Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Qazaxda 27 Sentyabr – Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidləri məzarları başında anılıb

Sentyabr 27, 2026
A A

REDAKTORUN SEÇİMİ

158 saylı məktəbdə qalmaqal: direktor öz kabinetində…

158 saylı məktəbdə qalmaqal: direktor öz kabinetində…

28 Sentyabr 26 / 11:28
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsindən və bu müharibədə əldə etdiyimiz şanlı Zəfərdən 6 il ötür. Bəli, 6 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi “Qarabağ Azərbaycandır!” şüarını əldə rəhbər tutan gənclərimiz, qəhrəman oğullarımız qanları ilə elə bir tarix yazdılar ki, bu tarix heç zaman unudulmayacaq. Bu elə bir tarixdir ki, yaddaşlara əbədi həkk olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun böyük şücaəti və yüksək döyüş hazırlığı sayəsində 30 il düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad edildi. 44 günlük haqq savaşında qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi. Respublika Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə və Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bəli, bu gün qürurla deyə bilərik ki, Azərbaycan dövləti öz suverenliyini tam bərpa etmiş bir dövlət kimi bütün dünyada söz sahibinə çevrilib. Qalib Azərbaycan xalqı artıq bundan sonra Dövlət Suverenliyi Gününü, işğaldan azad olunmuş şəhərlərin günlərini böyük fəxr hissi ilə qeyd edəcək.

30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın igid, mərd oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə – Şəhidlik zirvəsinə yüksəldilər.

Tarix yazan qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu gün xalq olaraq bizə qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Azərbaycanın qorxmaz Vətən övladlarına borcluyuq. Tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizim mənəvi borcumuzdur.

Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 6 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Qazaxda bütün şəhidlərimizin, Vətən yolunda canlarından keçərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. Fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi hər il olduğu kimi bu il də şəhidlərimizi yad edib. Həmişə olduğu kimi, bu il də 27 Sentyabr – Anım Günü tədbirlərinə Vətən müharibəsi şəhidlərinin məzarlarının ziyarət olunması ilə start verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalaraq icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın məzarlarını ziyarət edib.

İcra başçısı rayonun Fərəhli, Qızılhacılı, Alpout və Dəmirçilər kənd qəbiristanlıqlarında olaraq qəhrəman oğullarımızı məzarları başında ziyarət edib, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb. İgid Vətən oğullarının ruhlarına dualar oxunub.

İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca bütün şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəs üçün örnək olmalıdır. “Bu gün özümə borc bildim ki, Anım Günü ərəfəsində şəhidlərimizin məzarlarını ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytarmış olaq. Çünki şəhidlərimiz üçün nə etsək azdır”, – deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid ailələri hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum və anım günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayan şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər.

Əvvəlki Yazı

Qazaxda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Növbəti Yazı

“27 sentyabr tarixi zəfərə gedən yolun başlanğıcı, milli özünütəsdiq günüdür”

EKSKLUZİV

İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib

İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib

28 Sentyabr 2026 / 15:43
3
Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat etdi

28 Sentyabr 2026 / 13:55
1
Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

28 Sentyabr 2026 / 13:49
0
Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

28 Sentyabr 2026 / 12:30
0

XƏBƏR LENTİ

İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib

Əvəz Zeynallı vəfat etdi

Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib

Süni mayalanmanın qanunla tənzimlənməsinə qarşı çıxacağıq – QMİ

Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

158 saylı məktəbdə qalmaqal: direktor öz kabinetində…

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Bakıda yeni avtomobil tuneli tikiləcək – VİDEO

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

“27 sentyabr tarixi zəfərə gedən yolun başlanğıcı, milli özünütəsdiq günüdür”

Qazaxda 27 Sentyabr – Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidləri məzarları başında anılıb

Qazaxda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Sabahın hava proqnozu açıqlanıb

Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Sabah Bakıya yağış yağacaq

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.