Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Cinayət əlamətləri olmayan məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq

Yanvar 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma ilə bağlı qayda müəyyənləşir.

Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna yeni redaksiyada əlavə edilən 9-cu maddədə əksini tapıb.

Qanuna əsasən, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü maddəsinin (Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır) və 8-ci maddəsinin (Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri) tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda (müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər) müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunacaq. Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunacaq:

– məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

– məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

– əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

– zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

– zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.”.

Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçiriləcək.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

– məişət zorakılığı törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

– məişət zorakılığı örətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

– əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

– zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

– zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.

Əvvəlki Yazı

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq

Növbəti Yazı

Bu şəxslər də həqiqi hərbi xidmətə göndəriləcək

EKSKLUZİV

Fransada Lidl-dən alınan yerkökülər geri çağırılır: Tiroid funksiyasını pozan maddə aşkarlandı

24 Aprel 2026 / 14:49
0

Tehran Hava Limanı Beynəlxalq Uçuşlara Başlayır: İstanbul İlk Marşrutlar Arasında

24 Aprel 2026 / 14:48
0

Şimali Amerikada Tualet Kağızı Dövrü Bitir: İstehlakçılar Niyə Bambu və Bide Seçir?

24 Aprel 2026 / 14:48
0

İslamabad ABŞ-İran danışıqlarının girovu: Şəhərdə həyat dayandı, rəflər boşaldı

24 Aprel 2026 / 14:48
0

XƏBƏR LENTİ

Fransada Lidl-dən alınan yerkökülər geri çağırılır: Tiroid funksiyasını pozan maddə aşkarlandı

Tehran Hava Limanı Beynəlxalq Uçuşlara Başlayır: İstanbul İlk Marşrutlar Arasında

Şimali Amerikada Tualet Kağızı Dövrü Bitir: İstehlakçılar Niyə Bambu və Bide Seçir?

İslamabad ABŞ-İran danışıqlarının girovu: Şəhərdə həyat dayandı, rəflər boşaldı

“Zirə” kapitanı ilə danışıqlar aparır: Müqavilə uzadılacaqmı?

Ermənistanda Azərbaycanlıların Mülk Alması Panikaya Səbəb Olur: Milyarderin Partiyası Həyəcan Təbili Çalır

Sığorta Sektorunda Yeni Təyinat: ASA-nın Sabiq Sədri “AzRe Təkrarsığorta”nın Rəhbərliyinə Gətirildi

ABŞ-dan İrana sərt xəbərdarlıq: Danışıqları əngəlləyən rəsmilər hədəfdə

100 min ildir yatan təhlükə: Yunanıstandakı Methana vulkanı hər an püskürə bilər

Hərbi Debat Gərginləşdi: General və Ekspert Bir-birini Hədələdi

Zaxarova Aİ-nin Ermənistan missiyasını ittiham etdi: Məqsəd seçkilərə təsir etməkdir

Aİ “Vahid Avropa – Vahid Bazar” Yol Xəritəsini Təsdiqlədi: İqtisadi İnteqrasiya Dərinləşir

Yol Hərəkəti İşıqforlarında Dünya Standartlarına Meydan Oxuyan Yeganə Ölkə: Sirr Nədir?

Panda Diplomatlığı: Çin ABŞ-la münasibətlərini “yumşaq güc”lə bərpa edir

Misirdə 7 illik qazıntıların sirri açıldı: ‘Palçıq tanrısı’na həsr olunmuş qurbangah tapıldı

İtaliyanın Sirli Kəndi Cima Rest: Nə Harcı Var, Nə Kirəmidi!

İnqilab Məmmədov 2-ci Liqaya Göndərildi: Karyerasında Yeni Mərhələ

Cənubi Afrikada Elektrik Enerjisi Çörək Kimi Satılır: Marketlərdən Asan Əlçatanlıq

Putin: Ermənilərə qarşı soyqırım təkrarlanmamalıdır

Azərbaycan üzərindən Ermənistana Rusiya buğdası göndərildi: Növbəti tranzit

Arman Tatoyanın Qarabağ İddiaları: Regionda Yeni Gərginlik Qaynağı?

Aİ-nin Rusiyaya Qarşı Yeni Sanksiyaları: Banklar, Gəmilər və Limanlar “Qara Siyahı”da

Rusiya Ordusuna Qoşulan Azərbaycanlı Avtoritet Ukraynada Həlak Oldu

İraq müqaviməti ABŞ-la atəşkəsi Pakistan vasitəsilə müzakirə edir: Detallar açıqlandı

Rusiya iqtisadiyyatında gözlənilməz dönüş: Vergi artımı büdcə gəlirlərini azaltdı

AFFA rəsmisi UEFA-nın Strateji Tədbirində Azərbaycanı təmsil etdi

Şagird məktəbdə özünə xəsarət yetirdi – Video

Prezidentdən İkinci Dünya Müharibəsi Veteranlarına 2750 Manatlıq Birdəfəlik Yardım Sərəncamı

Ələt Azad İqtisadi Zonasının İnkişafı Sürətlənir: Prezidentdən Mühüm Fərman

Arizona’da 200 Milyon İllik Daşlaşmış Meşə Kəşf Edildi: Dünyanın Ən Böyük Ekosistemi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.