Təəssüf ki, başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşları da olur.
Cumhuriyyet.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Safadinlə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu, müxtəlif vədlər və yollarla həyata keçirilir:
“Bir daha Azərbaycan vətəndalarına çağırış edirəm ki, bu, Azərbaycanda cinayət hesab olunur, qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər”.









