Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Sentyabr 25, 2026
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

Sentyabrın 24-də Qazax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Aqrar Sığorta Fondu, digər aidiyyəti qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə məlumat verib. İcra Hakimiyyətinin başçısı Dövlət Proqramının rayon üçün əhəmiyyəti, fermer və sahibkarlar üçün dövlət dəstəyinin önəmini qeyd edib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə Rayon İcra Hakimiyyəti arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Qeyd edib ki, Aqrar Subsidiya Şurasının 7 sentyabr 2026-cı il tarixli qərarı ilə bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrində subsidiya mexanizmləri yenilənib, fermerlər üçün mövcud dəstək şərtlərində dəyişikliklər edilib. Yeni mexanizmlər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təminatının gücləndirilməsinə yönəlib. Fermerlərin dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının vacibliyi diqqətə çatdırılıb.

Müşavirədə quşçuluğun inkişafı, torpaqların konsolidasiyası, kənd təsərrüfatı kreditləri, toxum idxalı, üzümçülüyün və şərabçılığın inkişafı, kənd təsərrüfatında mövsümi işlərin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda fermer və sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.

Tədbirdən sonra nazir müavini Zaur Əliyev və rayon rəhbərliyi “İnvestel Group” MMC-nin əkin sahələri, fermer Natiq Məmmədova məxsus heyvandarlıq təsərrüfatı və rayon ərazisində yerləşən 2500 ton tutumlu soyuducu anbara baxış keçirib. Fermerlərlə keçirilən görüşlərdə əkin sahələrində müasir aqrotexniki qulluq qaydalarının tətbiqi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, əkin subsidiyası, heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemləndirilməsi, fermerlərə göstərilən aqrar xidmətlər, həmçinin məhsulun saxlanması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Təsərrüfatların daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib. (Mediaxebeleri.az)

https://www.agro.gov.az/az/news/250920261

Əvvəlki Yazı

Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

Növbəti Yazı

Sabahın hava proqnozu açıqlanıb

EKSKLUZİV

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2026 / 17:36
0
Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

25 Sentyabr 2026 / 15:33
0
Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

25 Sentyabr 2026 / 14:18
3
Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

24 Sentyabr 2026 / 14:14
7

XƏBƏR LENTİ

Sabahın hava proqnozu açıqlanıb

Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Sabah Bakıya yağış yağacaq

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.