Dünya

Roma Papasına gözlənilməz HÜCUM: Xəsarət aldı

35

Peruda Roma Papası XIV Leonun iştirakı ilə keçirilən dini mərasim zamanı xoşagəlməz insident yaşanıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Hadisə ölkənin paytaxtı Limada, pontifikin avtomobillə toplaşan xristian zəvvarların qarşısından keçdiyi vaxt baş verib. İzdiham arasından bir nəfər Roma Papasına doğru təsbeh atıb və təsbeh onun gözünə dəyib.

Zərbədən sonra XIV Leo əli ilə üzünü tutaraq gözünü ovuşdurmağa başlayıb.

 

Oxşar xəbərlər

↑