Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub – FOTOLAR

Sentyabr 22, 2026
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

22.09.2026-cı il tarixdə gecə saat 02:15-də Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinin balansında olan, Qazax şəhəri Heydər Əliyev prospekti 1 ünvanında yerləşən, hazırda 98 nəfər xəstənin müalicə aldığı ikimərtəbəli Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi barədə məlumat saat 02:31-də Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinə daxil olmuşdur. Qazax Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən saat 02:32-də çıxış, 02:36-da hadisə yerinə çatma, 02:47-də məhdudlaşma (yanğının yayılmasının qarşısının alınması), 03:09-da yanğın tamamilə söndürülmüşdür. İlkin olaraq yanğın hadisəsi baş vermiş əraziyə yaxın 1-ci mərtəbədə olan 44 nəfər xəstə xəstəxananın təhlükəsiz ərazisinə təxliyə olunmuşdur.   

Cumhuriyyet.az xəbər verir ki, yanğın zamanı Qazax Rayon Psixiatriya Xəstəxanasına bitişik ümumi sahəsi 180.82 kv.m olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Həmçinin, yeməkxananın daxilində yerləşən 16.08 kv.m qab yuyulan yer, 26.32 kv.m işçilər üçün otaq, 9.52 kv.m yemək bişirilən yer, 68.90 kv.m xəsətələrin yemək yediyi yer (40 nəfərlik), 60 kv.m ərzaq saxlanılan anbar yanaraq yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda, yeməkxananın və anbarın içərisində olan məişət əşyaları (soyuducu, stol, stul və digər avadanlıqlar, ərzaq məhsulları) tamamilə yanmışdır. Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin əmkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın zamanı xəsarət alan olmamışdır. Baş vermiş hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Sentyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, icra aparatının məsul şəxsləri, Rayon Fövqəladə Hallar Komissyasının üzvləri Qazax Rayon Psixiatriya Xəstəxanasında olmuşlar.

“Hər zaman olduğu kimi, bu gün də onların yanındayıq, həssas təbəqədən olan bu cür insanlara dəstək olmaq hər birimizin borcudur”, – deyən rayon rəhbərliyi ilk olaraq xəstələrin sağlamlığı, təhlükəsizliyi ilə maraqlanaraq onlarla görüşüb, çətin anda yanlarında olduğunu onların diqqətinə çatdırıb.

Yanğın hadisəsi baş vermiş əraziyə baxış keçirən icra başçısı mövcud çatışmazlıqlarla maraqlanıb, aradan qaldırılması istiqamətində lazımi addımlar atılacağını bildirib. Belə ki, müalicə alan xəstələr yemək yemələri üçün 5 günlük ərzaq təminatı ilə təmin olunmuş, mətbəx təmir olunana kimi xəstəxananın həyətində 50 nəfərlik çadır qurulmuş, yemək bişirmək üçün müvəqqəti mətbəx yaradılmış, qab-qacaq, eləcə də digər ləvazimatlar alınmışdır.

Baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinə məlumat verilmişdir. Nazirlik tərəfindən rayon icra hakimiyyəti ilə mütəmadi olaraq əlaqə saxlanılır, sözügedən hadisə hər iki qurum tərəfindən qarşılıqlı olaraq diqqət mərkəzində saxlanılmaqla lazımi tədbirlər görülür. (Mediaxeberleri.az)

Əvvəlki Yazı

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

Növbəti Yazı

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

EKSKLUZİV

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 / 16:00
0
“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 / 15:47
0
Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 / 15:30
0
Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

23 Sentyabr 2026 / 15:16
0

XƏBƏR LENTİ

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

Azərbaycana payız gəlib

Prezident dağ-mədəni ilə bağlı Dövlət Proqramını TƏSDİQLƏDİ

DYP piyadalara müraciət edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.