Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İki ildə 189 min şəxsi işlə təmin edilib

Avqust 21, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramlarının son illər xeyli genişlənməsi, məşğulluq xidmətlərində innovativ həllərin getdikcə daha geniş tətbiqi vətəndaş rifahına ciddi dəstək rolu oynayır.

ƏƏSMN-dən Cumhuriyyet.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin edilənlərin sayı 2023-cü ilə nisbətən 2024-cü ildə 118 mindən 42 min artaraq 160 minə, peşə hazırlığına cəlb edilənlərin sayı 9,5 mindən 6,1 min artaraq 15,6 minə çatıb.

“Əgər təkcə son bir ili götürsək, 2025-ci ildə Agentlik aktiv məşğulluq tədbirlərinə cəlb etdiyi şəxslərin sayı 2024-cü ildəki 396,7 mindən 70 mindən çox artaraq 567 minə, o cümlədən işlə təmin etdiyi şəxslərin sayı 29 min artaraq 160 mindən 189 minə yüksəlib. Yəni, qurumun işlə təmin etdiyi şəxslərin illik sayında cəmi iki illik dövrdə 62 faiz və ya 71 min nəfər artım olub.

Məşğulluq sahəsində innovativ həllərin sırası da xeyli genişlənib. 2025-ci ildə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik”, “İşsizlikdən sığorta ödənişi” “Kvota”, “Peşə hazırlığı” və s. modullar üzrə bir sıra yeni funksionallıqlar yaradılıb”.

Bildirilib ki, keçən il Agentlik peşəyönümü və karyera planlamasına dəstək göstərən yeni mühüm e-platformasını – Mərkəzi Karyera Portalını istifadəyə verib, habelə işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün prosesləri tam elektronlaşdırıb: “Məşğulluq xidmətləri sahəsində süni intellektin tətbiqi istiqamətində yeni layihələr hazırlanıb. Bu layihələr əsasən işaxtaran şəxslərin əmək bazarında daha düzgün istiqamətlənməsinə və vakansiyalara çıxış imkanlarının artmasına hədəflənib. Agentlik işəgötürənlərlə əməkdaşlıq təcrübəsini daha da inkişaf etdirməklə, ötən il və bu il kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi, məqsədli proqramlar və s. kimi yeni layihələrə başlayıb. Son bir ildə inklüziv məşğulluğa dəstək məqsədli “Sosial notlar” və “Biznesin sədası” kimi yeni layihələrə də başlanıb. Cari ildə bu istiqamətdə daha geniş əhatəliliyə malik olan, əlilliyi olan və digər həssas qrupların 9 istiqamət üzrə kiçik biznes qurmalarına dəstək məqsədi daşıyan “İnkülziv məşğulluq” layihəsinə start veriləcək”

Qeyd edilib ki, ötən il Agentlik tərəfindən icrasına başlanan yeni “Həvəsləndirmə mükafatları” layihəsi isə özünüməşğulluq proqramı üzrə kiçik bizneslərini uğurla quran və inkişaf etdirən şəxslərə bizneslərini daha da genişləndirməyə dəstək verir:” “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı daha da genişlənib, təkcə bu ilin ilk yarımilində həmin proqram üzrə 200-dək işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 1000-dən çox şəxs işlə təmin edilib. Bu il mühüm proqramlardan biri kimi, Agentlik “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsinə də başlayıb. Layihə xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyənlərə bu sahədə önəmli dəstək rolu oynayır. Eyni zamanda, özünüməşğulluq proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri sırasına 2025-ci ildə daha 5 yeni zərf əlavə edilib, digər zərflərin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Ötən il ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modelinin (proqram üzrə oxşar-əlaqəli iqtisadi fəaliyyət növləri üzrə aktivlər verilmiş şəxslərin eyni məkanda fəaliyyət göstərməsi) tətbiqinə başlanıb”.

Məlumata görə, Agentlik işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təminatı istiqamətində ardıcıl işlər aparır: “Doğma yurdlarına qayıdan sakinlərin işlə təminatı, yeni peşələrə yiyələnməsi, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərinin qurulması istiqamətlərində mühüm addımlar atılır. Məşğulluq sahəsində islahatlara beynəlxalq səviyyədə də yüksək qiymət verilməsinin təzahürü olaraq keçən il və bu ilin ötən dövründə Dövlət Məşğulluq Agentliyi 20-dək beynəlxalq mükafat və sertifikata layiq görülüb. Eyni zamanda, Agentlik 2025-ci ildə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib”.

Əvvəlki Yazı

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Növbəti Yazı

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

EKSKLUZİV

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

09 Oktyabr 2026 / 20:48
1
Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

09 Oktyabr 2026 / 18:42
1
Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 / 14:30
1
Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

09 Oktyabr 2026 / 14:14
1

XƏBƏR LENTİ

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sabah Bakıya yağış yağacaq

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

9 ayda sığortaolunanların sayı artıb

Son bir ayda inflyasiya sabit qalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Əhalinin gəlirləri artıb 10%-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 mlrd. manatı ötüb

Daha 3 avtobusun yolu dəyişdirildi

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 62 mini ötüb

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik – PREZİDENT

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.