Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda icra başçısı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin məzarlarını ziyarət edib

Dekabr 17, 2024
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

31 Oktyabr 25 / 16:04

2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi, 44 günlük haqq savaşı Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə yazıldı. 30 illik həsrətdən sonra düşmən tapdağından azad edilən torpaqlarda, şəhər və rayonlarda, kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin  qanı ilə yazılan zəfər müjdəsi, qalibiyyət simvoludur. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımızı unutmayıb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Daş Salahlı kəndlərində olub, şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

İcra başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin unudulmayacağını qeyd edib. 

“Nəinki dövlət məmurunun, hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizin xatirəsini əziz tutsun, ailələrinə sahib çıxsın, qayğı göstərsin. Bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq özümə borc bildim ki, həmişə olduğu kimi, şəhidlərimizi bayram ərəfəsində yad edim”, – deyən icra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid kapitan Rövşən Pənahovun atası Mahmud Pənahov, leytenant Mayis Yaqubovun anası Ruhiyyə Yaqubova və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar. 

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Kərimov Emil İlqar oğlunun məzarını ziyarət

  

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”  medalları ilə təltif olunmuş, İkinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Omarov Elmar Elvar oğlunun məzarını ziyarət

  

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kəndinin igid oğlu şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun məzarını ziyarət

 

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun məzarını ziyarət

 

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kəndinin igid oğlu şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun məzarını ziyarət

  

Daş Salahlı kəndinin igid oğlu Süleymanov Süleyman Elçin oğlunun məzarını ziyarət

  

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kəndinin igid oğlu leytenant Yaqubov Mayis Rəhim oğlunun məzarını ziyarət

  

2022-ci ilin sentyabr hadisələrində Şəhidlik zirvəsinə ucalmış, sağlığında “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş, Daş Salahlı kəndinin igid oğlu gizir Kərimov Azad Zakir oğlunun məzarını ziyarət

 

Daş Salahlı kəndinin igid oğlu Cürənli Mehman Məcid oğlunun məzarını ziyarət

 

Daş Sahahlı kənd Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət

 

Əvvəlki Yazı

Sahibə Qafarova Türkiyəyə getdi

Növbəti Yazı

Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlandı

EKSKLUZİV

Qazaxda Zəfər Günününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Qazaxda Zəfər Günününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

05 Noyabr 2025 / 21:49
1
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevlə nə bağlayır?!-İDDİA

Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevlə nə bağlayır?!-İDDİA

05 Noyabr 2025 / 19:41
2
30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

05 Noyabr 2025 / 19:38
0
Tanınmış vəkil Kəmaləddin Heydərovun yalanın ifşa etdi: “Villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”

Tanınmış vəkil Kəmaləddin Heydərovun yalanın ifşa etdi: “Villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”

05 Noyabr 2025 / 19:25
12

XƏBƏR LENTİ

Qazaxda Zəfər Günününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevlə nə bağlayır?!-İDDİA

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

Tanınmış vəkil Kəmaləddin Heydərovun yalanın ifşa etdi: “Villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”

“LUKOİL”in XARİCDƏKİ ŞİRKƏTLƏRİ İFLİC OLUB – “Heç kim onlarla əməliyyat apara bilməz”

Sabunçu dəmir yolu stansiyasının keçidi ticarət obyektlərinə çevrilib

Doğuş və dəfn üçün ayrılan vəsait ARTIRILIR

Azərbaycanda araq BAHALAŞACAQ

Ramiz Mehdiyev və onun “köhnə qvardiyası”: Kölgədə daha kimlər var?

Milyardlarln batdığı rayonlar: Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməzsə…

Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlamasından danışdı: “mən buna əhəmiyyət vermirəm”

AzTV sədrinin oliqarxlaşma hekayəsi: Gənclər Şəhərciyində birotaqlı evdə yaşayırmış

34 yaşlı müsəlman sosialist Nyu-Yorkun meri oldu – Mamdani Trampa meydan oxuyur

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

İcra Hakimiyyətinin sektor müdirinin böyük obyekti üzə çıxdı – Bakının mərkəzində + SƏNƏDLƏR

ŞABALID GENERALA BAHA BAŞA GƏLDİ… – Lüks maşınları da əlindən çıxdı + FOTO

GƏLƏN İL PENSİYALAR ARTIRILACAQ – Rəqəmlər AÇIQLANDI

Moskvanın taleyini ABŞ və Çin həll edəcək

Gələn il manatın məzənnəsi necə olacaq?

Nyu-Yorkun yeni mer namizədindən Trampa SƏRT MÜRACİƏT

İcra başçıları ciddi nəzarətdə

ABŞ hava məkanında görünməmiş böhran: Hökumət şatdauna girdi, hər şey alt-üst oldu

Bu gün Bakı metrosunda iş saatı uzadılacaq

Elton Məmmədovu həbsxanadan qurtaran əmlakları

Həyət evi olanlara su pulu ilə bağlı bəd xəbər

Noyabrda 9 gün dərs olmayacaq

Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış – Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş

“Köhlən atlar” “məmurlar”a qarşı-milyonların gözü Bakıda

Ramiz Mehdiyevin himayə etdiyi məmurlar: Aralarında icra başçısı da, bələdiyyə sədri də var…

“Ramiz Mehdiyev işi” sabiq əmlak məmurları arasında təlaşa səbəb olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.