Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

165 ailəni aldadan Pənah Kərimovu Hakim Elnur Nuriyevlə nə bağlayır? – Baş Prokurora müraciət

Yanvar 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00

“Sahil – S İnşaat” tikinti firmasında vaxtilə  vəzifə tutmuş və mənzil alan 165 ailəni dələduzluq edərək aldatmış Pənah Kərimovun ev dustaqlığına buraxılması payçılarda  ciddi etiraz doğurmaqdadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevə bu işin verilməsindən sonra elə ilk iclasda Pənah Kərimovu azad etməsi bütün femidaya, məhkəmə-hüquq sisteminə tüpürməkdir. Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Pənah Kərimovun ev dustaqlığına buraxılması əsassız qərardır və hakim Elnur Nuriyevin çıxardığı qərardada etiraz olaraq Prezident Administrasiyası, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası önündə toplaşıb aksiya keçirəcəklər. 165 ailəni fırıldağa yol verərək, bir mənzili bir neçə adama sataraq yüzminlərlə vəsaiti mənimsəmiş Pənah Kərimovun azadlıqda olması birmənalı şəkildə qəbul edilmir. Sakinlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciətdə qeyd ediblər ki, iş əvvəl hakim Əli Məmmədovda olub. Onun prosesə sədrlik etdiyi dövrdə Pənah Kərimovun vəkili dəfələrlə vəsatət qaldırıb ki, təqsirləndirilən şəxs ev dustaqlığına buraxılsın. Lakin hakim Əli Məmmədov vəsatətlərin heç birini təmin etməyib. Çünki Pənah Kərimovun sərbəst buraxılmasına heç bir əsas yox idi və onun dələduzluğa yol verməsi istintaq müddətində sübut olunub: “Hələ o zaman Pənah Kərimov bizi təhdid edirdi. Məhkəmə proseslərində zərər çəkənləri hədələyirdi ki, başınıza oyun açacam, azadlığa çıxıb mənzillərinizi əlinizdən alacam. İndi belə bir şəxsi hakim Elnur Nuriyev ev dustaqlığına buraxıb. Biz qərardan narazıyıq və prokurorluğun protest verməsini, Pənah Kərimovun həbsə qaytarılmasını istəyirik. Çünki bu adam şirkətə şərik gələnə qədər binada hər hansı problem, fırıldaq, bir mənzilin bir neçə şəxsə satılması yox idi. MTK rəhbəri Taley Alaverdiyevdir, binanın 2018-ci ildə tikintisi başlanıb, 2021-ci ildə Pənah Kərimov ona şərik olan kimi dələduzluğa, fırıldağa əl atdı. İndi hər ikisi həbsdə cəzasını çəkməlidir. İstintaq materialları sübut edir ki, Pənah Kərimov vətəndaşları aldadıb, pulunu mənimsəyib”.
Müraciətdə o da deyilir ki, Pənah Kərimov sayğaclar üçün hər sakindən 5 min manat tələb edib və istintaq dövründə sakinlərin yazdığı izahatlarda bu məsələ öz əksini tapıb: “Bizə deyirdi ki, ya 5 mini verin, ya da evinizi əlinizdən alacam. Halbuki sayğaclar dövlət qurumları tərəfindən ödənişsiz qoyulur. Bütün bu özbaşınalıqlar, Pənah Kərimovun hədə-qorxu gəlməsi, insanlardan pul tələb etməsi istintaq materiallarında var. Ancaq hakim Elnur Nuriyev belə bir dələduzu açıb buraxır, bizi təhdidlərlə üz-üzə qoyur. Onun bu qərarı hüquqa, məhkəməyə, qanunlara və zərər çəkənlərə hörmətsizlikdir. Hakimin bu qərarı niyə verməsi də araşdırılmalıdır. Biz Ali Məhkəmə sədri İnam Kərimovdan və Baş Prokuror Kamran Əliyevdən xahiş edirik ki, hakim Elnur Nuriyevi dələduz Pənah Kərimovla nə bağladığı yoxlanılsın, bu qərarı niyə verdiyi əsaslandırılsın. Öyrənilməlidir ki, hakim qərar çıxararkən hansısa maddi maraq güdüb, yoxsa Pənah Kərimova ürəyi yanıb. Hər halda, hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu ev dustaqlığına buraxmaq istəyi ədalətli olmaqdan irəli gəlməyib. Ədalətli hakim aldadılan 165 ailəni müdafiə edir, dələduzu deyil. Deməli, Elnur Nuriyev pul iyini hiss edib və ilk iclasda onu azad edib. Biz bununla bağlı toplaşıb şikayətimizi çatdıracağıq. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb. Bu adam bir neçə cinayət törədib və heç bir halda, ev dustağı ola bilməz. Yəni cəzasını həbsdə çəkməlidir. Çünki bir mənzili bir neçə şəxsə satıb, dəfələrlə insanları təhdid edib, təzyiq və hədə yolu ilə pul istəyib, ona görə də hər biri ayrılıqda cinayət işi sayılır. Odur ki, Pənah Kərimovun azadlıqda gəzməsi təhlükəlidir. Eyni zamanda, dövlətin, onun hüquq sisteminin və məhkəməsinin adına xələl gətirmək, vətəndaşlarda hakimlərə, məhkəmələrə inamsızlıq yaratmaqdır.
Biz prezidentimizə və dövlətimizə inanırıq. Ümid edirik ki, hakim Elnur Nuriyevin bu səhvi düzəldiləcək. Çünki dələduzun yeri həbsxanadır”.

Anaxeber.info

Əvvəlki Yazı

Səbail icra başçısının bələdiyyə əməliyyatı: Vüqar Zeynalov biznesmenlə niyə anlaşıb? – VİDEO

Növbəti Yazı

Ordumuzun mövqeləri atəşə tutuldu

EKSKLUZİV

Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi – Simonyan

Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi – Simonyan

16 Oktyabr 2026 / 11:30
0
Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub

Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub

16 Oktyabr 2026 / 11:14
0
Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

16 Oktyabr 2026 / 11:00
1
Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanlayıb

16 Oktyabr 2026 / 10:43
0

XƏBƏR LENTİ

Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi – Simonyan

Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanlayıb

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Hesablama Palatasının strukturu dəyişir

Dekabrın 15-i saat 18:00 – bundan sonra gec olacaq!

Azərbaycan böyük iş görür – Tokayev

Sabah 31 dərəcə isti olacaq

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında əsasnamə təsdiqlənib – SƏRƏNCAM

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək – Tarix açıqlandı

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Белорусские специалисты возведут агрогородок в Карабахе

Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı

Sabah 29 dərəcə isti olacaq

Nə qədər ki,kollec direktorları himayə olunur,onlar düzgün seçilmir yaxşılığa doğru nəsə dəyişə bilərmi?

14 küçə və prospekt təmirə bağlanacaq

Azərbaycan UEFA reytinqində irəlilədi

Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət etdi

Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib

Сергеенко с рабочим визитом в Азербайджане. В центре внимания – кооперация усилий в промышленности

“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”

Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları

Qazaxda ilk dəfə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.