Dünya

Qazaxıstanda yeni həbs dalğası: Yüksəkvəzifəli şəxslər saxlanıldılar

12

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi (MTK) "Kazatomprom" ASC-nin İdarə Heyətinin üzvü Kuanış Omarbekovun saxlanıldığını açıqlayıb.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Omarbekov şirkətin istehsalat üzrə baş direktoru vəzifəsində çalışıb.

Qazaxıstanda yeni həbs dalğası: Yüksəkvəzifəli şəxslər saxlanıldılar - Foto

"Kazatomprom" ASC-nin İdarə Heyətinin üzvü Omarbekov və digər şəxslər saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər. Onlar "Samruk-Kazına"nın sabiq rəhbərliyinin təşkil etdiyi korrupsiya sxemində iştirakda şübhəli bilinirlər", - deyə məlumatda qeyd olunur.

Eyni zamanda "Kazatomprom" şirkəti İdarə heyəti üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə bəyanat yayıb. Siyahıda Kuanış Omarbekov və kommersiya üzrə baş direktor, eləcə də İdarə heyətinin üzvü Vladislav Bayqujinin adları yer alıb.

Qazaxıstanda yeni həbs dalğası: Yüksəkvəzifəli şəxslər saxlanıldılar - Foto

Xatırladaq ki, noyabrın 12-də "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərləri - Nurlan Jakupov ilə Yeljas Otenşiyev saxlanılıblar.

Ardından Qazaxıstan məhkəməsi sözügedən rəhbər şəxslərin həbs edilməsi barədə qərar qəbul edib.//Oxu.az

Oxşar xəbərlər

↑