Cəmiyyət

Bakıxanovdakı “Süsən” bağçasında pul yığımı

51

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Süsən” körpələr evi - uşaq bağçası ilə bağlı narazılıqlar var.
Cumhuriyyet.az xəbər verir ki, uşaq bağçasının direktoru Sevda Orucovanın fəaliyyəti valideynləri qane etmir. Buna səbəb isə həm bağçada pul yığılması, həm qidaların keyfiyyətsizliyidir.
Qeyd olunur ki, direktor hər ay bağçada valideynlərdən 20 manat yığdırır. Bu vəsait müəllimlər vasitəsi ilə həyata keçirilir. Valideynlər səbəbini soruşduqda istilik sisteminin və digər xərclərin olması ilə əlaqələndirirlər. Halbuki dövlət tərəfindən uşaq bağçasının istilik, qida və digər ehtiyacları təmin olunur.
Bildirilir ki, hər valideynin ayda 20 manat verməsi bütövlükdə böyük bir məbləğin yığılmasına gətirib çıxarır. Hərçənd dövlət istilik sistemini və digər xərcləri qarşılayır. O zaman sual yaranır ki, bu pullar kim və ya nə üçün yığılır…
İddialara görə, bağçanın direktoru aylıq bu ödənişi etməyənləri gözümçıxdıya salır, ayrı-seçkilik edilir. Bu azmış kimi, bağçaya karandadan tutmuş vərəq, hətta salfetkaya qədər valideynlərə aldırılır. Halbuki dövlət bu zəruri xərcləri də qarşılayır.
Səslənən iddiaları dəqiqləşdirmək üçün bağça ilə əlaqə saxlamağa cəhd etdik, lakin zənglərə cavab verilmədi. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Oxşar xəbərlər

↑