Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb

Sentyabr 22, 2026
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bir daha bütün dünyaya sübut etdi ki, Prezident İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan güclü bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə qadirdir. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan və 30 illik həsrətə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdılar. 44 günlük müharibədə qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında şücaət göstərərək şəhidlərimizin qisasını da aldılar, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin ailələrini daim diqqət mərkəzində saxlayır.

Hər il olduğu kimi, bu il də 27 Sentyabr – Anım Günü ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımız unudulmayıb, şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Cumhuriyyet.az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalaraq icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın məzarlarını ziyarət edib.

İcra başçısı rayonun Cəfərli və Xanlıqlar kənd qəbiristanlıqlarında uyuyan qəhrəman oğullarımızın məzarlarını ziyarət edib, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb. İgid Vətən oğullarının ruhlarına dualar oxunub.

Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən, antiterror tədbirlərindən söz açan icra başçısı hərb tarixinə, xalqımızın yaddaşına adlarını qızıl hərflərlə yazan igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Şəhidlərimizin adlarını əziz tutmağın, yaşatmağın hər birimizin vəzifəsi olduğunu vurğulayıb. “Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə örnəkdir”, – deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq bayram ərəfəsində şəhidlərimizi ziyarət etməyi özünə borc bildiyini söyləyib.

Şəhid ailələri daim onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum, anım günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasına görə razılıq ediblər. Şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qeyd ediblər.

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kəndinin igid oğlu leytenant Nəsibov Nicat Qəşəm oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kəndinin igid oğlu çavuş Əliyev Timur Nurəddin oğlunun məzarını ziyarət

Xanlıqlar kəndinin igid oğlu şəhid Mərdanov Məmməd Ələddin oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Xanlıqlar kəndinin igid oğlu əsgər Qurbanov Elçin Məcid oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kəndinin igid oğlu leytenant Həməşəyev Qismət Oruc oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kəndinin igid oğlu gizir İsmayılov Tahir Niyazi oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kəndinin igid oğlu (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kəndinin igid oğlu gizir Məmmədov Amid Müqabil oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kəndnin igid oğlu çavuş İsgəndərov Pərvin Pərviz oğlunun məzarını ziyarət

Əvvəlki Yazı

Bulvara giriş-çıxış məhdudlaşdırılır

Növbəti Yazı

Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

EKSKLUZİV

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 / 15:47
0
Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 / 15:30
0
Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

23 Sentyabr 2026 / 15:16
0
Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

23 Sentyabr 2026 / 15:00
0

XƏBƏR LENTİ

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

Azərbaycana payız gəlib

Prezident dağ-mədəni ilə bağlı Dövlət Proqramını TƏSDİQLƏDİ

DYP piyadalara müraciət edib

Formula-1 Qran-prisi ilə bağlı əsas məqamlar açıqlanıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.