbiyevin hazırladığı Reportajı təqdim edirik:

Əvvəlki Yazı

Ermənistana buğda göndəriləcək – ADY

Növbəti Yazı

Kirayə evlər niyə ucuzlaşmır?

EKSKLUZİV

Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

03 İyul 2026 / 13:11
1
Kirayə evlər niyə ucuzlaşmır?

Kirayə evlər niyə ucuzlaşmır?

03 İyul 2026 / 10:30
1
Qazaxda 64 yaşlı müəlimdən yüksək nəticə – VİDEO

Qazaxda 64 yaşlı müəlimdən yüksək nəticə – VİDEO

03 İyul 2026 / 10:24
5
Ermənistana buğda göndəriləcək – ADY

Ermənistana buğda göndəriləcək – ADY

03 İyul 2026 / 10:17
2

XƏBƏR LENTİ

Sabah 36 dərəcə isti olacaq

Kirayə evlər niyə ucuzlaşmır?

Qazaxda 64 yaşlı müəlimdən yüksək nəticə – VİDEO

Ermənistana buğda göndəriləcək – ADY

Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyə qədər…

Adəm İsmayıl Bakuvi: “Bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində görünməmiş dinamika müşahidə olunur”

Bu şəxslər 40 minədək cərimələnəcək

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Xamenei burada dəfn olunacaq – Video

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bakının mərkəzində bu yollar tam bağlanır

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib – FOTO

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

BMT-nin pulu sentyabr ayında qurtara bilər

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda bu məhsullar bahalaşacaq – Siyahı

Qurban Qurbanov “Qarabağ”ın iki məğlubiyyətindən danışdı

Belə paylaşımların 2000 manat cəriməsi var

Azərbaycan polisi – 108 yaşında

Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

Buna görə Bakıdayam – Leyen

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib – FOTO

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Azərbaycanda hansı maşınlar ucuzlaşıb?

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.