Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

Sentyabr 11, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03

Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınır. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda yubiley tədbirlərinin, kitab təqdimatlarının keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi isə artıq bir ənənə halını alıb.
Sentyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Kazım Kazımlının (Kazımov Kazım Abdulla oğlu) Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çap olunmuş “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin birgə təşilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən təqdimat mərasimində Kazım Kazımlının sözünə, şeirlərinə, şəxsiyyətinə dəyər, qiymət verənlər şairin ünvanına səmimi ürək sözlərini səsləndiriblər.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət, təhsil işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, şairin ailə üzvləri, yaxınları, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, şair Kazım Kazımlının yeni çapdan çıxmış kitabına həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. B.Vüsal şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın dünyada tanıdılmasında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
B.Vüsal Qazaxda saz, söz adamlarına göstərilən diqqət və qayğıdan söz açaraq vurğulayıb ki, bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli-mənəvi dəyərlərə, milli dəyərlərimizi yaşadanlara böyük diqqət göstərilir, böyük ehtiram var.
O, bugünkü kitab təqdimatının keçirilməsini şair Kazım Kazımlının simasında bütün yazarlara, şairlərə verilən dəyər kimi qiymətləndirib.
B.Vüsal ölkə rəhbərinin ziyalılara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara, şairlərə, aşıqlara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin, qayğının şahidi olduğunu dilə gətirib. Rayonda şairlərin, yazarların yubiley tədbirlərinin, kitab təqdimatlarının keçirilməsinin artıq bir ənənə halını aldığını söyləyən şair bugünkü təqdimat mərasiminin yüksək səviyyədə təşkil olunmasına, həmçinin, Kazım Kazımlının yeni kitabının çap olunmasında göstərdiyi dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. B.Vüsal kitab müəllifinin həyat və yaradıcılığından söz açaraq bildirib ki, şair-jurnalist Kazım Kazımlı Qazax rayonunun İncə dərəsində yerləşən Qaymaqlı kəndində anadan olub, orada yaşayır və yazıb-yaradır. Bədii yaradıcılığa ötən əsrin 80-ci illərindən başlayıb. B.Vüsal Kazım Kazımlının “Dünya mənsiz də dünyadır”, “Dünya səndən gileyliyəm”, “Söz ürəkdən su içəndə”, “Şair eldən ayrılmasın”, “Deyiləsi sözüm var” adlı kitabların müəllifi olduğunu, “İydələr çiçək açanda” şeirlər kitabının oxuculara təqdim etdiyi növbəti kitabı olduğunu qeyd edib. Onun “Qızıl qələm”, “Heydər Əliyev”, “Həsən bəy Zərdabi” media mükafatlarının laureatı olduğunu söyləyib. 2023-cü ildə Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb. 2025-ci ildə Media Araşdırma Mərkəzi və Azər KİVİHİ tərəfindən ədəbiyyat sahəsində xüsusi xidmətlərinə və Heydər Əliyev irsinin təbliğinə görə “Heydər Əliyev” fəxri media mükafatı ilə təltif olunduğunu, həmin ildə uzun illər dövü mətbuatda fəal çıxışlarına və milli-mənəvi dəyərlərin təbliğinə görə “Həsən bəy Zərdabi” media mükafatına layiq görüldüyünü vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi, Qaymaqlı kənd Folklor evinin müdiri kimi hər zaman öz yaradıcılığı və fəaliyyəti ilə ədəbiyyatımıza, mədəniyyətimizə töhfə verdiyini bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, şairin ünvanına səmimi ürək sözlərini çatdırıb, ona yeni yaradıclıq uğurları arzulayıb. Şair Kazım Kazımlının kitab təqdimatının keçirilməsində əməyi olan insanlara və bugünkü tədbirdə iştirak edənlərə razılığını ifadə edib. Rayon rəhbəri Kazım Kazımlının hər zaman dövlətinə, xalqına, millətinə bağlı olduğunu, Ulu Öndər Heydər Əliyevə sonsuz ehtiram göstərdiyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə qürur duyduğunu, bunu qələmə aldığı saysız-hesabsız şeirlərində, keçirilən dövlət tədbirlərində, eləcə də digər tədbirlərdə öz çıxışlarında oxucularına çatdırdığını söyləyib. İcra başçısı şəhidlərimizə, igid Vətən oğullarına, şanlı qələbəmizə həsr olunmuş şeirlər yazdığını, həmin şeirlərin yeni