Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Suraxanı hərbi komissarlığında RÜSVAYÇILIQ – baş redaktor faktlar açıqladı: Adam ölüb deyə…

Yanvar 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

30 İyul 25 / 11:39
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34

Azərbaycanda hərbi xidmətə çağırış yaşının endirilməsi haqda qərar  qəbul edildiyi və bu sahədə bir sıra islahatların həyata keçirildiyi zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi “ayı xidməti” yerinə yetirməkdədir. Bu xidmət ondan ibarətdir ki, Suraxanı hərbi komissarlığı “qəbiristanlıq qanunları” ilə idarə olunur. Görünür ki, Xidmət rəisi Mürsəl İbrahimov bu idarədə baş verənlərdən ya bixəbərdir, ya da göz yummaq niyyətindədir. Çünki indi təfsilatını açıqlayacağımız məsələ barədə hələ ötən ilin sonunda Xidmətin rəsmi elektron poçtuna müraciət ünvanlanıb, cənab Mürsəl İbrahimova problem haqda ətraflı məlumat verilib və həlli xahiş olunub. Lakin hələ də səs-səmir yoxdur, elektron məktubla edilən müraciətə reaksiya verilməyib. Ona görə də Suraxanı hərbi komissarlığında nə baş verdiyini publik şəkildə açıqlamağa ehtiyac var.
Belə ki, ötən il Anaxeber.info-nun baş redaktoru Talıbov Azər Məmməd oğlu övladı ilə bağlı cənab Mürsəl İbrahimova müraciət edib. Bildirir ki, oğlu Talıbov Turan 2003 təvəllüddür, Suraxanı rayon hərbi komissarlığı onu əsgərliyə getməyə çağırıb. Onun sözlərinə görə, oğlu Turan Talıbova “14 B” diaqnozu qoyulub və hərbi xidmətə yararlı deyil. Ancaq sən saydığını say, Suraxanı hərbi komissarlığı gör nə sayır. Hər şey elə bundan sonra başlayır və biabırçılıqlar, absurd məsələlər, “ölü qaydaları” ilə işləmək üzə çıxır ki, heç yerdə bu hal görünməyib.
Belə ki, çağırış əsasında Turan Talıbov yerli komissiyadan keçib və Sabunçu rayon xəstəxanasında müayinə olunub. Sonra sənədlər Suraxanı səfərbərlik xidmətinə təqdim olunub. Amma tragikomik tərəfi budur ki, həmin nəticələr qəbul edilməyib və təkrar müayinə tələb olunub. Deyilib ki, Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul deyil. Bu qədər banal, absurd, gülünc bir rəy. Bildirilib ki, Turan Talıbov təkrar müayinə olunmalıdır. Atası Azər Talıbov sual edir ki, idarənin vəzifəli şəxsinin vəfat etməsinin müayinənin nəticələrinə nə aidiyyatı və yaxud təsiri var? Belə çıxır ki, idarənin hər dəfə yası düşəndə, yaxud komissarlığın nümayəndəsi dünyasını dəyişəndə, komissiyanın rəyi legitim olmayacaq, təkrar müayinə tələb olunacaq. Göründüyü kimi, açıq-aşkar öz xidmət idarəsinə  inamsızlıq, etimadsızlıq, vəfat etmiş hərbi komissarlıq işçisinə güvənsizlik var. Ümumiyyətlə, müayinənin nəticələrinə şübhə edilməsi göstərir ki, bütövlükdə Suraxanı hərbi komissarlığı yerində deyil.
Şikayətçi olan Azər Talıbovun sözlərinə görə, bütün bunlardan sonra oğlu Turan Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib. “Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar. Halbuki Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də sənədə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım”, – deyə Azər Talıbov bildirir. O, əlavə edir ki, oğlunun ürəyində də problem var: “Suraxanı hərbi komissarlığı mənə deyir ki, onda ürəkdə problemi göstərək və hərbi xidmətə getsin. Yəni bu dərəcədə səhlənkarlıq, laqeydlik var. Bu, tamamilə özbaşınalıqdır. Suraxanı hərbi komissarlığı göz görə-görə psixiatr tərəfindən baxılan, ürəyində də problem olan adamı əsgərliyə göndərmək istəyir. Budur şəffaflıq? Budur islahatlar? Nəyə görə müayinənin nəticələri qəbul edilməməlidir? O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri hazırdır, təkrar müayinə tələbi qanunsuzdur”.
Vətəndaş oğlu Turan Talıbovla bağlı Xidmət rəisi Mürsəl İbrahimova bir daha üz tutub: “Cənab İbrahimov, təkrar etmək məcburiyyətindəyəm ki, oğlum Turan Talıbova “14 B” diaqnozu qoyulub. Bu diaqnoz qoyulan şəxslər hərbi xidmətə birmənalı olaraq yararsız sayılır. Ona görə də ürək problemi adı ilə oğlumu əsgərliyə göndərmək istəyirlər. Ancaq mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin  obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün. İdarə işçisi Namiq Orucov dünyasını dəyişib deyə yenidən komissiyadan keçmək tələbi düzgün deyil. Ona görə də müraciətimə müsbət cavab veriləcəyini gözləyirəm”.

Anaxeber.info

Əvvəlki Yazı

AZAL Bakı-Kazan reysini ləğv etdi

Növbəti Yazı

Makron mənə 6-7 dəfə zəng etdi ki… – Prezident

EKSKLUZİV

Futbolda bu qaydalar dəyişdirildi

Futbolda bu qaydalar dəyişdirildi

31 İyul 2025 / 17:00
0
Bu dərmanlar geri çağırıldı

Bu dərmanlar geri çağırıldı

31 İyul 2025 / 16:45
0
Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

31 İyul 2025 / 16:30
0
Səfərbərlik lazımdır – Lukaşenko

Səfərbərlik lazımdır – Lukaşenko

31 İyul 2025 / 16:16
0

XƏBƏR LENTİ

Futbolda bu qaydalar dəyişdirildi

Bu dərmanlar geri çağırıldı

Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

Səfərbərlik lazımdır – Lukaşenko

Bu universitetdə təhsil haqqı artırıldı – Səbəb

Tarixçi alim “Qarabağ”a azarkeşlikdən imtina etdi – Səbəb

Litvanın baş naziri istefa verdi

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Rusiya sülh çağırışına cavab verdi… – Zelenski

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Yol polisi valideynlərə müraciət edib – VİDEO

FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Sabahın hava proqnozu

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələr həvalə olunub

Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək

Kürdəmirdə yol təmirinə 1,5 milyon manat ayrılıb – SƏRƏNCAM

Rusiyanın 6 regionuna PUA hücumu edildi

ABŞ zəmanət verməlidir, yoxsa mümkün deyil… – Arakçı

“Google Maps” Zəngəzur dəhlizini açdı – FOTO

Evlənmək istəyənlər üçün yeni TƏLƏB: Əlavə sənədlər lazımdır

Mərkəzi Bank yeni qayda ilə borcaların zərər meyarını sərtləşdirib

DİN və DSX-dən birgə əməliyyat: saxlanılan var

Tramp Fələstinə görə Kanadanı təhdid etdi

DYP: 6 ayda qəzalarda 12 moped və motosiklet sürücüsü ölüb, 23-ü xəsarət alıb

Avqustda qeyri-sabit hava şəraiti gözlənilir

Türk dünyası ədəbiyyatının Tomrisi!

Maliyyə Nazirliyinin jurnalı ləğv olunur

NİİM: Motosiklet, moped, skuterlərin səbəb olduğu qəzalarda xəsarət və ölüm halları çoxdur – VİDEO

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb

Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.