Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

Oktyabr 8, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda həyata keçirdiyi silsilə seminarlar davam edir. Layihənin əsas məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki rolunun və mövqeyinin daha da möhkəmləndirilməsi, mediada Azərbaycan dilindən düzgün və səlis istifadənin təşviq edilməsi, eləcə də bu istiqamətdə maarifləndirmə və dil savadlılığının artırılmasına dəstək göstərməkdir. Layihə çərçivəsində 8 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında keçirilən ikinci seminarda məruzəçi Xalq şairi, yazıçı, ictimai xadim Sabir Rüstəmxanlı olub.

Mərkəzin sektor müdiri Fariz Yusiflinin moderatorluğu ilə keçirilən seminarda ilk olaraq Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxış edərək bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni siyasətinin gələcək onilliklər üzrə strateji istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Konsepsiya yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir.

Daha sonra Xalq Şairi Sabir Rüstəmxanlı “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın müstəqillik tarixindən və inkişaf yolundan danışıb. S.Rüstəmxanlı çıxışında bildirib ki, dil də mənəvi ekologiyadır: “Necə ki, havanın, dünyanın atmosferinin təmizliyi qorunur, eləcə də dilin təmizliyi qorunmalıdır. Dil də əgər çirklənsə, saflığı qorunmazsa, o da öz “sağlamlığını”, yaşamaq gücünü, yaşamaq qabiliyyətini itirər. Məsələ bu qədər bəsit və sadədir.

Hər bir dilin öz qanunauyğunluğu var. Hər millətin dili onun tarixinin, keçmişinin və bugünkü yaşam tərzinin ümumi bir parçası kimi yaranıb və elə həmin şəkildə də qorunmalıdır”. Məruzəçi qeyd edib ki, dilin zənginləşməsi təbii proses kimi getməlidir. Bu gün dünya ölkələri arasında münasibətlər sıxlaşıb, texnologiyada, sənayedə inteqrasiya, qarşılıqlı zənginləşmə necə gedirsə, dillərdə də buna bənzər proses gedir. “Bu prosesdə üstünlük ilk növbədə eyni kökdən gələn türk dillərinə verilməlidir. Qohum dillərin bir-birini zənginləşdirməsi daha sağlam və təbii yoldur. Kənar dillərdən daxil olan sözlərə isə mümkün qədər Azərbaycan dilində qarşılıq tapılmalı, dilin öz imkanlarına üstünlük verilməlidir”, – deyə Sabir Rüstəmxanlı vurğulayıb. Xalq şairi xatırladır ki, onun bütün yaradıcılığı dilimizin saflığı və sağlamlığı uğrunda mübarizədə keçib: “Sağ ol, Ana dilim!” adlı bir kitabım var. O kitabı yazanda Bakıda rəsmi dairələrdə, tribunalarda Azərbaycan dilində danışıq, çıxış demək olar ki, yox idi. Dil daha çox dar, məhdud məişət səviyyəsində işləyirdi. Ömrüm boyu dil uğrunda mübarizə mənim əsas işlərimdən biri olub, bu mövzuda onlarla məqaləm, çıxışım var”. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb və dilimizin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə  Beynəlxalq Muğam Mərkəzinin solisti xanəndə Hüseyn Məlikovun iştirakı ilə muğam üçlüyü, aşıq Əli Zeynalovun ifaları dinlənilib, bədii qiraətçi Hüseynağa Aslanovun Xalq Şairinin “Sağ ol, ana dilim” şerini səsləndirib.

Əvvəlki Yazı

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

Növbəti Yazı

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

EKSKLUZİV

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 / 14:30
1
Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

09 Oktyabr 2026 / 14:14
1
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

09 Oktyabr 2026 / 14:04
1
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

09 Oktyabr 2026 / 14:00
1

XƏBƏR LENTİ

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sabah Bakıya yağış yağacaq

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

9 ayda sığortaolunanların sayı artıb

Son bir ayda inflyasiya sabit qalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Əhalinin gəlirləri artıb 10%-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 mlrd. manatı ötüb

Daha 3 avtobusun yolu dəyişdirildi

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 62 mini ötüb

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik – PREZİDENT

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.