Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı

Dekabr 6, 2024
A A

REDAKTORUN SEÇİMİ

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

18 Sentyabr 25 / 16:51
Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

17 Sentyabr 25 / 11:50
Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

16 Sentyabr 25 / 11:11
5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

15 Sentyabr 25 / 12:50
“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

13 Sentyabr 25 / 13:12

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Eləcə də, müxtəlif yerli və beynəlxalq konfranslar keçirilir.

Dekabrın 5-də Bakıda ikigünlük Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın keçirilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Tədbirdə indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan deportasiyalar nəticəsində zorla çıxarılmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə tarixi yurd yerlərinə qayıdışı ilə bağlı aktual müzakirələr aparılıb.

Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak etməsi Qərbi azərbaycanlıların doğma yurduna qayıtması məsələsinə beynəlxalq səviyyədə diqqətin artmasını göstərir.

Tarixi faktlar

Məlumdur ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Artıq bu gün məsələnin beynəlxalq səviyyəyə çıxarılması çox önəmlidir.

Ermənistanda isə məsələ “dərin narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib.

Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində mükafatlandırılıb və təltif olunublar. Bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb və onları Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir.

Cənab Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır: “Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.

Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv edən, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.

Görünən odur ki, qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur.

Qayıdış Konsepsiyası

Eləcə də, Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – Qayıdış Konsepsiyasını qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib. Cənab Prezidentin müraciətində deyildiyi kimi, Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.

Konsepsiyada əks olunduğu kimi Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Təəssüf ki, belə bir işğalçı, azərbaycanlıları öz yurdlarından zorla qovan dövlət BMT-nin üzvüdür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.

Ermənistan Respublikası azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır. İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur.

Beynəlxalq təminat

Konsepsiyada əksini tapan digər bir məqam isə qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışır. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.

Əvvəlki Yazı

Azərbaycanda hər beş avtomobildən biri istismara yararsızdır

Növbəti Yazı

Bu şəxslər 1300 manata yaxın maaş alır

EKSKLUZİV

Dilqəm Məhərrəmov necə həkim olmaq istəyir? – Maraqlı iddia yayıldı (FOTO)

Dilqəm Məhərrəmov necə həkim olmaq istəyir? – Maraqlı iddia yayıldı (FOTO)

18 Sentyabr 2025 / 16:52
2
AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

18 Sentyabr 2025 / 16:51
1
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu – 300 minlik əmlakı qaytaracaq

Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu – 300 minlik əmlakı qaytaracaq

18 Sentyabr 2025 / 16:39
1
Zaur Axundov “Silk Vey Vest”dən nə qədər qazanır? – RƏQƏMLƏR BƏLLİ OLDU

Zaur Axundov “Silk Vey Vest”dən nə qədər qazanır? – RƏQƏMLƏR BƏLLİ OLDU

18 Sentyabr 2025 / 16:38
0

XƏBƏR LENTİ

Dilqəm Məhərrəmov necə həkim olmaq istəyir? – Maraqlı iddia yayıldı (FOTO)

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu – 300 minlik əmlakı qaytaracaq

Zaur Axundov “Silk Vey Vest”dən nə qədər qazanır? – RƏQƏMLƏR BƏLLİ OLDU

Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək? (RƏSMİ)

Qohum evliliyi üçün valideyn övladından imtina edə bilər?

Bu ərazilərdə evlər bahalaşacaq

Kreml diaspora başçılarımızdan nə istəyir? – “Pul toplamağıma imkan vermirlər…”

Rusiyaya pul axınına qarşı çıxan iş adamları kimin sifarişi ilə həbs edilib – FOTOLAR

Qeyri-sabit hava şəraiti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI – QAR yağacaq…

Məşhur alim dəhşətli kəşfdən sonra yoxa çıxdı: Onun düsturları III dünya müharibəsini dayandıra bilərdi

Türkiyədə azyaşlılara sosial şəbəkə qadağası, bəs Azərbaycanda?

Paşinyandan kommunikasiyaların açılması ilə bağlı SON DƏQİQƏ açıqlaması

İcra olunmayan 340 min məhkəmə qərarı: “Həmin borclar silinməldir”

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Tramp ölümdən dönübmüş – təyyarəsi sərnişin təyyarəsi ilə… – SON ANDA

ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı – təxribat planı

Yeni pensiya sistemi gəlir – əhalinin gözləntisi

İranda lokal etirazlar başlayıb

“Azərenerji” 1 ayda eyni şirkətə 45 milyonluq tender verib-ARAŞDIRMA

MƏRHURM GENERALIN ƏMLAKLARI MÜSADİRƏ OLUNDU – SİYAHI

Kreml Rusiyada etnik diasporaları qadağan etməyə hazırlaşır – Azərbaycan da hədəfdə

Azərbaycana xaricdən pul köçürmələrinin əsas mənbəyi yenə Rusiya oldu – Mardanın təxribatçı açıqlaması

İrəvanın strateji tərəfdaşları – Arasında Azərbaycana dost olanlar da var

Rusiyada Ağalarovla bağlı nə baş verir? – Moskva təhlükəli oyuna başladı

Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın – Təfərrüatı

Bu qış sərt keçəcək? – AÇIQLAMA

ABŞ və Britaniya öz vətəndaşlarına: Azərbaycanla sərhədə getməyin, təhlükə var – ŞOK

Həbsdə olan iş adamının anası prezidentə müraciət etdi: “Oğlum ədalət tələb edir, əks halda intihar edəcək, kömək edin…”

Qəbristanlıqlarla bağlı xaos: İdarəetmə bələdiyyələrə verilə bilərmi?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.