çap olunmuş kitabında geniş şəkildə yer aldığını söyləyərək bu kitabın gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük töhfə olacağını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şair Kazım Kazımlının yaradıcılığına həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu söyləyib, tədbirin keçirilməsində əziyyəti olan insanlara razılığını ifadə edib. Ölkə Prezidenti İlham Əliyevin ziyalılara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara, şairlərə olan qayğısının Qazaxda olduğu kimi icra edilməsini razılıqla qarşılayan millət vəkili buna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şair haqqında xatirələrini bölüşən natiq onun vətənpərvər, dövlətə, dövlətçiliyə xidmət edən şeirləri, çıxışları ilə hər zaman gənclərə örnək olduğunu qeyd edib. Elə-obaya bağlılığı, qələmə aldığı şeirləri ilə yaşadığı İncə dərəsini, doğma Qazaxı layiqincə təmsil etdiyini söyləyib. Şairin ünvanına səsmimi ürək sözlərini səsləndirən millət vəkili bir daha ona yeni yaradıcılıq uğurları, yazıb-yaratmağı arzulayıb,
AYB Qazax Bölməsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, AYB üzvlərindən şair Gülsənəm Cəlili, Tamella Poladlı, Səhlədar Hidayətoğlu, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Daş Salahlı kənd Sənətkarlıq Evinin müdiri Natəvan Mustafayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Kazım Kazımlı haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər. Sənətə, sənət adamlarına, yazarlara, şairlərə dəyər verən insanlara, bugünkü kitab təqdimatının təşkilində əməyi keçən insanlara, xüsusilə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər şair Kazım Kazımlının özünəməxsus yaradıcılığı, qələmə aldığı şeirləri ilə gənc yazarlara örnək olduğunu dilə gətiriblər.
Qaymaqlı aşıq Avdının nəticəsi, Şuşa Musiqi Kollecinin məzunu olmuş Yunis İncəli şairin “Kimi”, BDU Qazax filialının Turizim işinin təşkili ixtisasının II kurs tələbəsi Məhəmməd Qaravəliyev şairin “Soruş”, Aşıq Osman Nəcəfli saz havasında şairin “Gözəldir”, Aşıq Hüsən Dərgahquliyev isə şairin digər bir şeirini səsləndiriblər.
Şairin qardaşı Azər Kazımov çıxış edərək şair Kazım Kazımlıya yaradıcılıq uğurları arzulayıb, qardaşının yaradıcılığına verilən yüksək dəyərə və bugünkü təqdimat mərasiminin keçirilməsinə görə rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Sonda şair, kitabın müəllifi Kazım Kazımlı çıxış edərək saz, söz sənətinə göstərilən diqqətə, qayğıya, yeni kitabının çap olunmasına və bugünkü təqdimat mərasiminin təşkilinə görə ölkə başçısına, rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Ünvanına xoş sözlər söyləyən, təbrik edən hər kəsə səmimi arzularını çatdırıb.

Əvvəlki Yazı

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

EKSKLUZİV

Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

11 Sentyabr 2026 / 13:05
2
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 2026 / 9:20
2
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

10 Sentyabr 2026 / 14:56
1
Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

10 Sentyabr 2026 / 12:39
1

XƏBƏR LENTİ

Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

Sabah hava necə olacaq?

Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR

Ermənistana Azərbaycandan yeni tranzit: 3 min ton taxıl

Məqsədli büdcə fondları ləğv ediləcək

Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS

Sürücülərə çağırış: “Sizi evdə gözləyənlər var”

Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr

Ötən ay tarixin ən isti avqustu olub

Azərbaycan 140-dan çox ölkəyə yardım göstərib

Azərbaycan neftinin qiyməti 113 dolları ötüb

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” – JURNALİST

Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

Ermənilər Bakıya gəlir

Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb

Yol polisi hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanda hər 3 şagirddən 2-si oxuduğunu anlamır – ŞOK HESABAT

Sabahın hava proqnozu

“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq

Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib

Ötən ay Bakı metrosunda eskalatorlar 200 dəfəyə yaxın dayanıb

Son 5 ildə 93 mindən çox uşaq bir valideyni ilə yaşayır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.